Connect with us

Makro lens nədir, hansını seçməliyəm? – Cavab

Makro lens nədir - Hansını seçməliyəm

Dərslər

Makro lens nədir, hansını seçməliyəm? – Cavab

Makro lens nədir? Makro lens istifadə etməyin avantajları nələrdir? Bu yazıda makro lens istifadə etməyin avantajlarından , niyə makro deyildiyindən və hansı hallarda seçilməsinin lazım olduğundan danışacağıq.

Makro şəkil çəkmək istədiyin obyektiv birə bir (1:1) ya da daha çox bir böyütmə ilə foto çəkmək əməliyyatıdır. Bir başqa açıqlama olaraq çəkmək istədiyiniz əşyanın ölçüsünün orjinalında nə isə sensorda da eyni formada olmasıdır.

Makro fotoqraflıq ,xüsusilə, foto çəkməyə yeni başlayanhər kəsi ən həyəcanlandıran və ilk təcrübə etmək istədiyi növlərdən biridir.

Bəs Makro lens nədir?

Canon 50mm Macro

Canon 50mm Macro

Makro lens böyütmə nisbəti  olaraq 1:1 və daha çox dəyərləri istifadə edərək çəkiliş edilən obyektlərin rəqəmsal sensor üzərinə həqiqi ölçülərini əks etdirməyə yarayan obyektlərə deyilir.

Makro detalların dünyasına dirməkdir. Həqiqi bir makro fotonu təyin edən 1:1 böyütmə nisbətidir. Nikon tərəfindən Mikro olaraq adlandırılırarasında foto dünyasında bir fərq yoxdur.

1:1 çəkilişi edildiyi zaman çəkilişini apardığınız obyektlər kameranıza olduğu nisbətlər ilə düşərlər. Lens üzərində Macro ibarəsi yazan bir çox lens vardır. Ancaq sadəcə 1:1 və daha çox böyütmə edilə bilən lenslər həqiqi makro lenslər olaraq bilinməkdədir.

Hansını seçməliyəm?

Əgər məqsədiniz yaxşı bir lens alıb makro fotoqraflıqda özünüzü inkişaf elətdirməkdir sə o zaman alacağımız lensi doğru seçmək və yuxarıda dediyimiz detayları nə qədər əhatə etdiyinə baxmalısınız.

Buna görə qızıl qayda olaraq üzərində macro ibarəsi olan hər lens həqiqi makro lens olaraq qiymətləndirə bilməzsiniz. Xüsusilə, üçüncü parti lens istehsalçıların səyahət lensləri (travel zoom) olaraq dizayn etdikləri 18-200, 28-300 kimi modellər üzərində macro yazsa belə , adətən, 0.25x və ya 0.30x kimi böyütmək olur.

Bu böyütmə nisbəti ilə həqiqi bir makro lensin təqdim etdiyi 1:1 ilə müqayisə edildiyində vacib detayları əldə edəcəyiniz aşkardır.  Buna görə bir makro lens aldığınız zaman üzərində macro yazmağından çox hansı böyütmə nisbəti ilə makro fotoqraflıq üçün yetərli kriteriyaları olub olmadığına baxın.

Fokus uzaqlığının önəmi nədir?

AF-S DX Micro-NIKKOR 40mm f/2.8G

AF-S DX Micro-NIKKOR 40mm f/2.8G

Egər profesyonal olaraq makro fotoqraflığı ilə maraqlanacaqsınızsa uzun fokus məsafəsinə sahib obyektivlər düşünməyiniz lazımdır. Ümumi olaraq, 100mm ilə 200mm arası fokus uzaqlıqları kifayət olacaq. Beləliklə, rahatlıqla yaxınlaşa biləcək və yetərli böyüklükdə görüntüləe əldə edə biləcəksiniz.

40 ilə 60 mm kimi fokus məsafələrində isə bəzi hallarda həm işığınızı özünüz qarşılayırsınız, həm də zəyif fokus məsafəsinə görə yaxınlaşmağınız lazım olduğundan çəkiliş edəcəyiniz kiçik canlıları qorxuda bilrsiniz.

Nikonun vacib lensləri

Lens Böyütmə əmsalı Ən yaxın fokus məsafəsi
AF-S DX Micro-NIKKOR 40mm f/2.8G 1:1 (life size) 0.163m
AF Micro-NIKKOR 60mm f/2.8D 1:1 (life size) 0.219m
AF-S Micro-NIKKOR 60mm f/2.8G ED  1:1 (life size) 0.185m
AF-S DX Micro-NIKKOR 85mm f/3.5G ED VR 1:1 (life size) 0.286m
AF-S VR Micro-NIKKOR 105mm f/2.8G IF-ED 1:1 (life size) 0.31m
AF Micro-NIKKOR 200mm f/4D IF-ED 1:1 (life size) 0.5m
PC-E Micro-NIKKOR 45mm f/2.8D ED 1:2 (half life size) 0.253m
PC-E Micro-NIKKOR 85mm f/2.8D 1:2 (half life size) 0.39m
Micro-NIKKOR 55mm f/2.8 1:2 (half life size) 0.25m
Micro-NIKKOR 105mm f/2.8D 1:2 (half life size) 0.5m
Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Dərslər

To Top