Connect with us

Sitarə İbrahimova: Biz şəkillərin pik erasını yaşayırıq

SİTARƏ İBRAHİMOVA

Müsahibə

Sitarə İbrahimova: Biz şəkillərin pik erasını yaşayırıq

Baku Afisha fotoqraf Sitarə İbrahimova ilə peşəsi, sosial proyektləri və tamamilə yad insanlarla necə dil tapmaq haqqında danışdı.

Özün haqqında danış, nə üzrə təhsil almısan, fotoqraflığa necə gəlmisən?

  • 90-cı illər uşaqlarının çoxu kimi mən də öz sənətimi tam dərk etmədiyim bir yaşda seçməli oldum. 16 yaşımda mənim seçimim psixologiyaya düşdü, 20 yaşında isə uğurla ilk təhsilimi başa vurdum. Magistraturaya daxil oldum, ancaq bir il sonra qərar verdim ki, mən fotoqraflığı öyrənmək istəyirəm.
  • Təəssüf ki, Azərbaycanda hələ də belə bir fakültə yoxdur. Xarici bir ölkədə gedib oxumalı oldum və buna çox sevinirəm. Azərbaycan Mədəniyyət Nazirliyi sayəsində mən tam təqaüd aldım və ikinci ali təhsilmi Praqada ala bildim. Evə mən qanadlanmış və öz inkişafıma tam diqqətimi yönəltmiş bir şəkildə qayıtdım.

Sənin birinci kameran? İndi hansı avadanlıqlardan istifadə edirsən? Yaxşı şəkil üçün avadanlıq vacibdir mi, yoxsa telefonla da əla bir kadr çəkmək olar?

  • Hər şey lentli kameralardan başladı. Oxuduğum vaxtlarda mən lentli kamera ilə çəkib, sonra onları çıxartdırırdım. Təəssüf ki, Bakıda lenti çıxartdırmaq/şəkil çap etdirmək imkanı yoxdur, ona görə də lentdən çox nadir istifadə etməli oluram. İndi Canon Mark 4 rəqəmsal kamerasından istifadə edirəm.

Mənim fikrimcə indi biz şəkillərin pik erasını yaşayırıq

  • Hər şey ilə çəkmək olar: telefonla da, bahalı kamera ilə də, öz kameranı da düzəldə bilərsən – hər şey sənin hansı formatda işlədiyindən və nəyi çatdırmaq istədiyindən asılıdır.
  • Mənim fikrimcə indi biz şəkillərin pik erasını yaşayırıq. İnstagram sayəsində artıq çox sayda insan bu dildə danışır – gün ərzində biz bir məlumat göndərmə və qəbul etmə alətindən istifadə edərək şəxsi təcrübələrimizi paylaşırıq.

Şəkil – bir incəsənətdir yoxsa hər kəsin öyrənə biləcəyi bir peşədir?

  • Qəribə sualdır: ilk olaraq deyim ki, şəkilin incəsənət olub və ya olmaması sualına dünya qalereyaları, kuratorları və kritikləri çoxdan cavab veriblər.
  • Digər tərəfdən isə – niyə də incəsənət peşə olmasın? Çox şükür ki, bizim zəmanəmizdə texnologiya ilə hər şeyi öyrənmək mümkündür, həmçinin şəkilləri də. Estetik həzzdən əlavə bu zamanın və hadisələrin sənədləşməsidir. Şəkilin özü fotoqraf üçün yeganə alət deyil, çoxları musiqi və ya sözlərlə müşayiətdən istifadə edirlər.

Estetik həzzdən əlavə bu zamanın və hadisələrin sənədləşməsidir

Sənin üçün ən qeyri-adi, ən sevimli və psixoloji olaraq ən ağır çəkiliş hansı olub?

  • Mənim üçün ən ağır olan çəkilişdən başlayım – bu psixiatrik xəstəxananın tərkibində gerontologiya bölməsində idi. Mən onlara baxa bilmədiyini səbəb göstərərək xəstəxanaya və ya uşaq evinə getməyənlərdən deyiləm, baxmaq lazımdır ki, cəmiyyətdə nəyisə yaxşılığa doğru dəyişə biləsən. Sabah başımıza nə gələcəyini bilmirik. Ən çətini psixiatrik xəstəxananın gerontologiya bölməsini çəkmək idi, uşaqlar olan hissəyə heç daxil olmadım da…
  • Ən maraqlı və həyəcanlısı isə mənim qadınlar haqqında olan proyektim üçün Azərbaycanı səyahət etməyim idi. Məni İvanovka sakinlərinin gözəllik və koloriti, Xınalığın təbiəti heyran qoydu, yeni kəşfim isə Şəmkir oldu.

Yeni proyektlər üçün nələrdən ilham alırsan? Sevdiyin fotoqraflar var mı?

  • Nə qədər şablon səslənsə də, yeni proyektlərim üçün ilhamı mən həyatın özündən alıram. Azərbaycan şumlanmamış torpaq kimidir – proyektlər üçün sonsuz sayda mövzular var. Cəmiyyətdə qaldırılması gərəkdiyini düşündüyüm mövzulara cavab alıram.
  • Çox sayda sevdiyim fotoqraf var, hər gün yeni birini kəşf edirəm, ancaq ikisini dəqiq deyə bilərəm: Antoine D’Agata и Stanley Greene.

Yeni proyektin “Profiles of 100 women” haqqında danış. Bu ideya sənə necə gəldi?

