Connect with us

Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb – VİDEO

Fotoxəbər

Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb – VİDEO

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar.

İxtira olunmuş yeni texnologiya kimyada, fizikada və biologiyada baş verən sürətli prosesləri lentə almağa yardımçı olacaq. Çəkilişin yeni qaydası, 200 femtosaniyə (1 saniyənin kvadrillionda bir hissəsi) ərzində baş vermiş hadisəni qeyd etməyə imkan verəcək.

Femtosaniyəni adi saniyə kimi əks etdirəndə, 0.00000000000002 saniyə alınır. Bu göstərici, adi insan gözü üçün real olmayandır. İsveçli alimlər, bir karda bir neçə təsvirin kodlaşdırılmasının əsasında yeni alqoritm hazırlayıblar.

Çəkilməsi nəzərdə tutulmuş obyektə lazer impulsları göndərilir. Hər bir impuls isə öz unikal koduna sahib olur. İmpulslar obyektdən lazımi mənbəyə müəyyən ardıcıllıqlarla əks olunur. Daha sonra həmin siqnallar bir faylda yığılır və kompüterdəki xüsusi açar vasitəsilə aktiv edilir. Sözügedən texnologiya,Frequency Recognition Algorithm for Multiple Exposures (FRAME) adını alıb. Alimlər artıq sürətli kameranın ilk prototipini hazırlayıblar. Onların proqnozlarına əsasən 2 ildən sonra bu cür kamera bütün alimlər üçün təqdim olunacaq. ©Technote

Daha çox - Fotoxəbər

To Top