Connect with us

Makiyajsız, fotoşopsuz… – Nude

nu_project_2

Fotolar

Makiyajsız, fotoşopsuz… – Nude

İnsanlar nə qədər daxili gözəlliyə önəm verdiklərini bildirsələr də, çox qadın sallanan qarnından, böyük ombasından, doğuş ləkələrindən, çox balaca və yaxud çox böyük sinəsindən əziyyət çəkir.

Qarşı tərəfə, həmcinslərinə xoş görünmək üçün daim əskiklərini bağlamağa çalışır və çox zaman narahat olur.

 “The Nu Project” artıq 10 ildir ki, qadınların təbii halında da gözəl olmasını sübut etmək üçün nude fotolardan ibarət layihə hazırlayır. Bugünə kimi Şimali Amerika, Cənubi Amerika və Avropada 250-dən çox qadının layihə üçün fotosu çəkilib, həyat hekayəsi dinlənilib.

Layihədə çəkilən qadınlar üçün 21 yaş həddi qoyulub. Şəkillər çılpaq çəkildiyi üçün layihə rəhbərləri 18, 19 yaşlı qızların sonradan peşman olacağını düşünüb. Qadınlar daha çox makiyajsız, təbii işıqda və fotoşopsuz çəkilir.

Layihə rəhbərləri fotoqraf Matt Blum ve Katy Kessler kişilərdən də layihədə iştirak etmək üçün xeyli sayda müraciət aldıqlarını bildirib. Ancaq layihə sırf xarici görünüşlərinə görə daim əziyyət çəkən qadınlar üçün nəzərdə tutulub. 

Layihədə iştirak edən hər bir qadın artıq çəkisi, doğuşdan sonra sallanmış qarnı və ləkələri ilə hər kəsə meydan oxuyur.

Nude – Foto janrı. Bu janrda Azərbaycanda da fotolar çəkilir. Bu haqda Fotoqraf Orxan Əzim bunları deyib: – “Fotoqraflıq sənətində “Nude” janrı ən çətin janrlardan biridir. Çünki fotoqraflığın yeganəözəyi işıqdır. İnsan dərisi üzərində işıq qurmaq isə çox çətindir. Təəssüflər olsun ki, bizim bəzi fotoqraflar bu janrı tam mənimsəməsələr də, çılpaq qadın şəkilləri çəkirlər. Mənim hələ də üzərindəişlədiyim və bir ildir davam edən “Nude” janrında bir ideyam var. Amma arada mən də bu cür şəkillər çəkib arxivdə saxlayıram. Çünki çılpaq şəkillərini çəkdiyim xanımlar onların yayımlanmasını istəmirlər”.

Fotolar: “The Nu Project”

Ardını oxu
Bunlara da bax
Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Fotolar

To Top