Connect with us

Sony RX1R II Full Frame güzgüsüz fotoaparat

Sony RX1R II full Frame

Digər - incələmələr

Sony RX1R II Full Frame güzgüsüz fotoaparat

Sony RX1R II ful frame güzgüsüz fotoaparatı araşdıraq

Güzgüsüz kameraların lideri olan Sony yeni çıxardığı Zeiss Sonnar T 35mm f/2 lensli, full frame, 42.4 MP-lıq arxa ışıqlandırmalı Exmor R BSI CMOS sensorlu, üz tanımalı Sony yeni güzgüsüz kamerası DSC-RX1R II ilə qarşınızdayıq.

Sony DSC-RX1R II ilə tanış olaq

rx1rm2-chasis-1-e1445360697700

 Kameranı diqqətli araşdırsaq görərik ki, dünyanın ilk dəyişkən “Optical Lov-Pass Filter” ilə birlikdə gələn netlik ilə əla işlər görən bir kameradır. 49mm filtr diametri olan Zeiss Sonnar T 35mm sabit bucaq və max diafraqma açıqlığı f2 xüsusiyyəti ilə yene Sonynin digər güzgüsüz kameralarından keyfiyyətli olduğu görünür. Sony A7S II vı A7R II seriyalarında əldə etdiyi satış miqdarını daha kiçik bir kamera ilə əldə etməyə çalışacaq. 399 nöqtəli FAZ-lı Sürətli Hibrid AF nöqtəsi olan DSC-RX1R II, heç bir obyekti diqqətdən qaçırmadan doğru, qərarlı bir şəkildə və əlavə sürətlə net şəkildə çəkə bilir. Sony DSC-RX1R II-nin saniyədə çəkim sayı 5fps-dir. Dörd fərqli formatı var: 1:1,3:2, 4:3 və 16:9

Untitled-3

50-102.400 ISO aralığı, Zeiss 35mm f/2 lens, Full frame maqnezyum gövdə

Genişləndirilmiş ISO performansı sayəsində zəif işıq olsa belə olduqca rahat bir şəkildə foto çəkə bilərsiniz. Ekstra olaraq 14 bit Raw formatında şəkil çəkə bilən Sony olduqca iddialı bir kamera ilə qarşımızdadır. Ümumiyyətlə, küçə fotoqrafçılarına, sənədli film çəkən şəxslərə xitab edən Sony DSC-RX1R II Zeiss firmasının inkişaf etdirdiyi 35mm-lik linzaları ilə çox yaxşı çəkimlər  etmək mümkündür. Full Frame gövdəyə sahib olması ilə alan dərinliyi fərqini gözlə görülər dərəcədə artırır. Sonyin yeniliklərlə dolu DSC-RX1R II kamerası video çəkilişləri üçün də olduqca əlverişlidir.  XAVCS formatında 50 Mbps sürətində Full HD 1080p olaraq 60 fps, HD 720 olaraq isə 120 fps-ə qədər yaddaş imkanı var. Digər xüsusiyyətlə isə; 1920x1080p, 60 fps, 50 fps, 30 fps, 25 fps, 24 fps- 1280x720p, 120 fps-1920x1080i, 60 fps, 50 fps. Əlavə olaraq 3.5 mm-lik mikrafon girişinə sahib olan və kiçik ölçüləri olan özəl bir kameradır.

Sony's RX1R II

Maqnezium xəlitəli yeni bir gövdəyə sahib olan Sony DSC-RX1R Iimöhkəm quruluşu ilə diqqət çəkir. İçərisində yaradıcı stilləri ilə əlavə olaraq effektiv şəkillər çəkmək üçün də olduqca ideal bir kameradır. Kamera Clear İmage Zoom : 2x, Digital:4x, Digital: 6.2x, Digital:8x-a qədər zoom edə bilir. Kameranın bir başqa özəl və gözəl özəlliyi NFC və daxili Wi-Fi olmasıdır. Bunların vasitəsi ilə çəkdiyiniz şəkilləri anında telefonunuza, planşetinizə və figər Wi-Fi-si olan cihazlara göndərə biləcəksiniz. XGA OLED Tru-Finder elektron vizör isə Sonynin bu kamerasında da istifadə edilmişdir. 3 LCD ekran sayəsində alışılmış DSLR kameralarındakı görüntü ölçüsü və keyfiyyətini görə bilərik.

Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Digər - incələmələr

To Top