Connect with us

VIPA 2017 beynəlxalq foto-müsabiqə başladı

2nd VOUBS International Photography Awards

Müsabiqələr

VIPA 2017 beynəlxalq foto-müsabiqə başladı

VIPA 2017 Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən beynəlxalq foto müsabiqədir. Yarışmada dünyanın bir çox ölkələrindən peşəkar və həvəskar fotoqraflar iştirak edə bilər.

Fotoqraflar.com xəbər verir ki, ümumi mükafat fondu 23 min avro olan müsabiqə sayca ikincidir.

İştirak haqqı ödənişli olsa da (10 avro) qalib gəlmək şansı çoxdur. Belə ki şərtlərə görə qalib maksimum 100% səs toplaya bilər. Səsvermə 1 ay boyunca keçirilir və həm münsiflər heyəti, həmçinin müsabiqə saytının iştirakçıları və qeydiyyatdan keçmiş ziyarətçilər səs verə bilərlər. Münsiflər tərəfindən maksimum 80% səs verilə bilər. Yerdə qalan 20% isə iştirakçı tərəfindən ödənişsiz və ödənişli səslərin toplanması, baxış sayı və fotonun reytinqinə görə toplanılır.

Müsabiqə 6 kateqoriyada 24 nominasiya üzrə keçirilir. Hər nominasiya üzrə qalibə 500 avro, kateqoriyanın qalibinə 1000 avro, müsabiqənin ümumi qalibinə isə 5000 avro və “Qızılı Voubs heykəlcik” təqdim edilir. Bundan əlavə bütün qaliblərə sertifikatlar təqdim olunur. Kateqoriya qalibləri və əsas qalib Sofiya şəhərində keçirilən sərgiyə və mükafatlandırma mərasiminə dəvət olunurlar.

Yarışmaya fotoların qəbulu 15 fevral 2018-ci il tarixinədək qəbul edilir. Səsvermə mərhələsi 15 mart 2018-ci il tarixində başa çatacaq. Martın 23-ü isə qaliblərin adları açıqlanacaq. Aprel ayında isə qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.

Qeyd edək ki, VIPA 2016 foto müsabiqəsində həmyerlimiz fotoqraf Rəşad Mehdiyev iştirak etmiş, Dəb (Fashion) nominasiya üzrə ikinci yerə layiq görülüb və sertifikat ilə mükafatlandırıb. Bu qələbəsi sayəsində həmyerlimiz hazırda VIPA 2017 yarışmasında 3 nominasiya üzrə münsiflər heyətində çıxış edir.

İştirak üçün link – https://www.voubs.com/vipa/2017

Daha çox - Müsabiqələr

To Top