Connect with us

“Qarabağ” – “Çelsi” matçında azarkeşin stadiona atdığı alışqan fotoqrafın başına dəydi

azərbaycanlı fotoqraf Elmar Əzimli

Fotoxəbər

“Qarabağ” – “Çelsi” matçında azarkeşin stadiona atdığı alışqan fotoqrafın başına dəydi

“İnsanda bir az tərbiyə, anlayış olar”

Noyabrın 22-i Bakıda keçirilən “Qarabağ” – “Çelsi” matçında azarkeşlərin stadiona atdığı alışqan fotoqrafın başına dəyib.

Fotoqraflar.com xəbər verir ki, azərbaycanlı fotoqraf Elmar Əzimli bu barədə özünün facebook profilində yazıb. Fotoqraf yazıb ki, oyun zamanı hakimə qəzəblənən azarkeşlərdən birinin stadiona atdığı alışqan onun başına dəyib: 

“Fanatsınız, cananızı verirsiniz, futbol həyatdı, sevgidi, futbol sizə çox şeydən əzizdir. Futbolçunun qolu sizə dünyanın ən gözəl hədiyyəsidir. Top qovan adam üçün əlinizdən gələni edirsiniz. Amma mən də fotoqrafam və işimi görürəm. Siz də stadiona su şişəsi, mandalin və alışqan atırsınız. Hamısı da gəlib bizim yanımıza düşür. “Qarabağ” – “Çelsi” matçında kimsə stadiona alışqan atdı və o gəlib mənim başıma dəydi. İnsanda bir az tərbiyə, anlayış olar. Hansı tribunada olduğunuza fikir verin. Bilirsiniz ki, atdığınız bizə tərəf düşür. Hakimə görə, mənim başım partlayır. Orada duran adamlara demirəm, heç olmasa özünüzə hörmət edin. Hara və nə atdığınıza fikir verin”.

Görüntünün olası içeriği: 1 kişi, gülümsüyor

Daha çox - Fotoxəbər

To Top