Connect with us

Ucuz qiymətə fləş almağın üsulu

Yongnuo YN 560 IV

Digər - incələmələr

Ucuz qiymətə fləş almağın üsulu

Məlumdur ki, fotoqrafiya bahalı sahədir. Bu sənətlə məşğul olmaq üçün əliniz cibinizdə olmalıdır. 

Tələb olunan, ehtiyac duyduğumuz cihazlar, aksesuarlar dollarla alındığı üçün bir xeyli xərcimiz çıxır. Fotoqrafa aparat, obyektivlə yanaşı lazım olan üçüncü şey kənar fləşdir. Bu tipli fləşlərsiz əsasən qapalı yerlərdə, fotosessiyalarda çox ehtiyac var. Amma qiymətləri elə də ucuz deyil.

Məsələn, Canonun öz fləşləri 300-400 dollardan başlayır. Bu qiymətə yaxşı bir lens almaq olar.

Bəs, nə edək?

Cavab veririk:

Artıq brendə çevrilmiş Çinin Yongnuo şirkəti bizim əsl xilaskarımızdır. Şirkət Canon, Nikon kimi iki nəhəglə mübarizə aparır. Düşünün ki, bu şirkətin “Yongnuo YN 560 IV” model fləşi 85 dollardır (Bakıda). Şəxsən mən bu fləşdən istifadə edirəm. Əvvəl “Yongnuo YN 560 II” istifadə edirdim. 2 il istifadədən və 3-4 dəfə möhkəm yerə çırpıldıqdan sonra xarab oldu. Amma lampası hələ də salamatdır. Onu saxlayıram. Çünki hazırda sizə bəhs etdiyim “Yongnuo YN 560 IV”-ü istifadə edirəm.

“Yongnuo YN 560 IV” modeli çox əlverişli, sərfəli və dözümlüdür. Mən fləşi “Yongnuo YN560-TX Manual Flash Controller”lə uzaqdan idarə edirəm.

Yongnuo YN560 IV Flash
2.4Ghz uzun məsafədə simsiz rabitə (100 m-ə qədər).
Yongnuo YN560-IV, 16 kanala qədər RF-602 / RF-603 (I / II), YN560-IV, YN560-III, YN560-TX-dan simsiz siqnal ala bilər (Uzaqdan tətikləmə)
Funksiyalarının idarə edilməsi üçün böyük LCD ekran,
Güc Zoom funksiyası 24 ~ 105mm,
Kamera 2.4 GHz radio frekansına və ya S1, S2,
Bir batareya dəsti ilə 100-1500 flaş partlayış etmə bacarığı
5600K rəng
Avtomatik son ayarı yadda saxlama.
PC portu. SF-18C və ya SF-17C enerji çıxışı
Bir çox inkişaf etmiş tənzimləmə imkanı.

Qısaca deyim ki, fləş sizin işinizə çox yarayacaq. Üstəlik qiymət baxımından da çox əladır.

Necə əldə etmək olar?

Cavab: Ölkə xaricindən almaq bir az ucuza başa gələcək. Amma o məhsulun Çindən Bakıya gələnə qədər başına nələrin gələcəyi sual altındadır. Nəzərə alsaq ki, fləş, aparat və bu kimi şeylər zədədən maksimum qorunmalıdır, deməli xarincdən almaq bir az risklidir. Üstəlik əgər cihazda problem olsa, geri göndərməyiniz, pulunuzu geri almağınız da çətin olacaq.

Bütün bunları nəzərə alıb, sizə yenə yaxşı məsləhət vermək istəyirik. Əgər siz də bu fləşi əldə etmək istəsəniz aşağıdakı linkə klik edin, əlaqə saxlayın və fləş ayağınıza gəlsin. Üstəlik zəmanətlə.

məhsul

Və ya –

İstənilən metro stansiyasına pulsuz çatdırılma.

Əlaqə nömrəsi 0559919009

Daha çox - Digər - incələmələr

To Top