Connect with us

Taleh Valehov: “İlk fotolarımı Nokianın N8 model telefonu ilə çəkmişəm”

taleh valehov
Fotoqraflar.com

Müsahibə

Taleh Valehov: “İlk fotolarımı Nokianın N8 model telefonu ilə çəkmişəm”

“Fotoqraflarımızı tanıyaq” – adlı yeni layihəyə başlamışıq. Bu layihəmizdə azərbaycanlı fotoqraflarla müsahibələr edəcəyik.

Məqsədimiz fotoqrafları bir-biri ilə tanış etmək, onların təcrübələrini digərləri ilə bölüşməkdir. Bu dəfə müsahibimiz isə gənc fotoqraf Taleh Valehovdur (Taleh V.V).

Talehin fotoları sosial şəbəkələrdə tez-tez qarşımıza çıxır. Çoxları bəlkə də onun adını xatırlamır, amma fotolarını görüblər. Bu səbəbdən sıradakı müsahibimiz Taleh oldu.

– Neçə ildir fotoqrafiyaya ilə məşğulsan? Niyə fotoqraf?

– 5 ildir ki, fotoqrafiya ilə məşğulam. İlk fotolarımı 2012-ci ildə Nokianın N8 model telefonu ilə çəkmişəm. Bu sahəyə qətiyyən marağım olmayıb. Amma telefonla çəkdiyim xüsusi fotolar çoxlarının marağına səbəb oldu. Hamı mənə deyirdi ki, “Normal bir fotoparat al, özünü sına”. Ağlıma batdı və ilk aparatımı aldım və başladım. Zamanla öyrəndim. Məşhur fotoqrafları izlədim. Aparatın “dilini” araşdırdım, ayarları öyrəndim və özümün də bacarığımı bu işə qatdım, alındı. Ailəmdə incəsənət adamları çoxdur. Mənim də qismətimə fotoqrafiya düşdü.

«Bütün bunlar ola-ola “2016-cı ildə heç bir fotoqraf xüsusi uğur əldə etməyib” demək düzgün deyil»  

– Ötən il Azərbaycan Fotoqraflar Birliyinin təşkil etdiyi “İlin fotoqrafı 2016” tədbirindən sonra bir neçə fotoqraf AFB-ni tənqid atəşinə tutdu. Onlardan biri də sən idin.

– Mən qərara yox, orada işlənən bir cümləyə etiraz edirdim. Deyilirdi ki, “2016-cı ildə heç bir fotoqraf xüsusi uğur əldə etməyib”. Əslində isə həmkarlarımın yetərincə uğurları var idi. Məsələn, Tural Hüseynin ermənilərin komanda şəklində hazırladıqları “МЫ ВСЕ АРЦАХ” (Biz hamımız Qarabağlıyıq) foto-layihəsinə təkbaşına Bakıda “Biz hamımız Qarabağlıyıq” layihəsi ilə cavab vermişdi. Rəşad Mehdiyev bir çox beynəlxalq müsabiqədə qalib gəlmişdi. Mən özüm bir neçə ideya üzrə fotolar çəkmişdim ki, minlərlə şəxs həmin fotoları paylaşmışdı, saytlarda dərc edilmişdi. Qubanın Buduq kəndində “Yurdum” layihəm olmuşdu. Bu layihənin İsveçrədə sərgisi keçirildi, filmimiz nümayiş edildi. Hələ başqalarını da saya bilərəm. Bütün bunlar ola-ola “2016-cı ildə heç bir fotoqraf xüsusi uğur əldə etməyib” demək düzgün deyil. Hə, bəlkə AFB üzvləri arasında uğur əldə etməyən ola bilər. Bununla razıyam, amma ümumi demək düzgün deyil. Mən bunu qəbul etmirəm. Hazırda gənc fotoqraflar inkişaf etmək üçün hər şey edirlər. Onlara dəstək olmaq lazımdır, köstək yox.

