Connect with us

Nikon D750 Araşdırma və Texniki Xüsusiyyətləri

Nikon-D750-DSLR-camera-mockup

İncələmə

Nikon D750 Araşdırma və Texniki Xüsusiyyətləri

Nikon D750-nin 24.3MP FX-Format CMOS Sensoru

Nikonun yeni modeli D750, 24.3MP keyfiyyətə sahib FX -Format CMOS sensora sahib. Yüksək detal keyfiyyəti və mükəmməl performansı ilə istifadəçilərini çaşdıracaq fotoşəkillər əldə etmənizi təmin edən bu sensorun mükəmməl rəngləri fotoşəkillərinizdə görmənizə imkan tanıyır.

Image resultNikon D750-nin EXPEED 4 Görüntü Prosessoru

FX-Format CMOS sensorla birlikdə mükəmməl fotoşəkilləri istifadəçisinə təqdim edən EXPEED 4 Görüntü Prosessora sahib Nikon D750 DSLR Fotoaparat, mükəmməl bir sürət və Yüksək ISO dəyərlərində gerçək performansını göstərir.

Nikon D750-nin Full HD 1080p və 60fps Video Performansı

Nikon D750 yalnız fotoşəkildə deyil video mövzusunda da professional seçimləri istifadəçisinə təqdim edir. Full HD 1080p çəkilişdə saniyədə 60fps çəkiliş edə bilən Nikon D750, slow motion görüntülər tutmanızı təmin edərkən təsirli bir görüntü performansını çəkilişlərinizdə görmənizi təmin edir. Film keyfiyyətində video çəkə bilən Nikon D750 yalnız fotoaparat olmaq yerinə professional bir video kamera xüsusiyyəti də təqdim edir.

Nikon D750-nin Daxili Wi-Fi XüsusiyyətiImage result

Nikon D750 fotoaparatı daxili Wi-Fi xüsusiyyəti ilə özünü digər DSLR fotoaparatlardan ayırmağı bacarır. Xüsusilə remote control yəni uzaqdan idarə edə bilmə xüsusiyyəti indiki vaxtda tez-tez istifadə edilir. Telefonunuzun ya da planşetinizin ekranını Canlı ön izləmədə istifadə edə bilər və bütün nizam dəyişikliklərini planşet ya da smartfondan idarə edə bilərsiniz. Sadə və ödənişsiz yüklüyə biləcəyiniz Nikon proqramıyla birlikdə fotoaparatınızı idarə edə bilər, uzaqdan çəkilişlər edə bilər və fərqli çəkiliş üsullarındakı erqonomikada yaşana biləcək çətinlikləri əngəlləyə bilərsiniz. Ayrıca hər hansı bir pult istifadə edilmədən bu idarəsi reallaşdıra bilər uzun pozalama(long exposure) mənzərə fotoşəkillərinizi gerçəkləşdirə bilərisiniz.

Nikon D750-nin Möhkəm və Çevik Gövdə Dizaynı

Nikon D750 DSLR Fotoaparat, möhkəm gövdəsiylə əhəmiyyətli bir möhkəmlik təqdim edir. Xüsusilə üst və arxa hissə maqneziuma sahibkən ön hissədə karbon fiber istifadə edilmiş. Üstünlüklərini yüngüllük, möhkəmlik və dayanıqlılıq olaraq hiss etdirərkən sərt şəraitlərdəki performansının düşməsini də əngəlliyir.

D750-nin Mükəmməl Dinamik Aralığı və HDR Xüsusiyyəti

Nikon D750 Dinamik aralıq mövzusunda digər Nikon Modellərində olduğu kimi olduqca keyfiyyətli fotoşəkilləri istifadəçisinə təqdim edir. Vurğu və kölgələrdəki detalları ala biləcəyiniz D750 bunun xaricində 9 fotoşəkil və fərqli addımlardakı pozlamalarla(exposure) HDR xüsusiyyəti ilə də çaşdırır. Dinamik aralığın çox daha yaxşı olduğu bu çəkilişlərdə fotoşəkil həqiqətindən bir şey itirməzkən mükəmməl rəng və kontrast dəyərləriylə də təsirli bir performans sərgiləyir.

D750 və Geniş Aksesuar Qrupu

Nikon yarım əsrdən çoxdur çıxarılan bütün obyektivlərin istifadəsi mövzusunda etibarlılığını qoruyur. Keçmişdən günümüzə çıxarılan bütün F bayonet obyektivləri istifadə edə bilən Nikon DSLR mdoell’ri FX ya da DX obyektiv ayrımı da güdmür. Təklif edilən obyektivlər təbii ki FX obyektiv istifadəsi.

