Connect with us

Köhnə Bakını belə məhv edirlər – Varlamovun Azərbaycan haqqında 4-cü yazısı

kohn%c9%99-bakini-nec%c9%99-m%c9%99hv-edirl%c9%99r

Bloq

Köhnə Bakını belə məhv edirlər – Varlamovun Azərbaycan haqqında 4-cü yazısı

Məşhur rusiyalı blogger İlya Varlamov bu yaxınlarda Azərbaycanda olub və bura haqqında öz təəssüratlarını şəxsi bloqunda yazıb. O, ölkələri gəzərək, oradakı müsbət və mənfi cəhətlərin fotolarını çəkərək, öz bloquna yerləşdirir. Həmçinin həmin fotolara şərh verir. 

Fotoqraflar.com Varlamovun Bakı və digər bölgələrimiz haqqında yazdıqlarını gündəlik olaraq dərc edəcək. İndi isə növbəti yazımıza keçək.

“Как уничтожают старый Баку” başlıqlı yazısında Varlamov deyir:

Postsovet məkanında çox az şəhər var ki, öz inqilab öncəsi tikililərini saxlayıb. Bəzi şəhərlər müharibədə məhv edilib, bəzilərini şüurlu dağıdıblar. Moskvanı götürün. Bir vaxtların gözəl şəhəri Stalinin 30-cu illərdəki yenidənqurması ilə məhv edildi.

Köhnə binalar və bütöv kvartallar söküldü, yerini isə asvaltlayıb böyük prospektlərə çevirdilər. Piterin bəxti necə də gətirdi ki, o paytaxt olmadı və varvarların maraq mərkəzindən kənarda qaldı. Amma Moskvanın bəxti necə gətirmədi! Nə qalıb bizdə? Zamoskvoreçyedə bir neçə kvartal… və ola bilsin, Xotrovka rayonu. Vəssalam. Qalan hər şeyi sökdülər, dağıtdılar, yenidən tikdilər. Moskvanın köhnə şəkillərinə baxanda adamın ağlamağı gəlir. Köhnə Tverskiyə, Kreml ətrafı abadlığa, Lubyanka…

Lakin elə şəhərlər də var ki, onları bugün dağıdırlar. Babalardan qalan ən qiymətli şeyləri, şəhərin ürəyini məhv edirlər. Vəhşilər. Baxın, görün Bakını necə məhv edirlər!
01. Bakının mərkəzi öz məhtəşəm qədim tikililəri ilə qürur verir. Dar küçələr, zəngin bəzəkli binalar. Bəzi yerləri Odessanı xatırladır.

02. Düzdür, bütün bunlar məftillərlə, hansısa balkonlarla korlanıb, lakin bunu düzəltmək olardı və nəticə möhtəşəm olardı!

03. Mükəmməl az mərtəbəli tikili!

04. Lakin onda getdikcə deşiklər artır!

05. Keçmişin bütün gözəlliyi məhv etmək istəyirlər

06. Baxın, necə gözəldir!

07. Gözəl avropa mərkəzi. Onu səliqəyə salmaq və turist cəlb etmək lazım idi.

08. Möcüzə!

09. Tam Odessadır!

10. Burada gəzmək çox xoşdur.

11.

12.Stulda oturan baba başqa harda görmək olar? Budur əsl köhnə Bakı.

13. Və ya çərəkçi kişi

14. Yaxud üzüm tənəkləri basmış küçə

15. Baxın necə gözəldir!

16.

17.

18.

19. Möhtəşəm həyətlər

20. Odessa!

21. Baxın, burda necə qapılar var.

22. Əsrarəngiz!

23.

24.

25.

26. Boş yerə burda memarlaq ittifaqı yerləşməyib

27. Sadəcə xəzinədir!

28. Lakin hər il Bakıda köhnə tikilələrin yerində daha çox ruhsuz göydələnlər uzanır.

29. Gah burda, gah orda növbəti monstr ucalır, kobudca həyatın gedişatına mane olaraq. Varvarlıqdır.


 30. Eybəcər nəhənglər keçmişin gözəlliyini məhv edir

31. Balaca müdafiəsiz evlər nəhənglərin təzyiqi altında boğulur

32.Axı necə belə eləmək olar?!

33. Səliqə yaratamaq əvəzinə hər şeyi kökündən məhv edirlər

34. Yeri gəlmişkən, bura Kubinkadır (xalq arasında Palçıqlı da deyilər), şəhərin mərkəzində, sirkin, Zabitlər bağının və Nizamı metrosunun yaxınlığındakı məşhur yaşayış yeri. Əvvəllər Bakının ən kriminal yeri hesab olunurdu, sovet dövründə də, 90-cı illərdə də burdan hər şey almaq olurdu. Azərbaycana bazar iqtisadiyyatı gələndəndən sonra difisit malların ticarətinə maraq azaldı və tədricən Kubinkanın nüfuzu öldü. Buna baxmayaraq burda hələ də köhnə evlər və ənənəvi hamam saxlanılıb. İndi Kubinkanı və digər köhnə kvartal olan Sovetskini planlı şəkildə məhv edirlər. 2013-cü ilin fevralından evləri sökür, əhalini kütləvi köüçürülər. Bununçün Bakıda XİX əsrin sonlarına və XX əsrin əvvəllərinə məxsus olan tarixi evləri sökürlər və bunu “qəza” şəraiti ilə izah edirlər.

35.Burda hələ də küçədə kart və nərd oynayan insanları görmək mümkündür

36.Burda inanılmaz dərəcədə rahat və yaxşıdır

37.

38. Burda köhnə Bakı ruhu var

39.Lakin hər şeyi məhv edirlər

40.

41. Tezliklə heç nə qalmayacaq

42.Buldozerlər küçə-küçə keçmişi yerlə-yeksan edirlər

43. Bax, belə. Minlərlə evi sökürlər. 2016-ci ilin əvvəllərində artıq 2000-dən çox ev təkcə Sovetskidə məhv edilib. Kubinka da getdikcə yox olur.

44. Dəhşətlidir. Buna baxmaq çox ağırdır.

45. Burda yeni plastik dünya olacaq. Köhnə evlərin yerində – “sosial obyektlər”

46.Yol. Növbəti boş park və qazon. Köhnə Bakı isə olmayacaq…

47. Evlərlə birlikdə bütün ağacları da məhv edirlər. Halbuki burda əvvəllər çoxlu tut və qaysı ağacları vardı

48. Ən qiymətli şeyi qorumurlar. Sonra peşman olacaqlar və saxtasını yaratmağa çalışacaqlar və o artıq köhnə Bakı olmayacaq.

49. Səhvləri təkrarlamayın!

50.

51. Hasarın o tərəfində ayrı dünyadır.

52.

53. Yeni Bakı

54.

Comments

comments

Ardını oxu
Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Bloq

To Top