Connect with us

Raw Foto necə emal olunur? – Digital Photo Proffesional Raw Foto

raw-jpeg-fotograf

Dərslər

Raw Foto necə emal olunur? – Digital Photo Proffesional Raw Foto

Raw Foto necə emal olunur? – Digital Photo Proffesional Raw Foto

Fotoapparatlarda səhvən parametrləri dəyişdirib, sonra kompütərdə aça bilmədiyimiz və buna görə pis olduğumuz RAW formatında foto şəklin necə emal olunduğunu bu gün sizə başa salacağam.

RAW foto şəkil – qısa olaraq emal olunmamış xam məlumatların və şəkillərin adıdır. Bunu adi kompüterdəki standart foto şəkil açmaq üçün proqramlar ilə aça bilməzsiniz. Müxtəlif foto şəkillərin emal olunma proqramlarda, məsələn Adobe Photoshop və yaxud Lightroom-da Camera Raw əlavəsi ilə açıb emal edə bilərsiniz.

Burada isə istifadə etdiyimiz fotoaparatın markasının öz proqram təminatı haqqında danışacağam.

Digital Photo Proffesional – RAW şəkillərin emal olunması

Canon RAW (CR uzantılı) foto şəkilləri necə emal edə bilərik? Canon RAW fayllarınızı Camera RAW əlavəsi ilə Photoshop və yaxud Lightroom proqramlarında açıb emal edə bilərsiniz. Lakin daha sadə bir proqram istəyirsizsə, bu təbii ki kameranın üstündə gələn CD-də olan Digital Professional proqramıdır. Toplu və ya tək olaraq şəkli emal edib, bir neçə əsas əməliyyatlar aparıb toplu olaraq formatı çevirib saxlaya bilməyi təmin edən asan və faydalı proqramdır.

Proqramda sol hissədəki qovluqlar siyahısından foto şəklin olduğu qovluğu açın, və sağda görsənən foto şəkillər arasında istədiyiniz bir şəkli göstərmək və emal etmək üçün 2 dəfə basın.

Foto şəkli tam ekran olaraq izləyə, yaxınlaşdırıb uzaqlaşdıra bilərsiniz, redaktə alətini CTRL+T ilə aça bilərsiniz. Açılan redaktə alətində aydınlıqdan-bulanığa, saturasiyadan bir neçə funksiyadan istifadə edə bilərsiniz.

Foto şəkli tək olaraq emal olunmuş halda saxlamaq üçün CTRL+D ilə ayrı saxlaya bilərsiniz.

Toplu olaraq emal etmək istədiyiniz foto şəkilləri CTRL basılı saxlayaraq işarə edib sonra yenə CTRL+T ilə redaktə alətindən redaktəni toplu olaraq edə bilərsiniz.

Emal olunan şəkilləri toplu olaraq jpeg və yaxud digər bir formatda saxlamaq, ya da toplu olaraq ölçüsünü dəyişmək və adını dəyişdirmək üçün şəkillər seçilmişkən sağ yuxarı küncdəki “SAVE” düyməsini basıb açılan pəncərədən saxlamaq istədiyiniz qovluğu, ölçünü, DPI, ad və keyfiyyət kimi bir çox parametr seçib “Execute” basaraq saxlama və çevirmə funksiyasını həyata keçirə bilərsiniz.

Daha çox - Dərslər

To Top