Connect with us

Yaradıcılıq müsabiqəsi

photography1thewowstyle

Müsabiqələr

Yaradıcılıq müsabiqəsi

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 3 müxtəlif kateqoriya üzrə yaradıcılıq müsabiqəsi elan edir.

Müsabiqədə bütün gənc peşəkar və həvəskar yaradıcı şəxslər iştirak edə bilərlər.

1.Fotoqrafiya

2.Yazı müsabiqəsi ( şeir, hekayə, məqalə, inşa və s.)

3.İncəsənət müsabiqəsi ( rəssamlıq, toxuculuq, skeçinq və s.)

Bütün kateqoriyalarda təqdim olunan yaradıcılıq nümunələrinin mövzuları Bakı Limanı, onun tarixi,inkişafı, infrastrukturu, fəaliyyəti və s. ilə əlaqəli olmalıdır. Qalib gələn nümunələr keyfiyyətinə, məzmununa və müsabiqə şərtlərinə uyğunluğuna görə müəyyən ediləcək. Seçim müvafiq kateqoriyalarda peşəkar münsiflər heyəti tərəfindən aparılacaq.

Hər kateqoriyada üç qalib müəyyən olunacaq və qaliblər aşağıdakı şəkildə mükafatlandırılacaqlar:

1-ci yer : 500 AZN

2-ci yer: 400 AZN

3-cü yer: 300 AZN

Əlavə olaraq, digər ən yaxşı 10 yaradıcılıq nümunəsi də həvəsləndirici mükafatlarla təmin olunacaqlar.

İştirak etmək üçün uyğunluq: Müsabiqədə bütün gənc peşəkar və həvəskar yaradıcı şəxslər iştirak edə bilərlər. İştirakçılar 16-35 yaş arasında olmalıdırlar.

Müsabiqədə həm Azərbaycan həm də xarici vətəndaşlar iştirak edə bilərlər. Müsabiqədə rəssamlar, yazıçılar, fotoqraflar, toxucular, uyğun ali və orta təhsil müəssisələrinin tələbə və şagirdləri iştirak edə bilərlər.

Materiallar individual və ya qrup şəklində təqdim oluna bilər.

Müsabiqədə iştirak pulsuzdur.

Son tarixlər:

1-ci kateqoriya: 25 fevral , 2016-cı il

2-ci kateqoriya: 10 mart, 2016-cı il

3-cü kateqoriya: 30 aprel,2016-cı il

Üçüncü kateqoriyada iştirak edən iştirakçılar yaradıcılıq nümunələrini Bakı Limanına aşağıdakı ünvanda təqdim edə bilərlər:

Üzeyir Hacıbəyov küç.72

Digər iştirakçılar yaradıcılıq məhsullarını elektron poçt vasitəsilə aşağıdakı ünvana göndərməlidirlər:

[email protected]

Qeyd edək ki, bütün təqdim olunmuş materialların orijinallığı yoxlanılacaq. Plagiat olan materiallar və iştirakçılar müsabiqədən uzaqlaşdırılacaqlar.

Əlavə məlumat üçün:

+994 12 480 40 06

[email protected]

Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Müsabiqələr

To Top