Connect with us

Hansı yaddaş kartını almalıyam? – SD kart, CF kart nədir? – Cavab

Hansı yaddaş kartını almalıyam

Dərslər

Hansı yaddaş kartını almalıyam? – SD kart, CF kart nədir? – Cavab

Günümüzdə istifadə etdiyimiz bir çox cihazlarda yaddaş kartından istifadə edirik.Biz bu yazıda daha çox fotoaparatlara görə kart seçimindən bəhs edəcəyik.

Bəlkə bu bizim üçün adi bir şey kimi görünə bilər,təbiiki belə deyil. Kart alarkən diqqət etməyimiz lazım olan xırdalıqlar var. Hətta mən belə suallarlada qarşılaşmışam – aparatla video çəkdiyim zaman tez-tez kəsilmə olur, niyə?-  bu kimi suallar ola bilər. Ona görə aşağıdakılara diqqət edək…

Qeyd edimki bu yazıda hansı yaddaş kartını, hansı markaları almalıyıq, SD -nədir?, CF-nədir? suallarına cavab verməyə çalışacağıq.

  SD kart nədir?Alarkən nələrə diqqət olunlamıdı?

Fotoaparatlar, videokameralar və s. bu kimi cihazlar SD kartdan istifadə edir. SD kartlar da forma olaraq sadə və incə kartlar kimi nisbətən güvənsizlik vəd edir, ona görə alarkən daha çox marka olmasına diqqət etmək lazımdı.

Üzərindəki qısa qeydlərin mənasına baxaq:

1. Maksimum oxuma sürəti: Yaddaş kartının məlumat oxuma sürəti MB/san olaraq burada qeyd olunur. Yəni 1 saniyədə kartın oxuya bildiyi meqabayt ölçüsü.

2. Bu hissədə də kartın oxuma sürəti göstərilib,hətta üsttəkinin eynisidi. Sadəcə olaraq artıq bir çox kartlarda bu şəkildə göstərilmir.Belə şəkildə əvvələr istifadə olunurdu.

qeyd:

100x=15MB/san

200x=30MB/san

400x=60MB/san

600x=90MB/san

…1000x=150MB/san,hətta 2000x=300MB/san bunun kimi.

3. Kartın tipi: Burdakı yazı kartın nə tip kart olduğunu bizə göstərir, bu şəkildəki XC,extra capasity deməkdir,yəni yaddaş olaraq yüksək ölçülərə çıxabilən bir kart.

4. UHS (Ultra High Speed) sürət seqmenti: Burdakı qiymət əsasən video çəkilişlər üçün önəmlidi.UHS 3 qiyməti kartın ən zəif yazma sürətinin 30MB/san olacağını bildirir(ən aşağısı yəni).Eyni mənada UHS 1 kartlarında ən az yazma sürətinin 10MB/san olduğunu bildirir.

5. Sürət ölçüsünü göstərmə qiyməti (nömrəsi): Bir az köhnə ölçü olaraq bilinən bu nömrələmə sistemi(Class sistemi) video çəkilişi üçün diqqət olunmalıdı.Class10 olması sizə video çəkilişi üçün imkan verəcək(Class10=10MB/san min. yazma sürəti), yəni belə deyək məsələn Class4 ya da Class6 kartları ilə video çəkmək istəsəniz aparat tez-tez çəkilişi dayandıracaq.Çünki bu Class-lar zəif yazma imkanı verir,təbiiki aparat da videonu dayandırır.

6. UHS seqmenti: Burdakı qiymət kartın maksimum oxuma sürətini göstərir, UHS yazısı olmayan kartlar ən çoxu 25MB/san oxuya biliriksək,UHS -I kartlar 104MB/san -yə qədər oxuma imkanı verir,UHS-II -lər isə 312MB/san oxuyur.Aradakı fərqlər görünür.

7. Tutum: Kartın ölçüsü və ya tutumu, SD kartlar 2GB -a qədər, SDHC kartlar 32GB -a qədər,SDXC kartlar isə 2TB -a qədər məlumat tutumuna sahibdir.Kim hansı ölçüdə istəsə təbiiki ona görə seçim edər artıq.

  CF kart nədir?Alarkən nələrə diqqət olunlamıdı?

1. UDMA seqmenti: SD kartlarda olduğu kimi(UHS) oxuyabildiyi ən yüksək dəyər. UDMA1 kartlar 16.7MB/s -yə qədər oxuyabilər,UDMA7 kartları isə 10 dəfə çox 167MB/s məlumat oxuya bilir.

2. Minimum Yazma sürəti:Kartın yazabildiyi ən az sürət ölçüsü MB/s -yə olaraq.Məsələn burda 65MB/s -dir.

3. Maksimum Oxuma sürəti:SD kartlarda olduğu kimi bu kartlardada köhnə seqment yöntəmi istifadə olunur.1066x olan kartlar bu şəkildə hesablanır:15*1066/100 = 160MB/s,hansıkı bu elə 4 nömrədə qeyd olunub.

4. Maksimum Oxuma sürəti:Kartın maksimum oxuma sürətini MB/s ilə verilir.

5. Tutum:CF kartların tutumu 512GB -a qədər yüksələ bilir.Birdəki kart alanda aparatın nə qədər maksimum yaddaş dəstəklədiyinə mütləq baxın!

Micro SD kart nədir?Alarkən nələrə diqqət olunlamıdı?

Biraz öncə qeyd etdiklərimiz eyniliklə Micro SD üçün də uyğundu,ona görə təkrarlamağa ehtiyyac qalmadı demək olar.Daha çox bu tipli kartlar telefonlar,GoPro və Drone kimi texnalojik cihazlarda istifadə olunur.Əsasən alarkən üzərindəki yaddaşa yazma sürətinə(Class) və tutmuna diqqət edib almanız məsləhətdi.

 BƏS HANSI MARKA YADDAŞ KARTI ALMALIYAM?

  • Lexar

  • Sandisk

  • Transcend

Bu kartlar Fotoqraflar tərəfindən daha çox istifadə olunan və məsləhət olunan kartlardı.Xüsusilə yüksək sürətli kartlar məsləhət görülür.Fotoaparatlarda işlədərkən donma problemlərinin çıxma səbəbi bir çox halarda yaddaş kartından asılıdı,o səbəbdən keyfiyyətli kartlar almaq lazımdır.

NƏTİCƏ

Fotoaparat alarkən üzərində “8Gb və ya16GB kart hədiyyə…” deməsinə aldanmayın,markasına,məlumat yazma sürətinə və sizin cihaz nə qədər tutumlu karta izin verdiyinə baxın,yoxsa sonradan yarımçıq çıxan fotolar,itirilən məlumat və s. problemləri ilə qarşılaşa bilərsiz.

Comments

comments

Ardını oxu
Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Dərslər

To Top