Connect with us

Samsung telefonları fotoqraflara rəqib halına gətirilir

samsung isocell

Bloq

Samsung telefonları fotoqraflara rəqib halına gətirilir

Samsung, Galaxy Note 8’dən başlayaraq,  ağıllı telefonlarındakı kameralarını yeniləyir.    

Samsung, qısa vaxt ərzində 4 yeni İSOCELL sensorunu tanıdmışdı. İSOCELL Bright,  İSOCELL Dual, İSOCELL Fast, İSOCELL Slim olaraq tanıdılan bu sensorların, özəl formada Galaxy Note 8’də ikili kamera ilə yer alacağı məlumatı da paylaşılmışdı. Şanxayda təşkil edilən MWC 2017 də tanıdılan bu yeni sesonsorlarla bağlı daha bir məlumat gəldi. Samsungun rəsmi məlumatlarında yer alan əlavə özəlliklərin, gələcəktə tanıdılacağ telefonlara yeni bacarığlar qazandıracağı gözlənilir. Samsungun gələcək texnologiyalarını sərgiləmək üçün səhmdarlar və sərmayeçilərə yönəlik bir sənəddə, telefonlarına xüsusi hazırladığı yeni kamera özəllikləri ilə bağlı məlumatlar mövcutdur.  Özəlliklə kameralarının zum və zəif işiqlı mühitdəki performansı ilə bağlı yeniliklər edən Samsung, əlavə olaraq dərinlik də ölçə biləcək. İkili İSOCELL sensorlarının Galaxy Note 8-də yer alacağı ilə bağlı məlumatlar mövcüddür. Lakin son nəticəni telefon tanıdıldığında görə biləcəyik.

Samsung, ağıllı telefonlarında həm Sony həm İSOCELL kamera sensorlarından istifadə edir. Lakin ortaya çıxan məlumatlara görə, yeni telefonda İSOCELL ikili sensoru yer alacağdır. Dərinlik ölçmə bacarığı ilə birlikdə telefonun kameralarında, özəlliklə son dövrlərdə məhşurlaşan Bokeh effekti, dərinlik ölçmə bacarığı ilə birlikdə çox gözəl kadrların ortaya çıxmasına səbəb olacaq. Bunun nümunələrini, daha öncə tanıdılan ikili kameralı telefonlarda görmüşdük. Belə görunür ki, Note 8 də bunların arasına qatılacaq. Note 8 də 13 MP + 12 MP ikili kameranın yer alacağı gözlənilir. Bununla bərabər böyük ehtimal 3x zum özəlliyi də olacaq.

Tərcüməçi: Faiq Əsgərov

Daha çox - Bloq

To Top