Connect with us

Nikon D610 – İncələmə

nikon D610

İncələmə

Nikon D610 – İncələmə

Nikon D610 tam kadr matrisalı DSLR-lər arasında testimizdə pontensiallı olduğunu sübut etdi.

Fotoşəkillərin keyfiyyəti, düymə sayı, aydın görüntüsü və tozkeçirməyən gövdəsi bizə xoş təəssürat göstərə bildi. Lakin D610-nu D600-ün yerinə istifadə edəcək qədər inkişaf etdiyini demək olmaz, Nikon özü də D610-un az inkişaf etdiyini qeyd edir. Hətta bəzi daha zəif xüsusiyyətləri var, məsələn D610-dakı qumlanma dərəcəsi D600 ilə müqayisədə daha çoxdur. Eyni zamanda, xaricdə D610-nun qiyməti 100 dollar daha ucuz olmağı çox güman bizim ölkədə olan qiymətə təsir göstərəcək və bu, onu daha cazibədar edəcək.

nikon d610 body ile ilgili görsel sonucu

Kimlər üçün?

Tam kadr DSLR-lar fotoqraflıqla maraqlanan fotoşəkil sevən insanlar tərəfindən daha yaxın nəzərdən keçirilə bilər.

Nikon-un yeni tam kadr DSLR-si D610 onun sələfi olan D600-dən nə qədər üstündür? Araşdırdıq..

Nikon D610, yaponların öncəki tam kadr D600-un yenilənmiş versiyası. Bəs D610 hansı yeniliklər var, D600-dən D610-na keçməyə dəyərmi?

nikon d610 body ile ilgili görsel sonucu

D610-dakı yenilikləri qeyd etməyə layiqdir, lakin, texniki baxımından çox böyük bir dəyişiklik olmadığını demək olar. İlk olaraq ardıcıl çəkiliş rejimi artıq saniyədə 6 kadr çəkməkl imkanı verir. Bununla yanaşı, səssiz rejim güzgülərin səsini azaldır, lakin bu rejimdə fotoaparatın çəkiliş sürəti saniyədə 3 kadr olur. Nəhayət, Virtual Horizon xüsusiyyəti (VH) ekranda artıq trapesiya şəklində görsənir.

Nikon, D600-da bəzi istifadəçilərə narahatçılıq verən tozlanma və yağlanma problemini D610-da ləğv edə bildiyinin müjdəsini verir. Testimizdə də fərqli şəraitlərdə yoxladıqda, D610-da belə problem yaşanmadı.

D610-da hər şey inkişaf olunub deyə bilmərik, fotoaparatın bəzi funksiyaları az da olsa geriyə gedib. Geriləyən xüsusiyyətlər arasında batareyanın istifadə müddətini qeyd edə bilərik. Bununla birgə fotoşəkillərin keyfiyyəti də D600-ə nisbətən aşağıdır.

Nikon D610 Texniki xüsusiyyətləri
Məhsul Modeli Nikon D610
Növ DSLR
İstehsalçı Nikon
Texniki təfərrüatlar
Kateqoriya DSLR
Effektiv Piksellərin sayı 24.2 mln
Maksimal görüntü imkanı 6,016 x 4,016 piksel
Matrisa növü CMOS
Matrisanın ölçüsü 35.9 x 24.0 mm
Video Full HD
Obyektiv növü Nikon F
Ekran ölçüsü 3.2 düym
Ekran görüntü imkanı 921.000 piksel
Minimal ISO ISO 50
ISO maksimum 25,600
Qabaritlər 141 x 113 x 82 mm
Çəki 860 q.

Alternətivlər

Obyektivlərin baha olmasını nəzərə alanda görürük ki, full frame DSLR-lər ilə fotoqraflığa başlamaq heç də ucuz bir məşğuliyyət deyil. APS-C matrisalı Nikon D7100, 24 meqapiksellik matrisa ilə yanaşı, 51 avtomatik fokus nöqtəsi, Full HD video, su keçirməyən magnezium gövdə və iki yaddaş yuvası təklif edir. Bu xüsusiyyətlərlə professional səviyyəyə asanlıqla çatan D7100-u bazarda linzasız 3000 TL qiymətində tapa bilərsiniz.

Daha çox - İncələmə

To Top