Connect with us

Fotoqrafla sevgili olmadan öncə bunu oxuyun

Fotoqrafla sevgili olmadan öncə bunu oxuyun1

Bloq

Fotoqrafla sevgili olmadan öncə bunu oxuyun

1. Sevgilisinin əlini tutmağı deyil, fotoaparatı tutmağı seçər.

2. Romantik bir gündə, siz günəşin batışını seyr edərkən, “nə möhtəşəm” deyə düşünərsiniz, halbuki o, “enstantane 1/30, diyafram f/16, tripodla təmiz olar” deyə düşünər.

3. Film izlərkən və ya jurnal oxuyarkən zövq ala bilməzsiniz, çünki fotoqraf sevgiliniz sizə tez-tez vizual, texniki səhvləri söyləyib, bezdirə bilər.

4. Anlamsız kafelərdə oturub, saatlarla gələn gedənlərə baxar.

5. Yol gedərkən işığı və ortamı bəyənib, sizə “Burada dayan. Bir az sağa, bir sola…” deyib, fotonuzu çəkə bilər. Buna hazırlıqlı olun.

6. Hər kəsdən fərqli olaraq, yemək zamanı foto çəkməyi sevməzlər. Yediyi yeməyin fotosunu çəkmək, fotoqraf üçün maraqsızdır.

7. Bir dostunuz fotoqraf sevgilinizə “Mənə ucuz, amma yaxşı foto çəkə biləcəyim kamera məsləhət gör” desə, bilin ki, sevgiliniz artıq qəzəblənib.

8. Foto ilə əlaqədar bir sərgiyə, ya da başqa bir yerə getdiyiniz zaman bilin ki, saatlarla gözləyəcəksiniz.

9. Sizə tam şəkildə diqqətlə baxırlarsa, bilin ki, əslində sizin dediklərinizə yox, üzünüzdəki problemləri photoshopla necə düzəldə biləcəyini düşünür.

10. Əgər kənarda 1000 – 2000 manat varsa, bilin ki o pulu ortaq bir şey almağa deyil, bir lensə, ya da fotoaparat almağa xərcləyəcək.

11. Sizin fotonuzu çəkən zaman, bir az kilolu göründüyünüzü söyləsəniz, “kədərlənmə, mən photoshopla həll edəcəyəm” deyə bilər.

12. Öz standartlarına görə qiymətli deyilsə, sizin istədiyiniz bir şeyi photoshoplamazlar.

13. Sizin və ya dostunuzun fotosunu çəkibsə, o fotoşəkili almağı unudun. O fotonu almaq çətin olacaq. Bəlkə də bir neçə ay və ya il sonra…

14. Fotoqraf artıq qalan bütün zamanını kompüter başında keçirir. Yeni bir şeylər öyrənməyə çalışır.

15. Evinizdə fotoaparatların qalıqları hər zaman olacaqdır. Heç vaxt onları atmağa qıymazlar. Nə vaxtsa lazım olacağını düşünürlər.

16. Sizdən daha çox modellərlə, sənətçilərlə, musiqiçilərlə, ya da iş adamları ilə vaxt keçirməyi seçərlər. Çünki onların fotosunu çəkmək istəyəcək.

17. Otağın hansı tərəfini dağıtsa da, kameraları olan hissə hər zaman səliqəli olacaqdır. Buna əmin olun.

18. Telefon zənglərinə, mesajlara cavab verməyi sevməzlər.

19. Köhnə filmləri, onların çəkilişi haqqında öyrənməyi çox sevirlər.

20. Ümumiyyətlə qəribə şeylərlə maraqlanırlar – “Kibrit qutusundan necə fotoaparat edə bilərəm?”, “Qatıq qabından ring flaş olmazmı?”, “Özüm obyektiv düzəldə bilərəm?” kimi…

21. Digər fotoqrafların lensləri daha uzundursa, bu onları qıcıqlandıra bilər. Günlərlə “Məndə elə bir lens olsaydı, belə edərdim” sözü onun beynində fırlana bilər.

