Connect with us

“Sərhədsiz Azərbaycan” Foto-Forumunun mükafatlandırma mərasimi keçirilib

14971993_1234716106602335_2076593883_n

Fotoxəbər

“Sərhədsiz Azərbaycan” Foto-Forumunun mükafatlandırma mərasimi keçirilib

Noyabrın 8-də “Sərhədsiz Azərbaycan” Foto-Forumu çərçivəsində elan olunan foto-müsabiqənin qaliblərinin fotolarından ibarət sərgi keçirilib.

Sərgi öz işinə layihənin tərəfdaşı olan Azərbaycan Fotoqrafları birliyinin sədri Mirnaib Həsənoğlunun sərgi iştirakçılarını və qonaqları salamlaması ilə başladı. Daha sonra müsabiqənin münsiflər heyəti Rauf Umudov, Rüfət Abas və Fərqanə Qasımlı fotolarnan bağlı öz fikirlərini bölüşüblər.

Sərginin sonunda layihənin bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində müsabiqə qalibləri diplom və hədiyələrnən mükafatlandırılıblar. Mükafatlandırılan müsabiqə qalibləri “Azərbaycan uğurları fotolarda” nominasiyası üzrə 1-ci yerin qalibi Tapdıq Abdullayev, 2-ci yerin qalibi Rəsul Rəhimov və 3-cü yerin qalibi Məhəmməd Türkmən, “Azərbaycan mədəni irsi yaşayan tarix” nominasiyası üzrə 1-ci yerin qalibi Süleyman Süleymanov, 2-ci yerin qalibi Nikolay Şeqlov və 3-cü yerin qalibi Vüqar Əmrullayev, “Azərbaycanın sosila-iqtisadi inkişafı nümunə model” nominasiyası üzrə 1-ci yerin qalibi Elmar Əzimli, 2-ci yerin qalibi Toğrul Həsənbəyli və 3-cü yerin qalibi Nikolay Şeqlov olub. Müsabiqəyə qatılan digər foto müəllifləri isə sertifikatla təltif olunublar.

Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Fotoxəbər

To Top