Connect with us

Yaxşı Bakı! – Varlamovun növbəti foto-reportajı

00s-1

Bloq

Yaxşı Bakı! – Varlamovun növbəti foto-reportajı

Məşhur rusiyalı blogger İlya Varlamov bu yaxınlarda Bakıda olub və Bakı haqqında öz təəssüratlarını şəxsi bloqunda yazıb. O, ölkələri gəzərək, oradakı müsbət və mənfi cəhətlərin fotolarını çəkərək, öz bloquna yerləşdirir. Həmçinin həmin fotolara şərh verir.

Fotoqraflar.com Varlamovun Bakı haqqında yazdıqlarını gündəlik olaraq dərc edəcək. İndi isə növbəti yazımıza keçək.

Varlamov deyir:
Bu fantastikadır! Sadəcə inanılmazdır! Müasir Bakı – bu sadəcə hansısa möcüzədir, bu lotoreya uduşu kimidir, bu sizə qarşı biganə olmayan sevdiyiniz kimidir! Möhtəşəm şəhər, heyranlıq! Əgər siz Bakıda olmamısınızsa – siz yaşamamısız!
Gördüyünüz kimi, Bakı mənim çox xoşuma gəldi. Son dəfə burda 4 il əvvəl olmuşdum, o zaman şəhər böyük bir tikintini xatırladırdı. Indi isə tikinti dəzgahlarını götürüblər və mən gözəl və müasir bir meqapolislə üzləşdim. Bakı, yəqin ki, keçmiş İttifaq ölkələrinin paytaxtları içərisində ən inkişaf etmişidir. Hətta bir çox xüsusiyyətinə görə Moskva belə ondan geri qalır. Heyranedici şəhərdir.
01.Mərkəzdə bir çox binalar bərpa olunub və çox gözəl görünür. Yaşıllığa bürünmüş təmtəraqlı saraylar. Çox az şəhərdə bu qədər gözəllik var.

02.Çox gözəldir!

03.

04.Gəzirsən və gözlərin şadlanır. Hara baxırsan, şəklini çəkmək istəyirsən. Görünür, buna görə mən bu qədər uzun vaxta Bakı haqda hesabat hazırladım: 10 yazılıq material topladım və xeyli seçdim.

05.Hələ bu gözəl Bakı balkonları! Belə bir balkonda pomidorlu qayğanaq yemək və türk qəhvəsi içmək arzum var.

06.Hər küçə – yeni bir kəşfdir. Bu, oxuyub qurtarmadan örtə bilmədiyin maraqlı kitabdır.

07.Sizə məsləhətim – fotokamera üçün böyük yaddaş kartı və rahat ayaqqabı götürün. Gəzməli və çəkməli çox yer olacaq.

08. Mərkəzdə, qala qapılarının içində Köhnə şəhər, İçəri şəhər

09.Onu tam təmir ediblər. Məhz təmir ediblər, bərpa yox. Maraqlısı odur ki, bura muzey deyil. Köhnə şəhərdə hələ də insanlar yaşayır. Kimsə paltar qurudur, uşaqlar dar küçələrdə oynayır…Parkovkanı məhdudlaşdırmaq da olardı)

10.Bura bax belə görünür

11.

12.Səkilər daşdandır, küçələrdə də dördtinli daşlar döşənib

13.Gözəllik!

14.Bu nədir?)

15.Məşhur yer…


“Brilliant əl” filmindən isə belə görünürdü…

16.Balkonlar, balkonlar, ah burda necə balkonlar var! Bu balkonlarla evlənmək istəyirsən!

17.Və elə buradaca sadə həyat

18.Antikvar dükanı

19.

20.Bakı – müasir Avropa şəhəri. Bəzi yerləri Parisi xatırladır

21.Hm… Bəs bu nədir? Eybi yox, yayınmayaq, bu haqda biz “Pis Bakı” məqaləsində danışacağıq.

22.Hər yerdə gözəl kafe və restoranlar

23.Mərkəzi küçələr turistlə doludur. Bakı bəzən İstanbulu xatırladır

24.Turistlər çoxdur

25.Mərkəz çox gözəldir

26.Siz hələ bir baxın, necə gözəldir. Başqa harda belə bir şey var? Bəlkə Minskdə, Kiyevdə? Bəlkə Moskvada? Yox, belə canlı küçələr heç yerdə yoxdur.

