Connect with us

Nikon D850 incələməsi və xüsusiyyətləri: 45.7 MP, 4k video, 8k Timelapse

Nikon D850

İncələmə

Nikon D850 incələməsi və xüsusiyyətləri: 45.7 MP, 4k video, 8k Timelapse

Nikon D850 qiymət və xüsusiyyətlərinə görə DSLR səviyyəsində ən son texnologiyalara sahib full frame 4k fotoaparatdır. Bu yaxınlarda Nikon flaqman olan Nikon D850 modelini ictimaiyyətə təqdim etdi.

Meqapiksel 45.7 MP
Sensor ölçüsü 35mm CMOS
Görüntü sensoru EXPEED 5
Video 4k UHD/ 30 fps
AF nöqtələrinin sayı 153 AF nöqtəsi
İSO 25600 İSO (102400-a qədər artırıla bilir)
Timelapse 8k Timelapse
Bluetooth Var
Wi-Fi Var

Fon işıqlandırmalı FX formatlı Sensor, EXPEED 5 prosessor

Kamera daxilində ilk fikir verdiyimiz xüsusiyyət təbii ki, sensor oldu. D850-də yeni, arxa fondan işıqlandırma sensonrundan istifadə olunmuşdur. Bu senson daha əvvəlki flaqman olan Nikon D5-in sürətli işini təmin edən EXPEED 5 prosessoru ilə təmin edilmişdir. Düzünü desək bu səviyyədə Nikon D5-in qat-qat yenilənmiş versiyasıdır. Həmçinin bu AFİ (arxa fondan aydınlatma sensoru) 4k 30FPS və 8k formatında Timelapse videolar çəkə bilir. Bu xüsusiyətləri ilə Nikon D850 yalnız fotoqraflar deyil, həmçinin videoqrafların diqqətini çəkməyi baçarmışdır. Video dedikdə, gecə vaxtı çəkilişlər yada düşür, bu mənada D850 64-25600 (genişləndirilmiş isə 32-102400) İSO aralığında çəkiliş edə bilir. Arxa fondan işıqlandırma sensorunun xüsusiyyətləri daha geniş dinamik diapazon, daha yaxşı işıq qəbulu və daha az rəqəmsal səs təmin edir. Nikonun bazara təqdim etdiyi arxa fondan işıqlandırma sensoru bu cihazı sanki gecə ovçularına həsr edib.

45.7 Meqapiksel

Bir digər önə çıxan özəlliklərdən biri fotoaparatın meqapikselidir. Nikon D850 professional üst səviyyə seqmentində bəlkə də yeni bir təyin edici model yarada bilər. 45.7 milyon piksel keyfiyyətində foto çəkimi edə bilən D850 professional səviyyə istifadəcilərinin rəqiblərinin bir addım önünə keçib. Bu xüsusiyyətlər ilə Nikon D850 üst səviyyə cihazların yarışını qızışdıracaq qədər iddialıdır. Fotoqraflar üçün daha vacib bir göstərici RAW göstəricisidir. Kamera əlimizdə olmadığı üçün bu barədə heç bir fikir yürüdə blmirik lakin xüsusiyyətlərdən çıxan həqiqət odu ki, D850, 47.5 MP Large, 25.6 MP Medium və 11.4 MP Small formatlarında RAW çəkiliş edir.

Moda və İdman fotoqrafları da unudulmayıb

Daha bir özəllik isə Optical Low Pass Filter-dir. Moda və geyim fotoqraflarının yaxşı tanıdığı bu termin D850-də nəzərə almış və Nikon tərəfindən inkişaf etdirilmişdir. Bu edilən yenilik nəticəsində D850-ni artıq daha çox moda çəkilişlərində daha çox istifadə ediləcəyini deyə bilərik. 45 MP keyfiyyətli şəkil qulağa xoş gəlsə bilər, lakin fotoya təsir edən daha vacib səbəblərdən biri şəkilin dəqiqliyidir. Bu cəhətdən Nikon bir əfsanə olan D5-I öz içərisində yaşadır. Huseyn Bolt ilə yarışan və Nikon D5-də olan 153 nöqtəli AF D850 modelində də istifadə edilmişdir. Hetta f/8 diafraqmasında 15 ədəd AF nöqtə əldə oluna bilinir. Nikon D850 idman fotoqraflarını da unutmayıb. 14bit RAW formatında 51 ədəd, 12bit RAW format da isə 170 fotoya qədər dayanmadan çəkiliş edə bilir.

