Connect with us

Rus tankının əzdiyi maşından sağ çıxan Azərbaycanlı

Foto: Rəsul Rəhimov

Fotolar

Rus tankının əzdiyi maşından sağ çıxan Azərbaycanlı

1990-cı ildə Bakıda rus tankının əzdiyi maşından sağ çıxan azərbaycanlı 20 Yanvar faciəsinin izlərini gələcək nəsillər üçün saxlayır.

Ermənilərin torpaqlarını işğal etməsinə qarşı Bakı meydanlarında toplaşanlardan biri olan 57 yaşlı Nazim Ələkbərov olub. Şahid həmin gün yaşadıqlarından danışıb. 20 Yanvar hadisələrinin azərbaycanlıların azadlığa atdığı ilk addım olduğunu vurğulayan Ələkbərov, o tarixdə hamı kimi özünün də xalq hərəkatı üçün çalışdığını, mitinqlərə qatıldığını, mitinq iştirakçılarına yemək, odun kimi materiallar daşıdığını bildirib.

O, 20 Yanvarın ilk saatlarında maşınına odun yükləyərək məhəlləsindəki bəzi gənclərlə mitinq meydanına gedərkən yolda rus tankları ilə qarşılaşıb. Yanlarından keçən tanklardan birinin qəfildən dayandığını və üzərlərinə doğru hərəkət etdiyini dilə gətirən azərbaycanlı, o anları belə xatırlayıb:

“Həm üzərimizə gəlir, həm atəş açırdılar. Qapını açdım uşaqlar tullandı. Tankın tırtılları sanki işıq saçırdı. Tank gəlib maşının üstündən keçdi. Öldüyümü fikirləşdim amma sağ qalmışdım. Sinəm, ciyərlərim, ayaqlarım əzildi, amma həyatda qaldım. Mənim avtomobilimi əzən tank daha sonra yaxınlığımızdan keçən və içində insanların olduğu mikroavtobusu əzdi”.

Şahid əzilmiş avtomobildən öz səyi ilə çıxdığını və evə qayıdanda ailəsinə yaşadığı acını danışmağa söz tapmadığını bildirib.

Ardını oxu
Bunlara da bax
Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Fotolar

To Top