Connect with us

Müharibə fotoqrafı – Qoran Tomaşeviç

b

Fotoxəbər

Müharibə fotoqrafı – Qoran Tomaşeviç

Fotoreportyorluq – kənardan bir çoxlarına asan görünsə də, bu sənətin də həyatı təhlükələr təşkil edən anları az deyil. Hər halda oxucularımız hazırki dünyamızın durumuna baxsalar, qaynar nöqtələrdə həyatı təhlükələri baxımından bizləri gerçək görüntülərlə təmin edən fotoreportyorların durumlarından xəbərdar olarlar.

REUTERS agentliyinin 2012-ci ilin ən yaxşı fotoreportajarı arasında yer alan bir fotoreportyorunun Suriyadakı qaynar hadisələr barədə etdiyi 18 günlük fotoreportajından bəzi görüntülərlə sizləri baş-başa buraxırıq.

Qoran Tomaşeviç Yay olimpiya oyunlarını çəkmək üçün Londona yola düşmüşdü. Suriyadakı qaynar xəbərləri eşidər-eşitməz təyyarə biletini dəyişərək 2 günlük London gəzintisindən sonra hər saniyəsi öıüm olan Suriyaya gedir.

Qoran Tomaşeviç öz xatirələrində yazır: – “Foto müharibənin gerçəklərini olduğu kimi göstərməliydi. Buna görə də mən döyüşün içində olmalıydım. Ön cəbhədə olan əskərlərin üzündəki ifadələri sizlərə göstərməliydim. Nə yeyirlər, nə içirlər, nə edirlər və s.
Doğrudur bu etdiklərimin yüzdə-yüz həyati risk olduğunu bilirdim. Lakin hadisəni gerçəkdən olduğu kimi göstərmək istəyirdimsə orada mütləq olmalıydım.”
Budur, həyatı risk alaraq həmkarımızın Hələbdən çəkdiyi danışan fotoları sizlərə təqdim edirik.
P.S. Qoran Tomaşeviç 1969-cu ildə Belqradda dünyaya gəlib. O 1996 cı ildəki məlum Miloşoviçə qarşı üsyanda Reuters üçün sərbəst fotoqraf olaraq çalışıb. Bundan sonra o İrak hadisələri zamanı Bağdadda, daha sonra Fələstin və İsrail hadisələri zamanı Qüdsdə, Misirdə fəaliyyət göstərib. Müharibə fotoqrafı kimi məşhurlaşan həmkarımız hazırda Suriyadan reportajlarını davam etdirir.
Xatırladaq ki, Qoran 2003 və 2005 – ci illərdə REUTERsin təqdim etdiyi ilin mükafatının sahibidir.

 

Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Fotoxəbər

To Top