Connect with us

Rəsul Rəhimov: “İnsanların fəryadını göz yaşları içində çəkirdim”

Fotoqraflarımızı tanıyaq - Rəsul Rəhimov

Müsahibə

Rəsul Rəhimov: “İnsanların fəryadını göz yaşları içində çəkirdim”

“Fotoqraflarımızı tanıyaq” – adlı yeni layihəyə başladıq. Bu layihəmizdə azərbaycanlı fotoqraflarla müsahibələr edəcəyik.

Məqsədimiz fotoqrafları bir-biri ilə tanış etmək, onların təcrübələrini digərləri ilə bölüşməkdir. Bu dəfə müsahibimiz isə azərbaycanlı fotomüxbir Rəsul Rəhimovdur.

Rəsul Rəhimov Türkiyənin öndə gedən media agentliyini olan Anadolu Ajansının Bakı bürosunda çalışır. Fotoqraflar.com R.Rəhimovla müsahibəni sizlərə təqdim edir:

– Neçə ildir fotoqrafiya ilə məşğulsan? Necə oldu ki, nüfuzlu Anadolu Agentliyində işə başladın? Daha öncə harada işləyirdin?

– 10 ilə yaxındır ki, media sahəsində işləyirəm. Sənətə video-operator kimi gəlmişdim. 5 il qabaq elə oldu ki, Anadolu Agentliyinin Azərbaycan təmsilciliyində operator işi üçün təklif aldım. Bu təklifi dəyərləndirdim və işə başladım. Anadolu Ajansi bildiyiniz kimi həm yazılı xəbər, həm də video və foto servis edir. Bu agentlikdə işləməyə başlayandan sonra fotoya, fotoaparata həvəsim yarandı.

Agentlikdə çəkilən fotolara baxıb, dedim ki, “Mən də bacararam”.  Beləcə başladım bu sahəni öyrənməyə. Foto-video bir-birinə yaxın sənətdir, amma yenə də bunu dərindən öyrənmək mütləq idi. Beləcə 5 ildir fotoqrafiyanı öyrənirəm. Bu sənət elə bir şeydir ki, hər gün nəsə öyrənirsən, bitmir, sona qədər davam edir.  AA-ya qədər isə 2008-2012 illərdə ARB Şəki televizyasında işləmişəm. Orada da maraqlı xatirlərim olub. Hələ də keçmiş iş yoldaşlarımla qarşılaşırıq, görüşürük.

Rəsul Rəhimov

– Elə fotoqraflar var ki, uşaqlıqdan fotoaparatları olub və onlarda bu işə maraq yaranıb. Səndə fotoqrafiyaya həvəs necə yaranıb?

-Düzdür, mən uşaq olanda atam evimizə lentlə olan fotoaparat almışdı. Mən də gəzməyə gedəndə aparatı özümlə götürürdüm və maraqlı yerlərin fotolarını çəkirdim. Amma sonradan bunu peşəkar səviyyəyə qədər gətirmədim. Yəqin bunun üçün də vaxt lazım imiş.

– Anadolu Agentliyində çalışırsan. Əsasən xəbər üçün fotolar çəkirsən. Xəbərdən kənar fotolara marağın varmı?

– Bəli, əsasən çəkdiyim fotolar xəbər əhəmiyyəti daşıyır. Bəzən elə olur ki, xəbər ardınca gedirik, amma orada maraqlı nəsə görürəm və çəkirəm. Məsələn, uzaq yol gedirdik, günəş batırdı, gördüm ki, əla kadr yaranacaq. Maşını saxladıb, o anı çəkdim. Buna bənzər hadisələr həmişə olur.

Görüntünün olası içeriği: 23 kişi, gülümseyen insanlar, ayakta duran insanlar ve iç mekan

– Müəllifi olduğun hansı foto sənin üçün çox dəyərlidir və onu heç vaxt unuda bilmərsən?

– Aprel döyüşləri zamanı şəhidlərimizi dəfn edirdilər. Dəfn zamanı çəkiliş aparmalı idim. İnsanların fəryadını göz yaşları içində çəkirdim. O günü, həmin anları heç vaxt unuda bilmərəm. O görüntülər hələ də gözümün önündə canlanır.

– Fotonun səhifələrdə paylaşılması səncə uğurdur?

– Elə fotolarım olur ki, onları səhifələrdə paylaşırlar. Bəzən müəllif hüququmu qoruyular, bəzən isə yox (Gülür-red). Amma mən bunu uğur hesab etmirəm. Sadəcə fotolarda cəmiyyətin, insanların marağına səbəb olacaq nəsə var ki, paylaşırlar. Bu da ən yaxşı halda müəllifə xoş gələ bilər. Uğur isə başqadır. Əgər foton hansısa dünya səviyyəli müsabiqədə yer alırsa bax, bu uğurdur.

Görüntünün olası içeriği: 1 kişi, gülümsüyor, dağ, gökyüzü, açık hava, doğa ve su

– Ən çox sevdiyin, fotolarını bəyənib izlədiyin fotoqraf varmı? Azərbaycanlı fotoqraflardan kimlərin işini bəyənirsən?

– Azərbaycanda Rüfət Abbas, Orxan Aslanov, Sənan Ələsgərov, Fərid Məmmədov, Vüqar İbadov, Rauf Umud kimi fotoqrafları izləyirəm, fotolarını bəyənirəm. Əslində Azərbaycanda çox adamın işini bəyənirəm. Amma hamısını yazmaq olmur.  Bir də dünya səviyyəli fotoqraf Reza Deghatinin fotolarını çox bəyənirəm.

Görüntünün olası içeriği: bir veya daha fazla kişi ve açık hava

– Bəzən fotolara həddən artıq effekt verilir, rənglər qabardılır. Bəzi fotoqraflar bunu qəbul etmirlər. Bunun saxtakarlıq olduğunu deyirlər. Bəziləri isə fotoqrafın bacarıqsız işini gizlətmək üçün belə etdiyini deyirlər. Sən nə düşünürsən?

– Mənim sahəmdə rəngləmək, effekt vermək deyə bir şey yoxdur. Ümumiyyətlə fotoreportajda belə şeylərə icazə yoxdur. Amma yüngül redaktəyə də pis baxmıram. Sadəcə limiti aşmamaq şərti ilə… Elələri var ki, əndazəni aşırlar, fotoya həddən artıq effektv verirlər, foto öz təbiiliyini itirir. Buna tamamı ilə qarşıyam.

Görüntünün olası içeriği: 1 kişi, oturuyor

– Xəbər üçün foto çəkirsən. Fotonun xəbərdə rolunu səndə Azərbaycanda yetərincə anlayırlarmı?

– Fotonun əhəmiyyətini bizdə anlayan da var, anlamayan da… Amma hər 100 nəfər oxucudan 80-i xəbəri açanda birinci fotoya baxır. Əvvəlcə fotoya, videoya baxırlar, sonra istəsələr mətni oxuyurlar. Bunu gərək sayt rəhbələri, redaktorlar da başa düşsün ki, vəhdət yaransın. Foto və video xəbərin 70 faizi, bəlkə də daha böyük hissəsi deməkdir.

Görüntünün olası içeriği: 1 kişi, gülümsüyor, açık hava ve su

– Sərgi keçirmək kimi planın varmı?

– Fərdi sərgi keçirmək istəyərdim. Amma hələ ki, bunun üçün yetərincə arxivim yoxdur. İnşallah gələcək illərdər bunu həyataca keçirəcəyəm.

Daha çox - Müsahibə

To Top