Connect with us

Niyə fotolar kəskin alınmır? – Cavab

Niyə fotolar kəskin alınmır

Dərslər

Niyə fotolar kəskin alınmır? – Cavab

DSLR kameranızla foto çəkərkən hərdən fotolarınız kəskin alınmır. Siz də bunun səbəbini axtarırsınız? O zaman oxuyun.

Ola bilər ki, problem heç kamerada deyil, sizdədir. Çünki düzgün ayarlanmayan aparatla foto çəkmək məsləhət deyil. Bu zaman fotolarınız təbii ki, istədiyiniz kimi alınmayacaq. Həmçinin ayardan əlavə üsulları da bilməlisiniz.

O zaman fotoların kəskin alınmamasının bir neçə səbəbini izah edək:

1 – Shutter speed (Estantene hızı)

Fotoların dəqiqliyi bundan çox asılıdır. Məsələn, foto çəkərkən sizin shutter speed-iniz 160-dan rəqəm olaraq az olarsa hərəkət bir obyekti çəkməyiniz çətin olacaq. Təbii ki, aşağıdakı kimi foto istəmirsinizə. Pərdə sürəti bu səbəbdən lazımdır. Rəqəm olaraq pərdə sürəti aşağı olarsa bu, pərdənin daha gec açılıb-bağlanması anlamına gəlir. Bu da hərəkətli obyektin foksdan qaçması deməkdir. aşağıdakı fotonun çəkilmə qaydası isə başqa yazımızda…

Müllif: Türkmən

2 – Stabilizasia sistemi (Pro lenslərdə bu var) 

Lensinizi yoxlayın. Kənarında bu düymə varsa, onu daimi “on” edin. Çünki bu lensin fokslama bacarığını artırır. Asan üsulla desək, obyekt hərəkət edir, siz də lensi hərəkət etdirirsiniz, bu zaman yaranan əsmənin qarşısını nisbətən alan qurğuya “Image Stabilizer” deyilir. 

Related image

3 – ISO

Bəzən sizə işığahəssaslığı (ISO) artırmaq lazım gəlir. Ancaq bu parametrin yüksək qiymətlərində detallardakı və kəskinlikdəki itkilərlə qarşılaşmalı olursuz. Müasir kameralarda qumlanmanın (Canon 5D mark 4, Canon 6D – məsələn) əmələ gəlməsi azaltmaq üçün xüsusi funskiyalardan istifadə edilir. amma bu da 100 fazilik nəticə vermir. Bu səbəbdən İSO ayarlarının düzgün seçilməsi vacibdir. 

5 – Lens

Bütün lenslər eyni deyil. Onların rəng keyfiyyəti, kəskinlik və kontarst bacarıqları fərqli olur. Bunu hər zaman nəzərə alın. Lens seçərkən onu yaxşıca incələyin.

6 – Diafram

Diafram, yəni F dərinliyi düzgün seçilməlidir. Siz əgər kollektiv foto çəkirsinizsə, yəni bir yox, bir neçəfəri çəkirsinizsə sizin F dəyəriniz düzgün seçilməlidir. Əks təqdirdə fotoya kompüterdə baxan zaman üzlərin böyük hissəsinin foksdan kənarda qaldığını görəcəksiniz. 

7- Fokslama

Fokuslama zamanı hətta kiçik səhvlər belə çəkilən obyekti kəskinlik zonasından çıxara bilər. AF nöqtələri bu cəhətdən çox önəmlidir. F dəyəri ilə AF nöqtələrinin uyumu ortaya mükəmməl foto çıxararır. Siz AF nöqtələri səhv seçsəniz, obyek foksdan kənarda qalacaq. 

Comments

comments

Ardını oxu

Daha çox - Dərslər

To Top