Connect with us

Fərqanə Qasımlı: “İlk fotoaparatımı 15 yaşımda atam hədiyyə edib, amma fotoqraf olmağımı istəmirdi”

Fotoqraflarımızı tanıyaq - Fərqanə Qasımlı

Müsahibə

Fərqanə Qasımlı: “İlk fotoaparatımı 15 yaşımda atam hədiyyə edib, amma fotoqraf olmağımı istəmirdi”

“Fotoqraflarımızı tanıyaq” – adlı yeni layihəyə başladıq. Bu layihəmizdə azərbaycanlı fotoqraflarla müsahibələr edəcəyik.

Məqsədimiz fotoqrafları bir-biri ilə tanış etmək, onların təcrübələrini digərləri ilə bölüşməkdir. İlk müsahibimiz isə azərbaycanlı xanım fotoqraf Fərqanə Qasımlıdır.

Müsahibmiz ilk olaraq fotoqrafiyaya gəlişi ilə bağlı danışır: “Nəzərə alsaq ki, sevdiyim oyuncaqlarımın sırasında fotoaparat da olub, ilk fotoaparatımı əlimə götürdüyüm gündən bu günə qədər çəkirəm. Artıq 10 ilə yaxındır ki, fotoqrafiya ilə məşğul oluram. Hər sahədə peşakar olmaq üçün müəyyən zaman lazımdır. Əvvəl həvəskar olursan, sonra peşəkarlığa doğru gedirsən”.

– Elə fotoqraflar var ki, uşaqlıqdan fotoaparatları olub və onlarda bu işə maraq yaranıb. Siz isə mən biləni əslində müəlliməsiniz. Sizdə fotoqrafiyaya həvəs necə yaranıb?

– Atam hüquq-mühafizə orqanı əməkdaşı olmağına baxmayaraq, həvəskar fotoqraf kimi portret çəkməyi xoşlayırdı. Evimizdə fotoya dair hər bir avadanlıq var idi. Fotoları çəkdikdən sonra atamın kiçik köməkçisi kimi sehrli otağımızda çap edərdik. Elə ilk fotoaparatımı 15 yaşımda atam hədiyyə etməsinə baxmayaraq bu sənətə yiyələnməyimi istəməyib, hər zaman narazı olub. Müəllimə olmağımı istəyirdi və istəyinə nail oldu. Artıq dərs dediyim şagirdlər institut məzunlarıdır, hətta aralarında evlənənlər belə var. Müəllimə kimi fəaliyyət göstərsəm də hər zaman fotoqrafiyanın sirlərini bu illər ərzində öyrənməyə çalışmışam.

– Hansı janrı sevirsiniz? “Bu tipli fotoları çox sevirəm” dediyiniz fotolar varmı?

– Bu suala cavab verməkdə bir az çətinlik çəkirəm, çünki Nude-dən başqa bütün janrlarla maraqlanaraq çəksəm də, əsas sport və travel janrlarına üstünlük verirəm. Ən çox sevdiyim isə cloudscape tipli fotolardır. İstər özüm çəkərkən, istərsə də başqa fotoqrafın çəkdiyi fotolara baxdıqca kainatı yaradan Tanrının rəsm əsərindən mənəvi qida alıram.

– Müəllifi olduğunuz hansı foto sizin üçün çox dəyərlidir və onu heç vaxt unuda bilmərsiniz?!

– Bu illər ərzində çəkdiyim fotoların içində 4 foto var ki, həmin fotolara baxanda  sanki qəhrəmanlarım kimi iki hissi eyni anda, yəni kədər və sevinci yenidən yaşayıram. Bu foto İraqda yerləşən alış–veriş məkanında çəkilib. Bildiyiniz kimi, bu ölkədə müharibə gedir, dinc əhali qətl edilir. Biz getdiyimiz günündən bir gün öncə yenə olduğumuz məkanda terror aktı törədilmişdi. Hətta həmin illərdə azərbaycanlı qız da öldürülmüşdü. Buna görə bizə tapşırıldı ki, əsasən də mənə – kameradan çox istifadə etməyim.

19875717_1454228617986920_1682624213_o

Şəhərin bəzi hissələri darmadağın olduğundan enerji mənbəyi kiçik generatorlar idi. Məkanda işıq telləri hörümçək yuvasına oxşayırdı, həmin anda işıq belə yanmırdı. Ətrafda əli silahlı əsgərlər yoxlama aparır, bir sözlə çox cansıxıcı olduğundan oradan tez ayrılmaq istəyirdim. Ancaq məcburən alış-veriş edən yoldaşlarımı gözləməli olduğumdan gözüm bu günahsız körpələrə sataşdı.