  • İdeya üçün mən gündəlik həyatımda, ölkələrə səyahətlərimdə məni əhatə edən qadınlardan ilham aldım.  Gələn il Azərbaycan qadınının səsvermə haqqı qazanmasının 100 ili tamam olur. Mən kiçik bir araşdırma aparıb, proses zamanı qarşıma çıxan 100 təsadüfi qadının hekayəsini paylaşmaq qərarına gəldim.

Proyektin qəhrəmanlarını nə birləşdirir?

  • Mənim qəhrəmanlarımı böyüdükləri mühit və bunun onların gələcək həyatlarına təsiri birləşdirir.  Əsas diqqəti mən təhsil və qadınların cəmiyyətdə özünü təsdiqləməsinə yönəldirəm.

Çəkilişlər nə qədər vaxtını aldı və proyektə portretləri çəkmək üçün haralara getməli oldun?

  • Mən proyektə iyulda başladım və artıq çox sayda şəhərləri və kəndləri gəzmişəm. Proyekt davam edir, hələ bir bu qədər də gəzmək lazımdır…

Çox zaman kamera gördükdə insanlar özlərini sıxırlar. Çəkilişlər zamanı sən bununla necə mübarizə aparırsan? Tamamilə yad insanlarla necə dil tapırsan (məsələn, bu il çimərlikdə çəkdiyin şəkillərin qəhrəmanları ilə)?

  • Yəqin ki, bu bizim insanların ən əsas problemlərindəndir – onlar kameradan çox utanır və qorxurlar, düşünürlər ki, onların hekayəsi paylaşmağa dəyməyəcək qədər mənasızdır. Belə bir vaxtda mənə düşən – onlara hörmət etmək və hər bir hekayənin vacibliyini başa salmaqdır.
  • Son proyektdə çox vaxt belə də olurdu – mən qadınlarda özünə inam yaratmağa çalışır, necə gözəl olduqlarını deyir və onların portretlərini çəkməyi nə qədər çox istədiyimə inandırırdım.
  • Etirazların ən çox yayılan səbəbi – qısqanmaq üçün mütləq bir səbəb tapan kişilərin qəzəbi idi. Çimərlik qəhrəmanları ilə hər şey çox asan idi – kameranı götürürəm, insanların ən sıx olduğu yerə girirəm, gülümsəyirəm və pozifiv abhava yaradıram. Bütün sirr bundadır.

Çəkməyi arzuladığın bir şəkil varmı?

Heç vaxt bilmirəm məni nə gözləyir və həyat məni haraya aparacaq. Ona görə mən bütün yenilklərə sonsuzadək açığam.

Mədəni Niyyət proyekti haqqında danış. İdeya necə gəldi? Proyekt indi hansı məkanları əhatə edir? O daimi olaraq təsir göstərirmi? Və səncə proyektin gələcəyi necə olacaq?

  • Mədəni Niyyət – mənim fotoqraflıq fəaliyyətimin, sosial sorğularda aktivliyimin nəticəsidir. Proyekt artıq bir ildən çoxdur ki, fəaliyyət göstərir və proyektdə iştirak edən insanların sayı hər gün daha da artır. Bizim çox gözəl komandamız var.
  • Hal-hazırda biz psixiatrik xəstəxana ərazisində art-terapiya ilə məşğul oluruq. Allah qoysa, tezliklə birgə işimiz satışa çıxacaq – bu proyektə xəstəxanadakı xəstələrlə birlikdə orjinal məhsullar hazırlayan gənc rəssamlar cəlb olunur.
  • Həmçinin Bakı qadın mərkəzlərinin birində Vüsal Rəhimovla birlikdə ailə zorakılığından əziyyət çəkən uşaqlar üçün art-terapiya keçirilir. Uşaqlar kiçik bir şkafı rəngləyiblər və bu şkaf Paris Bistro ərazisində olacaq. Hər kəs azərbaycan və ya ingilis dillərində kitablarını gətirib paylaşa bilər (proyekt uchansichanəməkdaşlığı ilə həyata keçirilir).  Bu ideyada mənim ilham qaynağım balaca kəndlərin sakinləri oldular – əgər öz gözümlə görməsəm hələ də kitabxanada növbə olduğuna inanmazdım.

  • Bizim son proyektlərimizdən biri – uşaq evləri ilə birlikdə təhsil kurslarıdır. Hal-hazırda uşaqlara bir ay dərs keçən Fərəh Ələkbərliylə proyektin ilk etapı sona çatır: o həftədə iki dəfə mühazirələrlə onların yanına gedirdi, bundan əlavə isə biz həftədə bir dəfə uşaqları şəhər çıxarır, yeni muzeylərin, sərgilərin açılışına aparırıq.
  • Bundan başqa mənim həyatımın və proyektimin əsas hissəsi ölkədəki evsiz heyvanlarla bağlı sualdır. Biz hamımız bilirik ki, bu və ya digər səbəblərə görə balaca dostlarımıza heç də ədalətli davranmırıq. Müxtəlif təşkilatlarla birlikdə bizim tapşırığımız sosial videoların köməyilə bu məsələni qaldırıb, heyvanların müalicə, yaşayış və hətta immiqrasiyalarına vəsait toplamaqdır. Tezliklə siz Lider telekanalının əməkdaşlığı ilə çəkdiyimiz sosial roliki görəcəsiniz.
  • Üzərində işləmək istədiyim ideyalar çoxdur – sonsuz saydadır. Bütün bu proyektlər olanlara laqeyd qalmayan insanların dəstəyilə reallaşdırılır, elə ona görə də oxuyuculardan bizə qoşulmaq istəyən olsa çox şad olarıq.

Daha çox - Müsahibə

To Top