Connect with us

Yaxşı portret çəkilişi nə etməli? – Cavab

Yaxşı portret çəkilişi nə etməli

Dərslər

Yaxşı portret çəkilişi nə etməli? – Cavab

Yaxşı bir portret çəkilişi üçün yaxşı bir digital fotoaparatınız əlbəttə ki, vacibdir və yaxşı bir obyektiv…

Amma hamsından vacibi portret çəkilişini apardığınız insanın təbiiliyidir. Təbiilik dedim çünki uğurlu bir portret fotosu üçün insanın təbii olması şərtdir.

İllərlə dülgərlik etmiş bir insana qalstuk taxıb, onun qara kostyum ilə fotosunu çəkə bilərsiniz. Ancaq sizcə də fotoya baxan insan bu fərqi anlaya biləcəkmi? Böyük ehtimalla bəli: uğurlu bir portret fotosu insanı birbaşa əks etməlidir. İnsanların ən təbii formada fotolarını çəkmək istəyirsinizsə ilk əvvəl günlük təkrar etdikləri işlərlə məşğul olarkən çəkməyi yoxlayın: hər gün geyindikləri geyimləri geyinmələrini istəyin.

Həmçinin oxuyun Portret çəkilişi – yeni başlayanlara məsləhətlər!

Foto çəkmək üçün sizin yanınızda yox: sizin onların həyatına girərək bir neçə foto çəkəcəyiniz təsirini onlara ötürün. Sonra buraxın günlük işlərini görməyə başlasınlar. 30 dəqiqədən sonra işıq nizamlamanızı aparın və foto çəkilişə başlayın. 5 dəqiqədən artıq olmasın. Ara verdikdən sonra bir 5 dəqiqə daha çəkin.

Həmçinin oxuyun Portret çəkimi – Fokslama

İstifadə ediləcək digital fotoaparatınız çəkiliş keyfiyyəti baxımından vacib olmaqla bərabər obyektiv daha çox vacibdir. Portre çəkimi üçün 50 mm ən çox istifadə edilən lensdir. 

Uğurlu çəkilişlər.

Daha çox - Dərslər

To Top