Connect with us

Tarixdə qalmış məşhur fotoqrafların adları və həyatları

20150105214930-camera

Fotoxəbər

Tarixdə qalmış məşhur fotoqrafların adları və həyatları

Məşhur fotoqrafların adları, qısaca həyat hekayələri və əsərləri.

Məşhur fotoqraflar haqqında bilgi:

Louis Dagruerre (1789-1851). Louis Daguerre peşəsinə 1800-cü illərin başlanğıcında Paris Operasında dekorasiya prodüseri olaraq başladı. 1829-cu ildə ixtiraçı Cozef Niepce (1765-1833) ilə birləşərək bir fotoşəkil üzərində işə başladı. Niepcenin ölümündən 6 il sonra çox uzun olan poza zamanını qısaldıb görünüşü sabitləşdirərək prosesi inkişaf etdirdi. Beləcə, gümüş lövhələr üzərində müsbət görünüşləri ardıcıl olaraq çıxara bilirdi. icadı olan Daguerrotypeyi 1839-cu ildə Fransa dövlətinə verdi və qarşılığında ömrünün sonuna qədər pensiya aldı.

1839-cu ildə ilk pratik foto müddəti olan Daguerreotypeni icad etdi.

Julia Cameron (1815-1879). Ingilis fotoqraf Julia Cameron Hindistanda doğuldu və orada yaşadı. Həyat yoldaşı öldükdən sonra İngiltərəyə qayıtdı və 48 yaşı olanda bir kamera sahibi oldu. Çox vaxt keçmədən Çarlz Darvin və rəssam Con Millais kimi Victoria çağı məşhurlarının portretləri ilə tanındı.

Man Ray (1890-1976). Bu avanqard Amerikalı fotoqraf, rəssam və heykəltəraşın həqiqi adı Emmanuel Radnitzky idi. Bir memarlıq təqaüdü qazanmış amma Nyu Yorkda rəssam olmuşdu. 25 yaşında fotoqraflığa başladı və portretləri Vogue kimi jurnallarda çıxmaya başladı. Marcel Duchample Nyu Yorkda Dada qrupu yaratdı. Ray 1921-ci ildə Parisə gedib sürrealist filmlər çəkdi. Bir obyektin şəkil kağızı üzərinə yerləşdirib poz verildiyi şəkillər olan “Rayograph”ı yaratdı.

Məşhur əsərləri: Quşlar- 1919; Metronom-1923/1972; Champs Delicieux (Rayography)-1922; Hatib-1935

Leni Riefenstahl (1902-2003). Alman film prodüseri Leni Riefenstahl Nürnberg nümayişlərinin və 1936-cı il Alman Olimpiya Oyunlarının sənədli filmini çəkmişdi. 1945-ci ildə Nazi sempatizanı olduğu üçün bir müddət həpsdə olub və 1952-ci ilə qədər Müddəfiqlər tərəfindən qara siyahıya alınıb. 1970-ci illərdə Afrikada Nuba qəbiləsi haqqında iki fotoqraf kitabı nəşr etmişdi.

Ansel Adams (1902-1984). Amerikalı fotoqraf Ansel Adams Qərbi Amerikanın, xüsusilə, Yosemite kimi Milli Parkların mənzərə fotoqrafı olaraq tanınmışdı. Pianino təhsili almışdı amma 20li yaşlarının sonlarında fotoqraflığa keçmişdi. 1932-ci ildə fotoqraf Edvard Vestonla birləşərək ən yüksək keyfiyyətli görüntü əldə etmək üçün f/64 qrupunu yaratdılar. Adamsın qayalıq dağları , vadiləri və meşələri təbiətin və toxunmanın incə detaylarını daşıyır.

