Connect with us

“IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotosərgi keçiriləcək

FTG

Fotoxəbər

“IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotosərgi keçiriləcək

İyulun 11-də Gənlər və İdman Nazirliyinin təşkilatçılığı, “Azəridmanservis” MMC-nin dəstəyilə, “AZƏRTAC” İnformasiya Agentliyi və GİN-nin mətbu orqanı “İdman” qəzetinin informasiya dəstəyilə Muzey Mərkəzində (Keçmiş Xalça muzeyi) “IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotosərgi keçiriləcək.

Fotoqraflar.com xəbər verir ki, 21 idman növü üzrə 54 ölkənin qatıldığı Beynəlxalq yarışmada 6000 idmançı öz gücünü sınamış qızıl, gümüş və bürünc medallar uğrunda mübarizə aparıb. Şərqlə qərbi birləşdirən bu mötəbər yarış Azərbaycanın beynəlxalq arenada imicini daha da möhkəmləndirib.

Təbii ki, Azərbaycan fotoqrafları da öz növbəsində obyektivin gözü ilə bu tədbirin dinamikasını, möhtəşəmliyini sənət əsərinə çeviriblər.

Saat 17-00 da baş tutan və iki gün davam edən sərgidə 52 müəllifin 200-ə yaxın əsəri nümayiş olunacaq.

Giriş sərbəstdir.

Otomatik alternatif metin yok.

Comments

comments

Ardını oxu

Daha çox - Fotoxəbər

To Top