Connect with us

Telefonla çəkdiyiniz bir şəkil sizi dünyada məşhur edə bilər – Müsabiqə

Telefonla çəkdiyiniz bir şəkil red bull

Müsabiqələr

Telefonla çəkdiyiniz bir şəkil sizi dünyada məşhur edə bilər – Müsabiqə

İdman və macəraya həsr olunan dünyanın ən böyük beynəlxalq fotoşəkil müsabiqəsi olan Red Bull Illume Azərbaycana gəlir.

Fotoqraflar.com xəbər verir ki, Red Bull Illume 2016-cı ildə keçirilmiş müsabiqəyə 120 ölkədən 5645 fotoqraf rekord sayda – 34624 fotoşəkil təqdim edib. Münsiflər heyəti 55 finalçı, müxtəlif kateqoriyalar üzrə 11 qalib və 1 qalibi seçib.

Hazırda qalib fotoqrafların fotoşəkilləri Red Bull Illume Exhibit Tour çərçivəsində dünya üzrə səyahət edir və ölkəmizin paytaxtı Bakı şəhərinə üz tutub.

Qeyd edək ki, bu turnirdə Azərbaycanın həm həvəskar, həm də peşəkar fotoqrafları iştirak edə bilərlər. Təşkilatçılar, tədbirin tərəfdaşları Heydər Əliyev Mərkəzi və Bakı Şəhər Halqası ilə birlikdə “Red Bull Illume”nin dünya üzrə qalibləri sırasında nümayiş olunmaq şansı qazanacaq ən yaxşı fotoların axtarışındadır. Fotolar mobil telefonla çəkilməli, hərəkət və macəra əks etdirməlidir. Milli Mobil Fotoşəkil Müsabiqəsi – Red Bull Illume açıq havada keçirilən unikal gecə foto-sərgisində təqdim olunmaq imkanını yaradır. Bundan əlavə, müsabiqənin qalibləri 2018 Formula 1 Azərbaycan Qran prisinə bilet, mobil telefon və ya foto-texnika alınmasına kupon qazanacaqlar.

Ətraflı məlumatı almaq və müraciət üçün http://bit.ly/millifotomusabiqe linkinə daxil olmaq lazımdır.

İştirakçılar macəra və idman şəkilləri mövzusuna uyğun olaraq artıq müraciət etməyə və öz mobil şəkillərini göndərməyə başlaya bilərlər, Şəkil smartfon və ya planşet kimi istənilən portativ qurğuya çəkilə bilər. Fotoşəklin ölçüsü 8 meqapikseldən çox, faylın ölçüsü isə maksimum 10 mb olmalıdır. Qələbə üçün mübarizə aparan hər bir iştirakçı 5-ə qədər fotoşəkil təqdim edə bilər.

Müraciətlərin qəbulunun son günü – 22 noyabr tarixidir. Bundan sonra, Emin Məmmədov (incəsənət üzrə ekspert), Denis Klero (fotoqraf) və Şirin Məlikovadan (Xalça Muzeyinin direktoru) ibarət olan münsiflər heyəti 5 finalçını və Milli Mobil Fotoşəkil Müsabiqəsinin qalibini seçəcəklər.

Qeyd edək ki, Milli Mobil Fotoşəkil Müsabiqəsi çərçivəsində mobil telefonlar vasitəsilə ən yaxşı şəkillər əldə etmək üsullarına dair praktiki təlim də keçiriləcək. Bakı Şəhər Halqasının dəstəyi ilə keçirilən təlimdə “Red Bull Illume” beynəlxalq müsabiqəsinin qaliblərindən olan Denis Klero öz təcrübəsini bölüşəcək. Oktyabrın 21-də baş tutacaq təlimə qoşulmaq üçün http://redbull.az/denisklero linkinə daxil olaraq qeydiyyatdan keçmək mümkündür.

Daha çox - Müsabiqələr

To Top