19821161_1454228974653551_1561390479_o

Ətrafa yayılan şən gülüşləri və əllərindəki rəngli şarlarla həmin qaranlıq cansıxıcı məkanı canlandırırdılar. Sanki heç nə olmamış kimi sevinərək şarla oynayırdılar. Hər zaman bu fotoya baxanda həmin uşaqları düşünürəm ki görəsən yaşayırlar yoxsa dünyada 1000–lərlə qətlə yetirilən körpələrin siyahısına düşüblər artıq?!

2-ci foto Türkiyənin Trabzon şəhərinin Meydan parkında çəkilib. Bu uşaqlar Suriya köçkünləri olan bacı qardaş idi. Hotelimiz parka yaxın olduğundan bu uşaqları hər gün görürdüm. Bir gün gecə saatlarında hotelin qarşısında yoldaşımı gözləyərkən həmin bu qızın balaca qardaşına necə nəvaziş göstərməyi diqqətimi cəlb etdi. Sanki ana öz balasına nəvaziş göstərir, ətrafdan qoruyur. Üst-başları çox çirkli, pərişan, özləri də ac idilər. Yaxınlıqdakı şirniyyatçıdan cürbəcür şirniyyat alıb onlara vermək istədim, ancaq saat gec olduğundan 5-6 qalan simiti təklif etdilər. Əlacsız aldım və dükanın satıcısından onların kim olduqlarını soruşdum.

Satıcı o dəqiqə soruşdu ki bu smitləri onlara alırsan, dedim “bəli”. Dedi ki “Alma, götürməzlər, onlar səndən bəndən zəngin abla”. Aldığım smitləri onlara aparıb verdim, heçnə demədən bu balaca qızcığazla yanlız baxışlarımızla bir-birimizi başa düşdük. Getdim kənardan onları izlədim, həmin smitləri çox iştahla özü və qardaşına yedizdirdi. Onları çəkmədən qıraqdan izləyirdim.

O  qədər insanın arasından gözləri məni axtararaq əlini qardaşının çiyninə qoyaraq xoşbəxt bir şəkildə “bizi çək” mesajını verdi. Onlarla ara məsafəm uzaq olsa da çəkdim, ancaq şəklin keyfiyyəti məni qane etməsə də o balaca körpənin çiyinlərindəki yükü bir anlıq ataraq üzündəki təbəssüm ifadəsini bu foto ölümsüzləşdirdi.

Onu da qeyd edim ki, bu hər iki fotodakı həmin qızdır. Orda olduğum müddət 2-ci fotoda olduğu təbəssümü mən onun üzündə görmədim. Hər zaman qarşısından keçib gedən-gələn insanlara nifrət, kinlə baxırdı. Baxışları sanki “Mənim də bir zamanlar sizin kimi həyatım vardı” deyirdi. Onlara pul verməməyimin səbəbi atalarının onlardan pulu almaları idi. Uşaqlar insanların əllərindəki yeməklərə elə baxırdılar ki, ac qaldıqları hiss olunurdu. Ümumiyyətlə, hara  gedirəmsə-gedim hər zaman diqqətimi cəlb edən uşaqlar olur. Ola bilsin ki bu, digər sənətimlə bağlıdır.

Bu Foto isə arxivimin mirvarisi və unudulmaz macərası olan bir fotodur. Xudafərin körpüsüdür. Arzum budur ki, ikinci dəfə bu məkanı Arazın bu tayından çəkim.

Görüntünün olası içeriği: 1 kişi, çim, kamera, açık hava ve doğa

– Bəzi fotoqraflar toy çəkməyin fotoqrafiya olmadığını deyirlər. Toylarda çalışanlara fotoqraf yox, şəkil çəkən deyirlər. Siz buna qatılırsınız?

– Xeyr, mən bu fikirlə razı deyiləm. Toy fotoqrafiyası dünyada qəbul olunmuş bir janrdır. Hətta beynəlxalq müsabiqələrin birində səhv etmirəmsə 2015-ci ildə xarici dövlətdə yaşayan azərbaycanlı fotoqraf qalib olmuşdu. Bu günkü gün mənəm-mənəm deyən şəkil çəkənlər çoxdur. Problem toyda 5-6 nəfəri yan-yana qoyub şəkil çəkənlə, toy reportajı hazırlayanın eyni tərəziyə qoyulmasıdır. ”Şəkil çəkən deyənlər“ reportaj sözünü araşdırıb yanına toy, wedding, “svadebnıy” sözü əlavə edib baxsınlar, onda görəcəklər kimin fotoqraf, kimin şəkil çəkən olduğunu. Azərbaycanda da bir neçə peşəkar toy reportajı hazırlayan fotoqraflar var. Mən onlara hörmətlə yanaşıram.

Görüntünün olası içeriği: 2 kişi, ayakta duran insanlar, çocuk, ağaç, açık hava ve doğa

– Fotoqrafiyada sosial şəbəkənin rolu varmı?