Video

4k xüsusiyyəti belə bir Full-Frame cihaz üçün gözdən qaçırmayan bir özəllikdir. Nikon D850, FXİ BSİ CMOS sensorunun köməyi ilə 16:9 formatında 4k video çəkə bilir. Bu xüsusiyyət çox az Full-Frame DSLR bir fotoaparatda rast gelinen bir keyfiyyətdir. Canon 5D Mark İV-da daxil olmaqla bir çox Full-Frame cihazlarda 4k video çəkərkən matrisin ölçüsü faktoru ortaya girdiyi halda, D850-də video tam görüntü əldə olunur. Aşağıdakı videoda Nikon D850 4k video misalına nəzər ata bilərsiniz.


Video dedikdə ilk diqqəti cəlb etməli olan 8k Timelapse-dir. Bəli, 8k Timelapse Ultra HD keyfiyyətindən yüksək olan bir format ilə yenə xatirələri yerlə yeksan edir. Giriş hissədə deyildiyi kimi D850-I 4k 30FPS video çəkiliş edə bilir. Eyni zamanda Full-HD formatında 120 fps sloü motion video özəlliyi əlavə edilmişdir. Burdan çıxan nəticəyə görə, Nikon yaradıcı produsserləri də nəzərə almışdır. Bununla yanaşı professional kameralarda gördüyümüz focus peaking və zebra kimi xüsusiyyətlər D850-də öz yerini tapmışdır. Helə bu son deyil! Sıxılmamış halda olan görüntünü HDMİ çıxışları ilə digər kanallara yönləndirə bilir. Aşağıdakı videodan Nikon D850 timelapse videosuna nəzər yetirə bilərik.

Videoqrafları sevindirən xəbər isə onun 3 düymlük, fırlana bilən sensor ekrana sahib olmasıdır. Bu ekran çətin çəkiliş vəziyyətlərində fotoqrafa köməklik edir. Həmçinin fokuslanma zamanı daha tez seçim üçün sensor ekrandan istifadə etmək mümkündür. Sessiz çəkiliş həvəskarısınızsa deməli səsi minimum endirməlisiz. Nikon bu təbəqədən olanları nəzərə alaraq D850 modelinə səssiz tətiy funksiyasını əlavə etdi. Bu toy və nişan fotoqraflarına lazım olan funksiya danışanın və ya obyektin fikrini yayındırmamağa kömək edəcək və sizi öz “şikarınıza” daha yaxın edəcək.

45 MP ağlınıza gəldikdə həmçinin yüksək həçmli şəkillər onunla da bərabər yaddaş problem əvvəldən fikirləşməyə vadar edir. Fikirləşməyin, D850 1 SD, 1 XQD kart boşluqu ilə yaddaş kartı sıxıntısını aradan qaldırıb.

Sağlam foto sağlam cihazda olur.

Nikon D850 maqnezium ərintisindən olan gövdəsi ilə təbiət və macəra fotoqraflarını nəzərə almışdır. Toza, düşməyə və suya davamlılıq çətin şəraitlərdə özünü ideal göstərir. Nəticə etibari ilə Nikon D850 modeli ilə üst seqmentdə yeni bir dövr yaradmış oldu. Lakin yaddan çıxartmayaq ki, bütün xüsusiyyətlər Nikonun anons etdikləridir. Əsil göstəricilər testlərdən sonra detallı şəkildə sizlərə çatdıracıyıq. Görüşərik.

Daha çox - İncələmə

To Top