Digər aksesuarlardan MB-D16 Battery Qrip ilə istifadə edilə bilən D750 EN-EL15 Batareya modelini istifadə edir. SB-700, SB900 və SB910 kimi üst sinif Speedlight Flaşlarla birlikdə mükəmməl bir işıq performansını i-TTL olaraq tutarkən ayrı olaraq tətiklənə bilməsi də Strobist çəkilişlər üçün olduqca əhəmiyyətli. Video mövzusunda də ME-1 Stereo Mikrofon ilə doğru bir səs yazmaq mümkün qılınmış.

Nikon D750-nin 51-Nöqtə İnkişaf etmiş Multi-CAM 3500FX II AF sensoru

15-i çarpaz 51 AF nöqtəsinə sahib Nikon D750 Multi-CAM 3500FX II AF sensoruna sahib. Aşağı işıqlı mühitlərdə daxil sürətli bir AF edə bilən Nikon D750 heç bir anın qaçmaması adına yüksək performans sərgiləyir. -3 EV dəyərində də fokuslama performansını itirməyən AF sensoru ayrıca Videoda da yüksək performans təmin edir və AF izləmə edə bilir. Davamlı və tək AF xaricində fərqli qruplara bölərək üz izləməsi də edə bilən Nikon D750 sahəsində üst sıralarda bir AF sürəti təqdim edir.

Nikon D750 ilə Time-Lapse Çəkiliş

Nikon D750 əlavədən pult olmadan fərqli aralıqlarda Time-Lapse çəkiliş edə bilərkən 9999 ədədə qədər bu dəyəri çıxara bilir. Sıradan bir xüsusiyyət kimi görünsə də sadələşdirilmiş istifadəsi ilə arxa-arxaya çəkilmiş fotoşəkillərdən yaranan bir videonun təsiri danılmazdır. Təsirli və sürətləndirilmiş bir video kimi bütün bir günün gün doğumundan ulduz hərəkətlərinə qədər yazılması mükəmməl bir xüsusiyyət

Nikon D750’nin Rahat Səhnə RejimləriImage result for Nikon D750

Nikon D750 DSLR Fotoaparat müəyyən səhnə rejimlərində fotoşəkillərin tənzimləmə edilmədən sizə uyğun dəyərləri verə bilir. Bu rejimlərdən bəziləri isə Portret, Mənzərə, Uşaq, İdman, Yaxın Çəkiliş, Gecə Portret, Gecə Mənzərə, Parti / İç məkan, Çimərlik / Qar, Gün batımı, Alaqaranlıq, Heyvan Portret, Şam işığı, Çiçək, Payız Rəngləri və Yemək. Oynatma funksiyaları: Avtomatik Fotoşəkil Çevirmə, Tam-Kadr və Kiçik fotoşəkil (4, 9, və ya 72 görüntü və ya təqvim), Histogram Ekran, Görüntü Şərh, Film Oynatma, Film Slayd, Zoom Playback və Slayd., bu şəkildə özünü göstərir.

Nikon, Yeni DSLR Fotoaparat D750 ilə yeni bir ara sinifi özü təyin etmiş oldu. D610 ilə D810 arasında mövqeləndirdiyi yeni modelin yenilikləri isə göz qamaşdırıcı olmağı bacardı. 24.3 MP dəyərindəki FX CMOS sensoru, dönə bilər LCD ekranı, Daxili Wi-Fi bağlantısı və idarə imkanı bunların başında gələn xüsusiyyətlərdən bəziləri olaraq gözə çarpır. Nikon, D4s və D810’dan ilhamlanaraq çıxardığı D750’ni mükəmməl gövdə dizaynı, axıcı xəttləri, möhkəm maqnezium gövdə ilə birləşdirmiş. D4S və D810’un 15’i çarpaz 51 AF nöqtəsi sistemi ilə 3D Matris Ölçüm III texnologiyasını istifadə edən Nikon D750, 3.2″ Dönə bilər LCD Ekran və ilə 6.5fps çəkiliş sürəti ilə Nikon istifadəçilərini və foto severleri cəzb edir. Yeni nəsil Güzgüsüz və DSLR gövdələrdə istifadə edilməyə başlanan uzaqdan idarə imkanı tanıyan sistemə də sahib olan Nikon D750, ağıllı telefon ya da planşetdən idarə edə bilmənizi təmin edir.

24.3MP FX Format CMOS sensora və EXPEED 4 Görüntü Prosessora sahib modelin bütün çəkilişlərinizdə yanınızda olduğunu unutmamaq gərək. Mükəmməl keyfiyyətdəki fotoşəkillərə saniyədə 60fps video çəkiliş sürətinə və 9999 ədədə qədər edilə bilən Time-Lapse çəkilişə qədər bir çox xüsusiyyəti daxilində saxlayan Nikon D750 DSLR Fotoaparat, genişlədilə bilər ISO aralığıyla da aşağı işıqlı mühitlərə işıq tutur sanki. 100-12800 ISO aralığına sahib D750 genişlədilə bilər ISO ilə 50 -51200 dəyərlərini də təqdim edir.

Tərcümə: Nail Əhmədov

Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - İncələmə

To Top