– Müasir zamanda fotoqrafiyanın inkişafında sosial şəbəkələrin misilsiz rolunu etiraf etmək lazımdır. Belə ki, bəzi sosial şəbəkələr fotoların üzərində qurulub. Bu isə gənclərin fotoqrafiya ilə kütləvi məşğul olmasına səbəb olur. Bəzi fotoqrafların fikrincə yaşından asılı olmayaraq hər kəs foto çəkib sosial şəbəkələrə yerləşdirir və gələcəkdə fotoqraflara ehtiyac olmayacaq. Fotoqraf sənəti arxaiq sənət kimi unudulacaq. Mən belə düşünmürəm. Peşəkar fotoqraflara hər zaman ehtiyac olacaq. Sosial şəbəkələr isə rəqabəti artırır və fotoqrafiyanı inkişaf etdirir.

 – Facebook səhifələrin hansısa fotoqrafın fotosunu paylaşmasını uğur hesab etmək olarmı?

– Facebookda bəzi xarici səhifələr var hansı ki, fotomüsabiqə xarakterlidir və saytları da var. Ən yaxşı fərqli fotolar münsiflər tərəfindən seçilir,  saytlarında və öz kataloqlarında dərc edilir. Minlərlə fotoqrafın arasından seçilmək bu artıq uğurdur. Ancaq bizim yerli fotoqrafiyaya aid olmayan səhifələrin paylaşmalarını uğur kimi qəbul etmirəm, çünki onlar sizin fotonuzu paylaşaraq özlərini reklam edirlər.

– Xanım fotoqraf çətin deyil? Sırf xanım olduğunuz üçün nəsə ayrıcalıq hiss edirsiniz?

– Zənnimcə həyatda asan iş və peşə yoxdur. Öz sənətini sevirsənsə onun hər çətinliyinə qatlaşacaqsan. Ola bilsin ki, kişi həmkarlarıma nisbətən fiziki gücümün azlığı texnikanı daşımağıma çətinlik törədsə də bunu hər vəchlə dəf edirəm. Açığı ayrıcalıq barəsində heç düşünməmişəm.

– Fotoqrafların film çəkməsi də yaman artıb. Sizin belə bir planınız varmı?

– Film çəkmək istedad və şans tələb edir. Yerli və xarici fotoqrafları araşdırsaq görərik ki, bir çoxlarının sənət yolları rejissorluq və operatorluqdan keçib. Bəli, qismət olarsa belə bir plan üzərində işləyərəm.

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, dağ, gökyüzü, kamera, bulut, çim, açık hava ve doğa

– Məşhur bir mübahisə var. Canon və Nikon. Sizin üçün hansı daha yaxındır və səbəbi nədir?

– Bu sualı heç sevmirəm. Mənə bu sualla müraciət olunanda çəkən üçün fotoaparatın önəmi yoxdur ən bahalı texnika fotoqrafın öz gözüdür cavabını verirəm. Ancaq sizin suala ətraflı cavab verməliyəm.

Canonla çəkməyimin səbəbi yoldaşım tərəfindən hədiyyə olunmasıdır. Zaman-zaman Nikonla çəksəm də “o pisdir, bu yaxşıdır” fərqini hiss etməmişəm. Hər iki fotoaparat özünə görə üstünlüyü var. Xarici bazarlarda Canon hər zaman satışına görə lider olub. Mənim fikrimcə raw çəkib foto işlənirsə mübahisə əsassızdır. Əsas texnikadan düzgün istifadə qaydalarını bilməkdir. Məsələn, Formula 1 yarışını Joshua Paul 104 yaşı olan Graflex fotoaparatı ilə çəksə də, foto müasir fotoaparatlardan, yəni Canon və Nikondan heç də geri qalmayıb. Elə isə biz nəyin mübahisəsini aparırıq?!

Görüntünün olası içeriği: 4 kişi, gülümseyen insanlar, ayakta duran insanlar, dağ, bulut, gökyüzü, açık hava ve doğa

Fotoqraf hər kəsə adi görünən elə bir anı fotoaparata elə köçürər ki, bu böyük maraq doğura bilər. Düşünürəm ki, əsas rolu fotoqraf oynayır, texnologiya ikinci vacib detaldır. Əsl fotoqrafa nə Canon, nə də Nikon lazımdır. Tanrının hər kəsə qismət etmədiyi fərqli baxış bucağı və istedad olduqdan sonra kibrit qutusu ilə də foto çəkmək mümkündür.

Fotoqraflara da arzum budur ki, Canon-Nikon mübahisəsi etməkdənsə çəkdikləri fotoları müzakirə etsinlər, yoxsa bu mübahisə onların sənətkarlığını şübhə altında qoyur.

Daha çox - Müsahibə

To Top