Connect with us

Video çəkmək aparatın ömrünü azaldırmı? – Cavab

Video çəkmək aparatın ömrünü azaldırmı

Dərslər

Video çəkmək aparatın ömrünü azaldırmı? – Cavab

Bu sual çoxlarını maraqlandırır. Bəzən fotoqraflar bununla bağlı mübahisə də edirlər və fikirlər iki hissəyə bölünür. 

Bir tərəf bunun fotoaparata heç bir təsiri olmadığını, digər tərəf isə əksinə, fotoaparatla video çəkilməsinin onun ömrünü azaltdığını, ziyan vurduğunu deyir.

Bu gün hər kəsi maraqlandıran suala tam cavabı verəcəyik.

Fotoparatlarda video çəkim əlavəsi var. Əlavə sözünü boş yerə yazmadıq. Bəli, əlavə. Video çəkilişi əlavədir. Fotoparatlar adından da bəlli olduğu kimi sırf foto üçündür. Video isə ona əlavə özəllik qatır. Son zamanlarda 4K keyfiyyətinin də əlavə edilməsi ilə fotoaparatlar aləmə səs salır.

İndi keçək video çəkilməsinin ziyanlı olub-olmamasına

Bəli, əgər siz məsələn, Canon 7D mark 2-ni sürətli foto çəkmək üçün almısınmızsa, amma həmçinin yaxşı video çəkiliş özəlliyindən də istifadə edirsinizsə diqqətli olmalısınız. Çünki video çəkiliş zamanı aparatın “matriççası” qızmağa başlayır. Bu qızma uzun müddət davam edərsə aparat özü-özünə sönə də bilir. Belə olan təqdirdə zamanla aparat sıradan çıxır.

Bu səbəbdən video çəkərkən aparatın isinməsinə nəzarət edin. Videoları qısa-qısa çəkin. Çəkiliş zamanı mütləq tripod ⇒Güclü tripod almaq istəyirsinizsə – «TIKLAYIN» istifadə edin. Çünki aparat əldə tutulan zaman istilik artır. Əlin istiliyi ilə sensorun istiliyi üst-üstə gəlir.

Keçən ikinci məsələyə. Video çəkmək probeqə təsir edirmi?

Bəli, edir. Ən sadə üsulla izah edəcəyəm. Probeq nədir? Probeq, aparatın pərdəsinin açılıb-bağlanma sayıdır. Hər dəfə pərdə açılıb-bağlananda bu, 1 probeq deməkdir. Video çəkilişə keçid edərkən də bu proses baş verir. Aparat foto rejimdən video rejimə keçid edir, pərdə daimi açıq qalır. Bu proses hər dəfə baş verəndə 1 probeq gedir. Bəzən naşı fotoqraflar hər dəfə çəkilən videoya baxmaq üçün oxşar addımı dəfələrlə atırlar 🙂

Təbii ki, bu, foto çəkilən zaman xərclənən probeqlə müqayisədə heç bir şeydir. Amma “Probeqi aparmır” demək də olmaz. Amma sonda onu deyim ki, apartın ömrü azalır deyə fotosevginizi azatlmayın. Aparat sizə xidmət edir, siz ona yox 🙂

Comments

comments

Ardını oxu

Daha çox - Dərslər

To Top