Connect with us

Nikon D610 Araşdırma və Texniki Xüsusiyyətləri

maxresdefault

İncələmə

Nikon D610 Araşdırma və Texniki Xüsusiyyətləri

Daha sürətli, daha səssiz və daha güclü. Tam kadr formatındakı giriş səviyyəsi fotoaparat olan D600’ün inkişaf etdirilib daha da güclənməsiylə istifadəçiləriylə görüşən Nikon D610, təqdim etdiyi xüsusiyyətlər ilə özünü ön plana çıxarmağı bacarır. Yenilənən xüsusiyyətləriylə yaxşıca güclənən Nikon D610, özündən daha üst səviyyələrdəki DSLR fotoaparatları ilə yarışa biləcək səviyyədə performans sərgiləyir.

Nikon D610 kiçik bədənində ona həyat verən 24.3 Meqapiksellik bir görüntü sensoruna sahib. Sensorun böyüklüyünə nəzərən gövdə quruluşunun yığcamlığı və yüngüllüyü onu imtina edilməzlər siyahısında üst sıralara daşıyır. 760 qram ağırlığında olan Nikon D610, maqnezium metalının seçildiyi gövdəsiylə həm yüngül, həm də çətinlikli şəraitlərə qarşı dayanıqlı bir quruluş sərgliyir.

Saniyədə 6 kadr fotoşəkil çəkə bilən Nikon D610, istifadəçilərinə heç bir anı qaçırmadan hər anı ölümsüzləşdirə bilmə imkanı təqdim edir. 39 ədəd fokuslama nöqtəsinə sahib olan Nikon D610, hər nöqtədə qərarlı fokuslama edə bilir. 9 ədəd fokuslama nöqtəsi isə daha həssas bir şəkildə fokuslama edə bilir.

3.2″ geniş LCD ekranı ilə çəkdiyiniz görüntüləri izləmək isə başqa bir kefə çevrilir. Parlaq günəş işığı altında belə rahatlıqla çəkdiyiniz görüntüləri izləyə bilmənizi təmin edir D610’un ekranı. Ayrıca 100% görüş sahəsi təqdim edən vizörü isə istifadəçilərini təmin edir.

760 qram ağırlığa sahib olan Nikon D610, kiçik ölçüsünə qarşı full frame keyfiyyətin sonuna qədər yaşatmağı bacarır. Gövdə keyfiyyətinin üst səviyyədə olduğu Nikon D610, əlinizə alar-almaz fərqliliyini hiss etdirir. Tutuş hissinin üst səviyyədə olduğu fotoaparat, gövdəsinin yüngüllüyünü də maqnezium metalına borclu. Maqnezium metalından çıxarılmış gövdəsi onu hər şəraitə qarşı dayanıqlı hala gətirir.

Expeed 3 Görüntü Prosessoru

I am Nikon D610 ile ilgili görsel sonucu

24.3 meqapiksellik FX format CMOS sensorunun, yüksək performanslı EXPEED 3 görüntü prosessoruyla qarışmasıyla; D610’un görüntü performansı üst səviyyələrə daşınır. Geniş ISO aralığı isə çətinlikli işıq şəraitlərində əldə çəkiliş edə bilmənizə imkan verir. 100-6400 ISO aralığının ISO 25600 dəyərinə qədər genişlədilə bilməsiylə, geniş bir aralıq/da ISO istifadəsinə imkan tanıyan Nikon D610, görüntülərdə minimum səviyyədə qumlanma (gren, noise) meydana gətirərək görüntü keyfiyyətindən güzəşt vermir.

39 Ədəd AF Fokuslama Nöqtəsi

I am Nikon D610 ile ilgili görsel sonucu

39 ədəd fokuslama nöqtəsinə sahib olan Nikon D610, sürətli hərəkət edən obyektləri, portret çəkilişlərini bütün kəskinliyiylə göstərib ən dəqiq şəkildə fotoşəkil çəkə bilmənizi təmin edir. Nöqtənizi seçin və qalanını Nikon D610’a buraxın. Hər şərtdə qərarlı bir avtomatik fokuslama performansı təqdim edən D610, ən dəqiq görüntünü bütün kəskinliyiylə çəkə bilmənizə imkan tanıyır.

Ardıcıl Çəkiliş Xüsusiyyəti

expeed 3 vs expeed 4 ile ilgili görsel sonucu

Saniyədə 6 kadr ardıcıl çəkiliş sürətiylə heç bir anı qaçırmayın. Hərəkətli obyektlərin bütün hərəkətini göstərə bilmə imkanı təqdim edən Nikon D610, yüksək sürətli ardıcıl çəkiliş xüsusiyyəti istifadə edildiyində mükəmməl bir dayanıqlılıqla obyektləri fokuslayaraq, onların bütün hərəkətini izləyib daim dəqiq olmasını təmin edər. Səssiz rejimində isə 3 fps sürətə qədər çəkiliş sürətini dəstəkləyən Nikon D610, güzgü səsini minimuma endirərək səssiz mühitlərdə rahatlıqla çəkiliş edə bilmənizi təmin edir.

Səhnə Tanıma Sistemi

nikon d610 ile çekilmiş fotoğraflar ile ilgili görsel sonucu

Nikon d610-la çəkilmiş foto

Nikonun Səhnə Tanıma Sistemi, sizin yalnız kadrınıza fokuslanmanızı təmin edir. Çünki o sizin adınıza hər nizamı ən doğru şəkildə avtomatik olaraq edir. İnkişaf etdirilmiş ağ nizamı(white balance) xüsusiyyətiylə ən doğru rəngləri təmin edir çəkdiyiniz fotoşəkillərdə. Etdiyiniz çəkilişlərdə sizlərə köməkçi olan xüsusiyyətləri ilə çəkilişləri artıq tam fərqli bir kefə çevrilir.

Full HD Video

nikon d610 full hd video ile ilgili görsel sonucu

Nikon D610 ilə Full HD və Time-Lapse videolar ilə həyatınızı danışın. 1920×1080/30p Full HD video keyfiyyətinə çatmaq artıq çox asan. Video düyməsinə tək bir toxunuşunuzla bənzərsiz video keyfiyyətini istifadəçilərinə yaşadır Nikon D610. Nikon D610’un avtomatik fokuslama xüsusiyyətiylə video çəkilişlərinizdə asanlıqla AF izləmə edərək daim dəqiq videolar çəkə bilərsiniz. Time-Lapse çəkilişləri edərək də dramatik təsirlərə sahib videolar çəkə bilərsiniz.

Tərcümə: Nail Əhmədov

Comments

comments

Ardını oxu
Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - İncələmə

To Top