Connect with us

Pentax fotoaparatlar – Tanıyaq

pentax

Digər - incələmələr

Pentax fotoaparatlar – Tanıyaq

Fotoqraflığa yeni başlayırsınızsa və bu işlə bağlı çox az biliyə sahibsinizsə bəlkə də Pentaxı heç eşitməmisiniz.

Amma Pentax foto işində illərlə çalışmış olan və bu işdə təcrübəli bir firmadır. Fotoaparatları da xeyli keyfiyyətli fotolar çəkir və manuel linzalarla gözəl bir harmoniya içərisindədir. Qısa müddət əvvəl məhşurluğunu qoruyub sağlayırdı, amma son vaxtlar ölkəmizdə bu uğurunu getdikcə itirir. Bunun əsas səbəblərindən biri linza ehtiyyatının az olması və full frame bir gövdəyə sahib olmamasıdır. Halbuki Pentaxi bir dəfə istifadə edən, ikinci dəfə də istifadə etmək istəyir.

Çünki həm keyfiyətli nəticələr verir, həm də çox təbii rənglərə yaxın rənglər verir. Mən də ilk başladığım vaxtlarda qısa bir müddər Pentax K100D Super istifadə etmişdim və çox razı qaldım. Amma dediyim səbəblərdən ötrü çox təəssüf ki, Pentax həyəcanım qısa çəkdi. Yenə də başlanğıc səviyyəsindəki istifadəçilərə məsləhət biləcəyim, xüsusui ilə ikinci əl çox uyğun qiymətə tapa biləcəyiniz bir firmadır Pentax.

Pentax aparatlarının təqdimatını da Pentax K1D ilə aparacam. Digər gövdələrdə də həddindən artıq bir dəyişiklik olmadığı üçün uyğunlaşma yaratmaq mümkündür.
Əgər araşdırsanız Pentax gövdələrdə digər gövdələrdə olmayan bəzi praktik düymələr olduğunu görəcəksiniz.

pentax_arka

Bunlar:

RAW düyməsi: Gövdənin sol tərəfində yerləşir. Normalda daimi JPEG çəkirsinizsə sadəcə o dəqiqəni çəkməyiniz üçün basdığınız vəziyyətdə RAW çəkilişi edir, bu əslində böyük rahatlıq yaradır, çünki menyuya heç girmədən sadə formada RAW çəkilişini aktivləşdirirsiniz.

pentax_on
Yaşıl Düymə: Məhşur Pentax yaşıl düyməsidir. Hər Pentaxcı bu düyməni çox sevir. Avtomatik pozlamanı verərək, manuel linza istifadəsini mümkünü qədər asanlaşdırır.

pentax_ust

Açılış/qapanma düyməsinin yanındakı diafraqma yarpağı: Açılış düyməsini yüngülcə sürüşdürdüyünüz vaxt aktivləşir. Diafraqma yarpaqları bağlanır və aparat işığı ölçür.
Titrəmənin qarşısını alan açma/bağlama düyməsi: Yenə də çox praktik bir düymədir. Sağ altda gözə çarpır. Aparat tripodda olanda isə titrəmənin qarşısını alan funksiyanın dayandırılması məsləhət görülür və xüsusi ilə bu vəziyyətdə çox praktik düymədir.

Картинки по запросу pentax
Gördüyünüz kimi əslində digər firmaların baxaraq nümunə alınmalı bir firmadır Pentax. Çünki üzərindəki düymələr sadəcə vacib düymələr, vacib olmayan düymə birləşməsi menyunun içinə gizlədilmiş vəziyyətdədir. Pentaxları beləliklə araşdırdıq..

Comments

comments

Ardını oxu

Daha çox - Digər - incələmələr

To Top