22. Uzaq bir yerdə bir təbii fəlakət yaşandısa, ya yola çıxmışdır, ya da hazırlanır.

23. Eqosu yüksəkdir. Özünün çəkdiklərindən başqa bütün fotolara bir qulp taxar.

24. Foto çəkən zaman ona mane olan şəxs, ən qəti düşməni ola bilər. Saatlarla həmin şəxslə bağlı əsəbi halda danışa bilər.

25. Bahalı, güclü kompüterlər, kameralar görəndə uşaq kimi olacaq. Onu almaqdan başqa heç nə düşünməyəcək.

26. Tərk edilmiş köhnə binalar fotoqrafların məskənidir. Əgər o bina dağınıq, bərbad haldadırsa, fotoqraf özünü cənnətdə hiss edəcəkdir.

27. Yeni fotolarını sizə böyük həvəslə göstərəcək. Amma bunu bilin ki, sizin bəyənib-bəyənməməyiniz vecinə belə deyil.

28. Fotoşəkildən çox da anlamayan yoldaşınızın çəkdiyi fotoşəkillərə onun yanında baxmayın. Əmin olun ki, nəsə səhv tutacaq və bunu mədəni formada deməyə də bilər.

29. Ən çox sevmədiyi mövsüm qışdır. Ən sevdiyi isə payız. Payızda fotolar çəkmək daha əlverişlidir.

30. Sizə ad günü hədiyyəsi olaraq, öz portreniz olma ehtimalı yüksəkdir. Və ya ən sevdiyi fotonu çərçivəyə salaraq, sizə hədiyyə edə bilər.

31. Təmizlik zamanı onun kameralarına toxunmaq, çox risklidir. O, kameralarını düşündüyünüzdən də çox sevir.

32. Sizdən davamlı olaraq bir test modeli kimi istifadə edə bilər.

33. Heç bir şey təbii olaraq gözəl deyil. Hər şeyə photoshop müdaxiləsi etməyə çalışar.

34. “Həyatım, kamera çantamı yanıma alıram” deməsi, “İçində lensleri, batareyaları olmaq şərti ilə 20 kilonu tapan bir çantanı yanıma alıram” mənasını gəlir.

35. Əgər səhvən hər hansı bir əşyasına ziyan versəniz, yandınız!

36. Ona hədiyyə almaq və onu sevindirmək istəyirsinizsə, xərcə düşəcəksiniz. Çünki onun sevinməsi üçün kamera, obyektiv və onun ehtiyat hissələrindən nəsə alınmalıdır. Onlar da bahalıdır.

37. Terabaytlıq xarici disklərdə fotoşəkili var, amma onları gözdən keçirsə, silməyəcəyi foto sayı 100-ü keçməz.

38. Hər hansı bir şəkildə avtomatik rejimdəysəniz bilin ki sizə güləcəkdir. Çünki, onlar üçün hər şey manuel 

39. Yeni bir foto texnikası öyrəndiyində orqazm ola bilər.

40. Özü kimi fotoşəkil maraqlısı biri ilə qarşılaşdığında yandınız deməkdir. “Ayaqüstü sohbətləri” ən az bir saat çəkir. Hələ ki “bir yerlərə oturub, orada söhbətə davam edək?” sözünü eşitdinizsə, 2 saat daha ordasınız deməkdir.

41. Bir parkda başınızı onun çiyninə qoyub, romantik hava yaratmaq istəsəniz, ehtiyatlı olun. Hər an eyni formada oturan bir cütlüyü görüb, onların fotosunu çəkməyə gedə bilər.

42. Bir fotoqrafla sevgili olmaq, onun şalvarının dizlərini tozlu görməyə alışmaq deməkdir. Çünki fotoqraf üçün yerdə uzanmaq, dizlərini yerə qoyub, foto çəkmək adi haldır. Əsas kadr alınsın.

Daha çox - Bloq

To Top