Connect with us

Yaddaş kartlarının istifadə qaydası

Yaddaş kartlarının istifadə qaydası

Dərslər

Yaddaş kartlarının istifadə qaydası

Fotoqraflığın əsas vasitələrindən biri olan yaddaş kartları üçün düzgün və keyfiyyətli bir seçim etməlisiniz.

Bir az reklam təsiri bağışlayacağı üçün marka adı verməyəcəm, amma yaddaş kartı istifadəsində niyə böyük tutumlu kartlardan az istifadə etmək gərəkdiyini anlatacağam.

Professional fotoqraflar işləyəndə tək bir kartla, 8GB və ya 16GB kart istifadə etmirlər. Burada yanlış anlama olmaması üçün bunu deməkdə fayda var. İstifadə etdiyiniz DSLR foto aparatın çəkiliş keyfiyyəti tək bir foto üçün çox yüksək ola bilər. Bu səbəblə 8GB yaddaş kartı istifadə edə bilərsiniz.

Bu əhatədə 8GB tək yaddaş istifadə etmək yerinə 4 ədəd 2GB-lıq yaddaş kartları istifadəsi daha doğrudur. Kartların xarab olma ehtimalı yoxdur. Bu səbəbdən ötrü risk almamaq üçün birdən çox kart istifadə edin.

Məsələn bir event üçün foto çəkimi etmisiniz tək bir kart istifadə etsəniz və bu xarab olsa nə edə bilərsiniz ki. Keçmişi qaytara bilmərsiniz. Tədbir qurtarıb. Bu vəziyyətdə sizə ödəniş edən şirkətə, ya da insana nə deyəcəksiniz?

Bəlkə də hüquqi vəziyyətlərə belə gətirib çıxara bilərlər. Bu səbəbdən ötrü bir tədbirdə foto çəkilişi apararkən birdən çox kart işlədin, riski ən azından minimuma endirin.

Digər bir məsləhət – foto çəkilişindəykən bütün kartı full doldurmayın, ən azından bir 10 kadr boş qalsın 🙂

Bütün bunlara rəğmən, əsasən məsələ sürətli kartlardır. Sürətli kartlar həm kadr sürətini artırır, həm də güvən qazandırır. Ucuz, Çin malı olan kartlardan uzaq durun. Kartların keyfiyyəti, xüsusiyyətləri ilə bağlı ətraflı məlumatı bu yazımızdan oxuya bilərsiniz. 

Comments

comments

Ardını oxu
Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Dərslər

To Top