Connect with us

Soyuq havada çəkiliş aparmağın üsulları

soyuq havada foto çəkmək

Dərslər

Soyuq havada çəkiliş aparmağın üsulları

Sıfırın altında fırtınalı və qarlı havalarda çalışmaqhəqiqətən çətindir.

Belə hava şəraiti çəkərkən həm özünüz, həm də kameranız üçün mənfi təsirlər yarada bilər. Bu səbəblə, belə hava şəraitinin kamera, lens və digər avadanlıqlara necə təsir etdiyini bilmək və onlara qarşı ehtiyat tədbirləri almaq, daha uzun çəkmək və avadanlıqlarınızı qorumağa kömək edəcəkdir.

1 – Batareyaları isti saxlayın

Bildiyiniz kimi, bir çox kamerada Lityum-Ion batareyaları istifadə olunur. Bu batareyalar ətraf mühitin temperaturu ilə birbaşa təsirlənir. Məsələn, çox soyuq havada çəkiliş edərkən çantanızda olan batareyaların yarım ömrü olacaq. Buna görə soyuq havalarda daha uzun müddət çəkiliş aparmaq və batareyanızın ömrünü uzatmaq üçün onların isti qalmasını təmin edin.

bigstock-photographer-outdoor-in-winter-29938676-400x298@2x

2 – Manual rejim

Qarlı ərazilərin çəkilişləri zamanı kameranın avto rejimdə olması düzgün deyil, çünki hər yerdə ağ rənglidir. Bu səbəblə həmişə əl rejimini istifadə edin və qarlı ərazilərin şəkillərini çəkərkən ağ balansınızı özünüzə uyğunlaşdırın.

3 – Üzərinizdə hava keçirməyən torbalar gəzdirin

Bildiyiniz kimi, isti havada soyuq mühitə və ya soyuq mühitdən isti ortama keçəndə sis meydana gəlir. Bu kondensasiya təsiri nəticəsində kameramızın sensoruna, lensinə təsir edir. Bu səbəbdən belə vəziyyətlərdə (ziplock) torbalardan istifadə edin. Aparatınızı bu tip çantaya qoyduğunuzda, kondensasiya təsiri çantadan kənarda toplanacaq və avadanlığa təsir göstərməyəcək. Belə çanta istifadə etmədiyiniz təqdirdə və lensdə duman varsa, aparatı istifadə etmədən öncə 5-10 dəqiqə gözləyin, qorxmayın, duman özbaşına yox olacaq.

6-ewa-marine-u-bfz100-underwater-housing-for-pro-dslr-cameras-400x382@2x

4 – Fotoaparatı sərin saxlayın

Fotoaparatlar istini sevmir. Buna görə də, aparatı soyuq, batareyaları isti saxlayın.

5 – Karbon Fiber Tripoddan istifadə edin

Alüminium tripodlar, karbon fiber tripodlara nisbətdə daha çox soyuq ötürür, belə ki, həddindən artıq soyuq havada alüminium tripodları tutmaq və hərəkət etmək işgəncə ola bilər və hətta əlinizdə soyuq böcək adlanan bir yaraya səbəb ola bilər. Bu səbəblə, soyuq hava foto çəkərkən karbon fiber tripod, ya da monopod istifadə edin. Karbon lifli tripodunuz yoxdursa, alüminium tripodunuzun qapağını bir süngər ilə əhatə edə bilərsiniz.

Alum_intro-400x300@2x

6 – Əlcək istifadə edin

Təbii ki, soyuq hava şəraitində əllərinizi qorumaq üçün ağla ilk gələn geyim əlcəkdir, lakin fotoşəkil çəkərkən yun əlcək geyinmək aparatınızın əlinizdən sürüşməsinə və düymələrə tam basamamanıza səbəb olur. Bu səbəblə xüsusi fotoqraf əlcəklərindən istifadə edin!

CameraPackOpenX2-400x267@2x

7 – Çanta əhatə edin

Bir çox kamerada çantasında suya davamlılıq xüsusiyyəti yoxdur. Bu səbəbdən qarlı və yağışlı havalarda avadanlığınız islanıb zərər görə bilər. Buna görə su çantası seçmək daha xeyirlidir. Əlbəttə ki, bu çantalar bir qədər bahalıdır. Əgər büdcəniz bu cür çantalara çatmırsa içərisində su keçirməz örtük saxlayan çantaları da seçim edə bilərsiniz. Belə çantalarda ciblərindən birində suya davamlı bir çanta var. Yağış başladığında bu torbanı çıxarıb çantanızı qucaqlayaraq ləvazimatlarınızı qoruya bilərsiniz. Əgər bu cür bir çanta da əlinizdə yoxsa, o zaman çantanızı neylon bir paketə salın. Təbii ki, bu heç də xoş görünürş yaratmayacaq və elə də güvənilir deyil.

Daha çox - Dərslər

To Top