Connect with us

Qırmızı Qəsəbə: varlı yəhudilərin doğulduğu yer – Varlamovun Azərbaycan haqqında 3-cü yazısı

varli-y%c9%99hudil%c9%99rin-doguldugu-yer

Bloq

Qırmızı Qəsəbə: varlı yəhudilərin doğulduğu yer – Varlamovun Azərbaycan haqqında 3-cü yazısı

Məşhur rusiyalı blogger İlya Varlamov bu yaxınlarda Azərbaycanda olub və bura haqqında öz təəssüratlarını şəxsi bloqunda yazıb. O, ölkələri gəzərək, oradakı müsbət və mənfi cəhətlərin fotolarını çəkərək, öz bloquna yerləşdirir. Həmçinin həmin fotolara şərh verir. 

Fotoqraflar.com Varlamovun Bakı və digər bölgələrimiz haqqında yazdıqlarını gündəlik olaraq dərc edəcək. İndi isə növbəti yazımıza keçək.

Varlamov deyir:
Azərbaycanın ən maraqlı yerlərindən biri – Qırmızı Qəsəbədir. Burda artıq 2 min ilə yaxındır ki, dağ yəhudiləri toplum halında yaşayırlar. Əvvəla, məkan onunla unikaldır ki, Quba rayonun daxilində yerləşsə də, müsəlmanlar və yəhudilər arasında heç bir ciddi konfliktə təsadüf edilməyib.
Nə vaxtsa qəsəbə hətta Yəhudi qəsəbəsi adlanıb, lakin sovet hakimiyyəti onu ehtiyatla başqa adla əvəzlədi. Bununla belə yəhudilər tipik qafqaz xalqı kimi yaşayır və öz qonşularından xüsusilə öz dini ayinləri ilə fərqlənir. Onlara ya farslardan, ya da azərbaycanlılarla təcrübə mübadiləsindən xalça toxumaq da miras qalıb.

Yerli yəhudilər ivrit və idiş dilində yox, öz dilləri olan cuxuri dilində danışırlar, mənası isə “yəhudi” deməkdir. Əksəriyyəti rus və Azərbaycan dillərini də bilir. Cuxuri fars dilinə qohumdur, odur ki, dağ yəhudilərinin qədim farslardan törəməsi əsassız deyil.
Dağ yəhudiləri burda sakit bir şəkildə iki min il yaşayıblar, öz dillərini və dinlərini saxlayıblar (3.5 min əhaliyə 7 sinaqoq var) və “böyük dünya”ya öz məşhur yerlilərini göndəriblər. Məndən soruşsalar ki, ən məşhur dağ yəhudisi kimdir, mən dərhal İlizarovun adını çəkərdim, lakin o Qırmızı Qəsəbədə doğulmayıb. Burda tamam ayrı qəhrəmanlar var!
01.Qırmızı qəsəbəni bəzən “Qafqaz Qüdsü” adlandırırlar, lakin o Qüdsdən çox, Sorokidəki Qaraçı təpəsinə bənzəyir.


02.Çayın o biri tərəfində – Quba şəhəridir


03.Qaraçı təpəsi məsələsinə inanmırsız?)


04.


05.Dağ yəhudilərinin evinə xoş gəlmisiz!


06.


07.Qəsəbə üçün xarakterik olan mövsümi miqrasiya. Moskvada, İzraildə və ABŞ-da yaşayan bir çox dağ yəhudiləri yalnız yayda və ya dini bayramlarda öz doğma kəndlərinə gəlirlər. Soroki qaraçılarıyla daha bir bənzərlik.


08.Evlər… Heç nəyi xatırlatmır? “2000-ci illərin əvvəllərində Omskda avtobus dayanacağındakı mini-market” stilində gözəl bir dam.


09.Yerli uğurlu biznesmenlər bax belə saraylar tikirlər özlərinə


Deyəsən, Qırmızı Qəsəbədənin ən məşhur yetirməsi – Çerkizov bazarının əsas sahibkarı Telman İsmayılovdur.
İlk şirkətini İsmayılov hələ 1988-ci ildə yaradıb və o, “Kommersiya xeyriyyə firması” adlanıb. Bu kooperativ geyim və çox işlənən malların ticarəti ilə məşğul olub. Bir-iki il sonra o, bir neçə biznez fəaliyyəti ilə mə.ğul olan AST qrupuna çevrildi. Müxtəlif zamanlarda həmin qrupa Moskvadakı Çerkizov və Varşavski bazarları, “Praqa” restoranı, “Voentorq” biznes mərkəzi və b. məxsus olub.
10. Burdan görünür, dağ yəhudilərinin saray tikməyə pulları hardan gəlir