«Mən təhqir etməmişəm, alçatmamışam» 

– Bir neçə gün öncə facebook səhifəndə “Bəzi “fotoqraf”lar var hansı ki, əsasən bölgələrdə əlində çay, nəlbəki üzü yaşıllıq bir məkana durub dəfələrlə eyni rakurs və pozada fotolar çəkirlər… O çay və nəlbəkidən hər yerdə var, bir az kreativ olun, elə bir şey çəkin ki, ondan bölgələrdə çox, şəhərdə az olsun” başlığı ilə bu fotonu paylaşmışdın. Məlumdur ki, bu fotoları İradə Qədirova çəkir. Bu paylaşımla nə demək istəyirdin?

Безымянный

– Mən kiminsə adını çəkməmişəm, amma İradə Qədirovaya ünvanlanırmış kimi görünürsə, deməli elədir. Bu şəxs onsuz da bölgələri gəzir. Niyə hamısında əlində çay tutmalıdır ki? Hər bölgənin özünəməxsus simvolu var. Hər birində bunları qabartmaq olar. Mən təhqir etməmişəm, alçatmamışam. Sadəcə istiqamət verməyə çalışmışam.

– Paylaşımda bir az ələsalma kimi görüntü var idi.

– Yox. Mən sadəcə bir az əyləncəli və tənqidi olsun deyə bunu etmişəm. Məqsədim odur ki, kreativ olsunlar.

– Tutaq ki, məktəb yaradılır və oraya fotoqrafiyadan dərs demək üçün fotoqraf lazımdır. Azərbaycanlı fotoqraflardan kimlər fotoqrafiyadan dərs keçə bilər?

– Mənə elə gəlir ki, hələ buna namizəd seçmək çətindir. Hələ ki Azərbaycanda fotoqrafiya ələkdən keçmə mərhələsindədir. Uzun müddət çəkişmələr getməlidir, inkişaf olmalıdır. Bundan sonra ələkdən keçənlər qalacaq və onlar artıq kimlərə dərs deyə biləcəklər. Hər janr üzrə ayrı fotoqraflar müəllim kimi dərs deyəcəklər. Dediyim kimi, bunlar üçün uzun illər lazımdır.

– AFB haqqında nə düşünürsən? AFB-ni tənqid edənlər tərif edənlər qat-qat çoxdur. Səncə, bunun səbəbi nədir?

– Mən ilk dəfə 2016-cı ilin yanvar ayında AFB ilə tanış olmuşam. Həmin tarixdə AFB “20 Yanvar” günü ilə bağlı müsabiqə elan etmişdi. Mən də oraya yetərincə güclü foto göndərmişdim. Amma mənim fotom nəinki qalib gəldi, heç adi sertifikat verilmədi. Qalib gələn fotoya baxdım. O fotodan hər il eyni rakursdan “N” qədər foto çəkilir. Digər foto-müsabiqələrində də bu bənzər hadisələrlə qarşılaşdım. Sonradan öyrədim ki, orada fotolara düzgün qiymət verilmir. AFB-də böyük ayrı-seçkilik var. Bunu deyən və başına oxşar hadisə gələn tək fotoqraf mən deyiləm.

Yoxsa ki, 30 fotoqrafı yığ, apar bir yerə. Eyni küçəni hamısı çəksin, oturub yeyib-içsinlər, gəlsinlər. Bu, iş deyil, yola verməkdir.

AFB-yə ayrılan pulları həqiqətən çalışan, çalışmaq istəyən fotoqraflara ayırsalar, fotoqrafiya ciddi inkişaf edər. Tanıdığım çox fotoqraf var ki, başqa yerdə işləyib, maaşlarını fotoqrafiyaya ayırırlar. Şəxsi büdcələri ilə bölgələrə gedib, layihə hazırlayırlar. Bunu da sırf, fotoqrafiyanı sevdikləri üçün edirlər. Yoxsa ki, 30 fotoqrafı yığ, apar bir yerə. Eyni küçəni hamısı çəksin, oturub yeyib-içsinlər, gəlsinlər. Bu, iş deyil, yola verməkdir.

Comments

comments

Ardını oxu

Daha çox - Müsahibə

To Top