Connect with us

Norveç Krallığı – Abbas Atilayın fotosessiyası

aaaaaaaa

Fotolar

Norveç Krallığı – Abbas Atilayın fotosessiyası

Norveç Krallığı Şimali Avropa və Skandinaviya yarımadasının inkişaf etmiş ölkəsidir. Atlantik okeanına daxil Norveç dənizinin sahillərində olan bu ölkənin qurudan İsveç, Finlandiya və Rusiya ilə sərhədləri mövcuddur. 

Orta əsrlərdən bəri idarəçilik quruluşu kimi monarxiya üsul-idarəsinə üstünlük verən Norveç bir zamanlar Napoleon Fransasının hərbi hücumları ilə sarsılmış, dövlət çökmüşdü. 1814-cü ildə Napoleonun məğlubiyyətindən sonra işğala qədər Danimarka kralının idarə etdiyi Norveçin idarəçiliyi daha sonra Danimarkadan “Kiel müqaviləsi” ilə qalib bloka daxil olan İsveçə verildi. Ölkədə siyasi zəmində problemlər bundan sonra başladı. İsveç idarəçiliyinə qarşı etirazlar və üsyanlar 1905-ci ildə ölkənin müstəqilliyi ilə nəticələndi. Və həmin il İsveç Krallığı ölkə müstəqilliyini rəsmən tanıdı. Ölkəyə başçı kimi Danimarka Kralının oğlu Karl dəvət edildi.

Tarixi söz-söhbətlərə görə, Norveçin müstəqilliyi həmin dövr İsveç idarəçilərinin tam da ürəyincə idi. Çünki az əhali ilə istifadəsiz böyük ərazilər İsveç büdcəsi üçün bir yük idi və bu yükdən bir an əvvəl yaxa qurtarmaq lazım idi. 

Norveç əhalisi yalnız balıqçılıq və kartof əkinçiliyi ilə məşğul olur,  yoxsulluq tüğyan edirdi. Sosial vəziyyət ta 60-cı illərə qədər belə davam edib. Norveçin dəniz sularında gözlənilmədən neft və qaz yataqları kəşf edilir. Və ölkəyə var-dövlət seli axır. Amma Norveçdə demokratik dəyərlərin tarixi, ənənəsi neftdən daha qədim olduğu üçün Norveç bu pullar qarşısında Nigeriyaya çevrilmir, əksinə dünyada “Norveç modeli” yaradır.

Norveç “Şengen müqaviləsi”nə imza atmış ölkələr sırasında olsa da, Avropa Birliyinə üzv deyil. 1972 və 1994-cü illər referendumunda xalq inadla Avropa Birliyinə “yox” deyib. Birlik üzvü olmasa da yaşam standartlarına görə Avropanın bir çox ölkəsini geridə qoyur və insan inkişafı indeksinə görə uzun illərdir ki, BMT-nin statistikasında öndədir.

Avropa ölkələrinin bir çoxlarından fərqli olaraq Norveç Krallığında eynicinsli insanların ailə qurmasına icazə verilir və hətta ölkə idarəçiliyində nazirlər içində homoseksual və öz cinsinə aid insanla ailə qurmuş şəxslər var. Norveç yaratdığı modelin sadə bir məntiqi var: “Başqasının şəxsi işinə qarışma və özün üçün arzulamadığın şeyi başqasına da arzulama”. Budur Norveçi dünyada dəyərə mindirən sadə tezis.

Ölkə ərazisinin həddən artıq böyük olmasına baxmayaraq əhalisi cəmi 4.6 milyondur. 60-cı illərdən sonra isə ölkəyə bir neçə dəfə köç dalğası gəlib. Və ölkədə sığınacaq üçün müraciətlər ildən-ilə artmaqdadır. Hal-hazırda ölkədə 750 mindən artıq vətəndaşlıq almış, Norveçdə doğulmamış insanlar yaşayır. Ortalama yaş həddi 78-79 – dur.

Ölkənin paytaxtı, ən çox əhalinin yaşadığı Oslo şəhəridir. Sizi Oslo şəhərindən fotolarla baş-başa buraxıb sağollaşırıq. Növbəti foto-sessiyamız Norveçin kültür paytaxtı və Qolfstrim isti cərəyanının öz ağuşuna aldığı Bergen şəhərindən olacaq.

 

 

Comments

comments

Ardını oxu
Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Fotolar

To Top