Connect with us

Yanğın zamanı çəkdiyi foto ilə hər kəsi kövrəldən adam – Orxan Əzim

Orxan Əzim

Müsahibə

Yanğın zamanı çəkdiyi foto ilə hər kəsi kövrəldən adam – Orxan Əzim

19 may tarixində Bakının Binəqədi rayonunda hündürmərtəbəli binada baş verən yanğın lentə alan fotojurnalist Orxan Əzimin çəkdiyi foto Azərbaycan və dünya mediasında böyük rezonans doğurub.

Bütün dünya bu fotodan danışır.

Report informasiya agentliyinin əməkdaşı Fotojurnalist Orxan Əzim həmin günün təəssüratları…

 Orxan, bütün ölkə sənin çəkdiyin fotodan danışır. Necə oldu ki, həmin kadrı yaxaladın?

– Hər fotoqrafın öz anı olur. Mənim uğurlu anım o anda orda olmaq idi. O insanlara vəziyyəti çəkməklə kömək etmiş hesab edirəm.

  Şəklin bu qədər rezonans doğuracağını gözləyirdinmi?

– Mən rezonans üçün çəkmirdim sadəcə hiss etdiyim kadrları çəkdim və uğurlu alındı. Bəli, bütün xarici və yerli mediada fotolarım yayıldı. Hamı o fotolardan danışır, mükafat veriləsi fotodur deyir. Təəssüf ki, bu elə uğurdur ki sevinə də bilmirsən. Kaş ki, xoş xəbər olardı. Ürəkdən sevinə biləydim.

 Uşağın sonraki aqibəti ilə maraqlandınmı?

– Uşağı təcili tibbi yardım üçün müayinəyə apardılar. Təbii ki, bizi ora buraxmırdılar. Ona görə, hələ ki, xəbərsizəm. Ancaq xəbər edən olsa idi sevinərdim.

 Orada polis və FHN olmasaydı, fotoaparati yerə qoyub, o uşağa yardımçı olardınmı?

– Biz fotoqrafdan əvvəl bir fərd, bir vətəndaş, bir insanıq. Hadisə yerinə çatanda Fotojurnalistlərdən ancaq mən orda idim. Hamı özünü itirmişdi. Fotoaparatımı çiynimdən asıb köməyə başladım. FHN – nin su “şlanqlarını” dartmağa kömək edirdim.

Təbii ki burda sadə vətəndaşlar da var gücü ilə çalışırdı. Hamı binada qalan yaxınları üçün fəryad edirdi. Polis və FHN əməkdaşları vətəndaşları sakitləşdirməyə çalışırdılar. Çünki hamı gərgin idi. Ağlaya ağlaya onlara kömək edirdim.

4 nəfər FHN işçisi ilə birlikdə xilas etmək üçün binanın blokuna girəndə adamlardan biri duyuq düşüb məni çölə çıxardı və qışqırdı: “Çıx bayıra əleyhqazın yoxdur boğulacaqsan.” “Lənətə gəlsin əleyhqaz. İçəridə insanlar var” qışqırmağa başladım. Sonra, get ordan fanarı” al gətir deyə mənə tərəf qışqırdı. Uzaqlaşan zaman geri çevriləndə artıq onlar içəri daxil olmuşdular. Onda anladım ki, bunlar məni düşünüb, fikrimdən daşındırmaq üçün bu vasitəyə əl atıblar. “Fanar” sadəcə bəhanə imiş.

Sən demə fanarları var…Bütün kadrları göz yaşı ilə çəkirdim. İndi də fotoya baxa bilmirəm. Hamı paylaşır, hamı yazır. Amma hər dəfə xəbəri görəndə gözlərim dolur. Amma bu müsbət haldır. Acımız nə qədər böyük olsa da bu foto dərdimizə su səpər deyə düşünürəm. FHN- ə kömək etməkdə aciz idimsə heç olmasa bu fədakarlıqları kadra salım deyə düşündüm. Sonra bütün prosesləri çəkdim.

Comments

comments

Ardını oxu
Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Müsahibə

To Top