Connect with us

Parlament önündә “bit bazarı” – İsveçrәdәn reportaj

abbas atilay

Fotolar

Parlament önündә “bit bazarı” – İsveçrәdәn reportaj

Millətçilərin (İsveçrə Xalq Partiyası) üstünlük təşkil etdiyi Federal Məclis binası Bern şəhərində tarixi binada yerləşir.

Əziz oxucular, sizə İsveçrənin dövlət qruluşu haqqında danışıb yormaq istəməzdim, çünki bu məlumatlar axtarış saytlarında istənilən qədərdir. Sadəcə bu fotoreportajda bir gün ərzində Federal Məclis ətrafında müşahidə etdiyim maraqlı nüansları sizə çatdırmaq istərdim.

Bura bir ölkәnin əsas dövlət orqanıdır, amma siz onun ətrafında bir nəfər də olsun polisə rast gələ bilməzsiniz. Azərbaycanda Milli Məclisin qarşısında siz bir xatirə şəkli çəkdirmək istəsəniz bir anda polis və təhlükəsizlik əməkdaşları sizi əhatəyə alar. İsveçrədə isə belə deyil. Siz nəinki onun önündə, hətta icazə alıb içinə də girib baxa və şəkillər çəkə bilərsiniz. Çünki burada sözdə deyil, reallıqda da sabitlikdir. Və həm də insanlar bu binada əyləşənləri özləri seçiblərsə niyə onlara təhlükə yaratsınlar ki?

Maraqla müşahidə etdiyim nüanslardan biri də budur ki, gecələr Məclis qabağındakı böyük meydan boş olsa da, sabahları onun önündə “Flohmarkt”-lar (“Bit bazarı”) açılır və hər orada hər şey, ikinci əl əşyalar, meyvə-tərəvəzlər satılır. Təsəvvür edirsinizmi, Parlament binasının önündə meyvə-tərəvəz satılır.

İsveçrədə Məclis qabağı həm də bəzi tədbirlərin, görüşlərin keçirilməsi üçün əlaverişli yer sayılır. Mən orda gəzərkən gözümə Ukrayna bayrağı asılmış bir masaya rast gəldim. Onlar İsveçrədə yaşayan, milliyətcə ukraynalılar idi. Onlar evlərində şirniyyat bişirib masaya yaxınlaşan şəxslərə paylayır və bu ərəfədə Şərqi Ukraynadakı vəziyyətdən məlumat verirdilər. Onlar həmçinin Donetsk-də dağıdılmış məktəblərin təmiri üçün vəsait toplayırdılar.
Sizi Məclis binasının önündən çəkdiyim fotolarla baş-başa qoyub sağollaşıram. Gələn həftə başqa bir mövzuyla görüşərik.

Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Fotolar

To Top