27.Möcüzə!

28.

29.Tarix

30.

31.Sovet saraylarını, Düşənbədəki kimi, məhv etmirlər. Burda hər şeyi səliqəyə salırlar

32. “İnturist” mehmanxanası indi yaxşı 5 ulduzlu oteldir. Deyirlər, bu yenidir, köhnə “İnturist” başqa yerdə olub, bunu isə həmin proyektə uygun yenidən inşa ediblər

33.Yanğınsöndürmə stansiyası. Yenidir.

34.Məscid

35.Katolik kilsəsi. Azərbaycanda bir çox binaları yerli daşlardan tikirlər, burda onların sayı çoxdur. Onların içərisində travertin, mərmər və sərt əhəngdaşı da var. Bütünlükdə ölkədə 100 cür material istehsal olunur, onlardan 21-ini dekorativ daşlara aid etmək olar

36.Prezident sarayının qapıları

37.Elektroavtomobillərin enerjidoldurma stansiyası

38.Bakı – çox mühüm iqtisadi və sənaye mərkəzidir. O, Bakı neftqazçıxarılma rayonunda yerləşir. Neft və qaz şəhərin də, ölkənin də iqtisadiyyatında mühüm rol oynayır. Neftin qiymətinin düşməsi ilə onun satışından əldə olunan gəlir də azaldı, lakin böhrana qədər Bakı bundan çox qazandı.

39.Təəssüratı korlayan yeganə şey – ictimai nəqliyyatdır. Mərkəzə yeni müasir avtobuslar gətirilməsinə baxmayaraq, onlar elektronəqliyyatla yarışa bilmir. Bakı tramvay və tralleybusa sahib olmağa layiqdir! Lakin ən azı burda marşrutlar yoxdur!

40.Bir çoxları velosipedə üstünlük verir

41.Hələ Bakının qidaları! Siz yəqin əfsanəvi Bakı pomidoru haqda eşitmisiz

42.Lakin Bakı təkcə pomidorla kifayətlənmir. Burda bütün meyvə-tərəvəzlər çox dadlıdır

43.Mütləq bazara gedin

44.Ah, necə dadlı şeylərdir!

45.Quyruq! Xırda-xırda doğrayırsan və kortofla… 🙂 

46.Xəzər dənizində dünya qara kürüsünün böyük bir hissəsi çıxarılır.2000-ci ilin hesablamalarına görə, bu 90% təşkil edir. Çoxları onu qanunsuz əldə edir və qara bazarda satır. Bu cür kürü çox vaxt ixrac olunur, o cümlədən də Rusiyaya.

47.

48.Şəhərin mərkəzinə qayıdaq

49.Baxın

50.Bakıda möhtəşəm dənizkənarı var

51.Bakı dənizkənarı bulvarın artıq 100 yaşı var. XİX əsrin əvvəllərində onu şəhər hakimiyyətinin və Bakı mesenatlarının pulu ilə tikiblər. 2008-ci ildə əsaslı rekonstruksiya başladı, uzunluğu iki dəfəyə qədər uzadıldı və 25 km-ə çatdırıldı. Sahil Milli park adı aldı, atraksionlar quruldu, fontan kompleksləri, İdman sarayı, restoranlar və “Kiçik Venesiya” kanallar sistemi meydana çıxdı.

52.Sahildə gəzmək çox xoşdur. Yaxşı işıqlandırma qurulub, artıq heç nə yoxdur. Kruazetdən nəyi geri qalır?

53.Bura isə Bakı Venesiyasıdır

54.Kanallar və kafe

55.Gecələr burda oturmaq çox xoşdur

56.Qondolada da üzmək olar. Heyif ki, qondolaçılar mahnı oxumur

57.Gecə şəhər işıq saçır

58.)

59.Burda restoranlar haqda da nəsə demək olardı. Amma yox, onlar haqda ayrı yazı lazımdır, yox, 10 yazı. Burda necə restoranlar var!

60.Mən heç yerdə bu qədər çox və dadlı yeməmişdim

61.Bu qadının çörəkləri bir aydır yuxumdan çıxmır! Görünür, tez Bakıya qayıtmalı olacam. Yemək, gəzmək, həzz almaq üçün.
Möhtəşəm şəhərdir. Təkidlə məsləhət görürəm. Sabah pis Bakıdan danışacam)

Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Bloq

To Top