Vacib əsərləri: Qərbi Amerikanın fotoqrafları-1930-cu illər; Zone Sistem-1941

Cecil Beaton (1904-1980). Ingilis kübar cəmiyyətindən Cecil Beaton Cambridge Universitetini yarıda buraxıb fotoqraflığa başladı və 22 yaşında Londonda ilk sərgisini açdı. Stilize moda fotoları və aristokratların, filmulduzlarının, siyasətçilərin və kral ailə üzvlərinin potretləriylə 1930-cu illərdə məşhurlaşdı. Tamaşalar və filmlər üçün kostyumlar dizayn etdi. 1964-cü ildə “My Fair Lady” də Audrey Hepburnun kostyumları üçün Oskar qazandı.

Vacib əsərləri: Vogue və Vanity Fair üçün moda fotoları; Gigi üçün dizayn etdiyi deorlar və kostyumlar-1958

Henri Cartier-Bresson (1908-2004). Fotoqraf olmazdan əvvəl Parisdə Kübist və Sürrealistlərlə rəsim çəkdi. 1930-cu ildə Afrikada Fildişi sahilində gəzərkən ilk fotolarını çəkdi. Uzun vaxt keçmədən çəkdiyi fotoları dünyanın hər yerində qəzet və jurnallara satdı. Cartier-Bresson reportaj fotoqraflığının ən qabaqcıllarından biridir və ictimai bir vəziyyətdə ən mənalı və qəti vizual anın əhəmiyyətli olduğu fikrini müdafi edir.

Robert Capa ilə Magnum fotoqraf agentliyi qurmuşdu-1947

Alfred Sieglitz (1864-1946). Nyu Yorkda doğulan Stieglitz fotoqraflığın peşə olaraq qəbul edilməyində təsirli olub. Berlində fotoqraflıq təhsili alıb amma 1890-cı ildə Nyu Yorka qayıdıb. 1902-ci ildə Edvard Steichenlə American Photo-Secession Qrupunu yaratmış və Camera VVork jurnalını nəşr etdirmişdi. Ən qiymətli mövzularından biri Nyu York arxitekturasıdır.

David Bailey (1938). Londonlu fotoqraf David Bailey 1959-cu ildə moda fotoqrafı oldu və 1960-cı ildə Vogue E jurnalında işləmə başladı. Londonda 1960-cı illərdə bütün məşhurların fotolarını çəkdi. O vaxtdan bəri bir çox kitab nəşr etdirib, sənədli filmlər və TV reklamları çəkib.

Rıchard Avedon (1923-2004). XX əsrin ən önəmli portret fotoqraflarından olan Nyu Yorklu Avedon II Dünya Müharibəsində Dəniz Ticarət Flotunun fotoqraf hissəsində işlədi. Müharibədən sonra Harper”s Bazaar və Vogue jurnallarında heyətli moda fotoqrafiyasında işlədi. Avedon modellər hərəkət etdirməyə və duyğularını göstərməyə təşvik etdi və onları tez-tez qeyri-adi məkanlara apardı. Reportaj fotoqrafları 1960-cı illərin savaş əleyhdarı protestoçuları və Vyetnam qurbanlarını, 1989-cu ildə Berlin Divarının sökülməsindən ibarətdir. 1992-ci ildə Nyu Yorkda heyətli fotoqraf olmuşdu.

Vacib işləri: Harpers Bazaar, Vogue-1945-1988, Müşahidələr-1959, Şəxsi deyil-1964

Paul Horst (1906-1999). Horst məmləkəti olan Almaniyadan Parisə getdi və orada memar Le Corbusierin yanında işləməyə başladı. Orada mosa fotoqrafı George Hoyningen-Huene ilə tanış oldu və fotoqraflıq peşəsini seçdi. Klassik sanəti və Yunan heykəlçiliyindən faydalanan bir stil var. Modelləri və film ulduzları dramatik olaraq işıqlandırılır və lüks dekorlarda poz verirlər.

Vacib əsərləri: Vogue üçün moda fotoqrafları, Vindsor düşesi, Marlene Dietrich və Coco Chanel fotoları- 1930-cu illər

Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Fotoxəbər

To Top