Connect with us

Türkiyə teleserialında edilən jestə azərbaycanlı fotoqrafdan cavab – FOTOLAR

bu da bizim bayraqdır

Dəstək olduğumuz layihələr

Türkiyə teleserialında edilən jestə azərbaycanlı fotoqrafdan cavab – FOTOLAR

 “Qürurverici səhnə idi”
 
Türkiyədə yayımlanan “Savaşçı” teleserialının 22-ci bölümünün, Azərbaycan bayrağı ilə olan səhnəsinə cavab olaraq fotoqraf Taleh Valehov maraqlı fotolayihə hazırlayıb.
 
Layihənin media dəstəkçisi olan fotoqraflar.com saytına danışan Taleh Valehov bunları deyib: “3 gün əvvəl sosial şəbəkələrdə Türkiyə də yayımlanan “Savaşçı” teleserialından fraqmenti gördüm, türk zabiti əsgərləri düzür və Azərbaycan bayraqını da üzərlərində daşımasını əmr edir və “Bu bayrakta bizim bayraktır” deyir.
 Fotoqraf Taleh

Qardaş ölkə olan Türkiyədə, belə bir səhnənin çəkilməsini görmək xoş təsir elədi, qürurverici səhnə idi və bu jestə cavab vermək qərarına gəldim. Tez bir zamanda aksesuar və Türkiyə bayraqını hazırlayıb ideamı dostlarımla (fotolarda gördüyünüz insanlar) bölüşdüm və elə onları da çəkmək istədiyimi dedim, hamısı razılaşdı və çəkdim”.

Qeyd edək ki, bir müddət öncə Türkiyənin “Foks” televiziyasında yayımlanan “Savaşcı” serialının 22-ci seriyasında Azərbaycanla bağlı səhnə yer alıb. Belə ki, serialın bu bölümündə Şimali İraqda girov götürülən azərbaycanlı mühəndislərdən bəhs edilib.

Serialda türk ordusunun yüksək rütbəli komandirlərinin də iştirakı ilə Azərbaycanın Türkiyədəki Konsulluğunda keçirilən iclasda xilasetmə üçün göndərilən Azərbaycan xüsusi təyinatlılarına türk hərbçilərin yardım etməsi barədə razılıq barədə danışılır. Daha sonra əsgərlərinə əməliyyat tapşırığı verən türk komandir onların qollarına Azərbaycan bayrağı vurmasını əmr edir. Qeyd-şərtsiz icra edilən komandadan sonra türk komandiri üzünü əsgərlərinə tutaraq, “Qolunuza vurmanızı istədiyim bayraq başqa ölkənin bayrağı olsa, qəbul edərdiniz?”, – sualını verir. Komandirin bu sualı qarşısında əsgərlər tək-tək “xeyr” cavabını verir. Bu zaman əsgərlərini ruhlandıran komandir Azərbaycan bayrağı barədə “Bizim bayrağımız” ifadəsini səsləndirir.

Bölümün sonunda isə Azərbaycan mühəndislərini qaçıran terrorçu xəritədə Azərbaycan və Türkiyəni göstərərək deyir:

“Azərbaycan və Türkiyə, bunlar hər ikisi birlikdə gülürlər, birlikdə ağlayacaqlar”.

 
Xatırladaq ki, Taleh Valehov daha öncə də oxşar layihələr hazırlayıb. 

Fotoqraflar.com

Daha çox - Dəstək olduğumuz layihələr

To Top