Connect with us

Softboxla çətirin fərqi nədir? – Cavab

Softboxla çətirin fərqi nədir

Sualım var

Softboxla çətirin fərqi nədir? – Cavab

Fotoqrafiyaya həvəsi olanların çox vaxt verdiyi suallardan biri də, Softboxla – Çətirin fərqi ilə bağlıdır. 

Hansı yaxşıdır? İkisi də eyni işə yarayırsa niyə biri ucuzdur, digəri baha? Hər şey görüntüyə görədir? Və s. İlk olaraq bunu deyim ki, hə, ikisi də oxşar işi görür. Amma… 

Softbox çoxfunksiyalı, dözümlü və işıq balansı, yumşaqlığı olaraq daha yaxşıdır. Softboxun daxilində 1, xaricində də ikinci pərdə olmaqla işığı ikiqat yumşaldır. İstifadəsi daha asandır. Fləşə daimi nəzarət etmək olur. Məsələn, çətirlərdə fləş çətirin içində olur. Çox hərəkətli çəkilişlərdə fləşin düşmə ehtimalı çoxdur. Godox Brolly Softbox umbrella-500x500

Hər an fləş düşüb qırıla bilər. Üstəlik çəkiliş anında fləşin düşməsi heç də xoş görüntü vermir. Çətirlər əsasən studiyalarda özünü yaxşı göstərə bilir. Softbox isə hər iki çəkiliş məkanında işinizi yaxşı yerinə yetirmənizdə kömək edəcək. 

Çətirlər qiymət cəhətdən çox ucuza başa gəlir. Bəhs etdiyimiz çətiri bu “LİNK“dən 10 dollara əldə edə bilərsiniz. Təbii ki, tək çətirlə iş bitmir. Fləş və dayaq da almalısınız. Dayaq almaq üçün isə bu “LİNKƏ” daxil olun

Godox-softbox-3

Çətirləri əsasən bu sahəyə yeni başlayanlara məsləhət görərdim. Həm ucuzdur, həm də təcrübə toplamağınızda kömək edəcək. Bir ümddət sonra (pulunuz olarsa 🙂 ) Softbox alın. Peşəkarca işləyin. 

 

Softboxlar da iki cürdür. Daha dəqiq desək, iki formadadır. Speedboxlar və Godox tipli softlar… Speedboxla Godoxun arasındakı fərq, görüntü və dözümlülükdür. Speedboxların hazırlanma materialı daha möhkəmdir. Speedboxlarda boşalma, əsmə, ilk zərbədə əyilmə, bükərkən problemin yaşanması olmur. Verdiyiniz pula dəyir 🙂White Umbrella 83cm 10 dollar-500x500

Görüntü isə önəmli deyil. Hər ikisi eyni funksiyanı həyata keçirir. Aralarında isə böyük qiymət fərqi var. Düşünün ki, SMDV 60 sm – Softboxun qiyməti 160 dollardır. 

Korea istehsalı, Sürətli yığılma və quraşdırılması ilə seçilir. İki diffuser paneli mövcüddur.

Fotoqrafların böyük hissəsi bu softdan istifadə edir. 

Siz də bu softdan əldə etmək istəyirsinizsə bu “LİNKƏ” daxil olun. Təbii ki, buraya dayaq, fləş də əlavə edilməlidir. 

Fotoqrafiya bahalı peşədir. Nəzərə alsaq ki, hazırda manat digər valyutlara nisbətdə çox geriləyib, deməli bu sahədə xərc arta-arta gedir 🙂 SMDV-60-500x500

Ümid edirəm ki, suallarınıza cavab tapa bildim. Artıq, “Qaqaş, nə fərqi vare, əsas odur ki işıq vursun” tipli düşüncəniz olmaz. Ümid edirəm ki, olmaz 🙂 

Hə, softbox haqqında ilkin məlumat almaq istəyirisinizə bu “LİNKƏ” daxil olun

 

 

 

Comments

comments

Ardını oxu

Daha çox - Sualım var

To Top