Connect with us

Nazim Məmmədovun illüstrasiyalarından ibarət retro-sərgisi təşkil edilib – FOTOLAR

IMG_5690

Fotoxəbər

Nazim Məmmədovun illüstrasiyalarından ibarət retro-sərgisi təşkil edilib – FOTOLAR

Azərbaycan klassik musiqinin banisi, böyük bəstəkar Üzeyir Hacıbəylinin anadan olduğu gün münasibətilə hər il sentyabrın 18-də respublikada Milli Musiqi Günü qeyd edilir.

“Arts Сouncil Azerbaijan” və “İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu əlamətdar gün ilə əlaqədar sentyabrın 18-də tanınmış Azərbaycan rəssamı Nazim Məmmədovun illüstrasiyalarından ibarət retro-sərgi təşkil edib.

Fotoqraflar.com xəbər verir ki, əsərlər XX əsrin 80-ci illərinin sonuna aid musiqiyə dair uşaqlar üçün silsilə vəsaitlərə illüstrasiyaların müəllifi olan rəssam tərəfindən çəkilib. Rəssamın vaxtilə çəkdiyi rəsmlərin parlaq özünəməxsusluğunun onların musiqi sırası ilə harmoniya təşkil etməsi sayəsində bu vəsaitlər təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da çox populyar olub.

“Arts Сouncil Azerbaijan”-ın direktoru Dadaş Məmmədov sərgi ilə bağlı bunları danışıb: “Bu gün musiqi günüdür və musiqi gününə həsr olunmuş sərgi təşkil olunub. Nazim Məmmədovun 1988-ci ildə tərtib etdiyi musiqi, dərslik kitabının səhifələrinin posterləridir. Həmin bu dərsliyin posterləri “Arts Council”  təşkilatının arxivində saxlanılırdı və biz düşündük ki, bunları musiqi günündə nümayiş etdirək. Burada 20-ə yaxın poster nümayiş olunub. Hər biri də müxtəlif mövzülardadır. Posterlərdə həm Sovet, həm də millilik abu havaslı var. Nazim Məmmədov çoxşaxəli  rəssam olub. N.Məmmədov Azərbaycanın animasiya banisidir. O, həmçinin kitab qrafikasıyla da məşğul olub. 400-dən artıq kitaba tərtibad verib. Sərgimiz sentyabrın 25-dək davam edəcək”.

Daha çox - Fotoxəbər

To Top