Çerkizonda şəxsən Putini narahat edən 2 milyardlıq qaçaqmalı aşkarlananda, İsmayılov Türkiyəyə getdi və və orda bir milyardlıq 7 ulduzlu Mardan Palas otelini açdı. Forbesin yazdığına görə, Rusiyaya gəlməsinə kömək edən Soçidə Olimpiada kompleksi tikmək üçün verdiyi söz oldu. Lakin sonradan bu proyekti Viktor Vekselberqin “Renova” quruluşu “ələ keçirdi”.
Keçən ilin sonlarında məhkəmə İsmayılovu bankrot elan elədi. Bir neçə ay əvvəl onun varidatı 600 milyon dollar hesablanmışdı, indi isə İsmayılov Forbes reytinqini tərk etdi. Onun haqda o da deyilir ki, 2000 qol saatı kolleksiyası var, bir dəfə isə Nikolay Baskova doğum günü hədiyyəsi olaraq villa bağışlayıb…
11.Deyəsən, kafe tikirlər… Moskvada qafqaz mətbəxini təmsil edən çoxlu belə yerlər var. Sahibkarlar həmişə fontan düzəltməyə meylli olurlar, plastikdən olsa da.


12.Bəzi evlərə baxan kimi anlamaq olmur, yaşayış var, ya yox.


13.


14.Yaraşıqlı darvaza…


15….bax belə evdə!


Qırmızı Qəsəbənin Rusiyada önəmli fiqura çevrilən iki digər məşhur nümayəndəsi – iki dost və partnyor Qod Nisanov və Zarax İliyevdir. Hər ikisinin varidatı 3.2 milyard dollara bərabərdir, Forbes reytinində 26 və 27-ci yerləri tuturlar. Onların da Moskva karyerası əvvəlcə Çerkizonla bağlı olub:bazarın ərazisində nisbətən balaca bir bazar fəaliyyət göstərirdi – İliyev bazarı.
Rusiyanın ən məşhur ticarət mərkəzlərindən biri olan “Avropa”, nəhəng aqrokompleks “Fud Siti”, “Lotos Siti”, “Elektron cənnəti”, “Moskva” , “Qrand” mebel mərkəzi, “Sadovod” BAZARI, Moskva-Siti qüllələrindən biri və “Ukraina” mehmanxanası onlara məxsusdur. Bundan başqa, məhz onların kompaniyası “Moskvarium”u inşa edib. Nisanov və İliyevi Moskvada ən nəhəng ticarət mülklərinin sahibi hesab edirlər.
Nisanov öz biznesini 90-cı illərdə doğma kəndində kommission mağazası açmaqla başlayıb, İliyevsə gəncliyində məşhur aerodrom papaqlarını tikməklə məşğul olub…

16. Bəzi yerlərdə köhnə tikililər saxlanılıb. Kifayət qədər sevimlidir.


17. Şadlıq sarayı! Yəhudi toy mərasimləri üçündür


18.Dalanlarda səki yoxdur. Bir yol var, bir də evin qarşısında yer, oranı da kim nə istəyir eləyir.


19.Stritreysing


20.Əsas küçələrdən biri. Köhnə evlər burda daha çox qalıb. Üstəlik, səki də var.


21.Amma yenə də bu maneəsiz səyahət deyil


22.Sevimli


23.Əlbəttə, plastik balkonlarsız keçinmək olmazdı


24.Bəzi həyətlərin İsmayılovlar, Nisanovları və İliyevləri hələ doğulmayıb…


25.Hansısa turist


26. 

27. Qaraçılar kimi, dağ yəhudiləri də özünüreklama xüsusi yer verir. Elə bilirsiz o güldan pəncərədə elə-belə dayanıb? Yox! Onu hər kəs görməlidir!


28.Bogema servizləri və güldanları var-dövlətin göstəricisidir. Var-dövləti isə göstərmək lazımdır, yoxsa ləzzət eləmir.


29.


30.


31.Taksi…


32.Qırmızı Qəsəbə üçün adi olan kontrast


33.Yenə reklam barədə. Əgər pafoslu nömrə olmalıdırsa, onda mütləq üç yeddi! (Blogger bu məsələdə yanılıb. Azərbaycanlılar da bunu çox, amma çox sevirlər -red)


34.Xüsusilə əgər sənin qara əvvəlki nəsil mersedesin varsa! Qırmızı qəsəbənin küçələrində 15 yaşlı yeniyetmə qara mersedesi ilə öz vacibliyini dünyaya göstərərək veyllənə bilər.


35.Divarların hündürlüyünə diqqət edin


36.Porşe sahibin evində isə bütün birinci mərtəbə barmaqlıqlardan ibarətdir. Bəs güldan?!


37.Moskva ticarətçilərinin vətəni bax belədir!

Comments

comments

Ardını oxu
Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Bloq

To Top