Müsabiqələr
Həvəskar fotoqraflar üçün müsabiqə elan olundu
“Azərbaycan Respublikasının Gənclər Fondunun” maliyyə dəstəyi ilə 11-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Azərbaycan turizm Sərgisi” (Foto müsabiqə) layihəsinə 10 nəfər fəal , həvəskar fotoqraf axtarılır.
Sərgi 26.01.2019-27.01.2019 tarixlərində “Suraxanı rayonu Gənclər Evində” baş tutacaq.
Sərginin mövzusu: “Azərbaycanın turistik guşələri və təbiəti”.
Bu mövzuda bizə 3 foto göndərin və seçilmiş fotolar çap olunub (çərçivəli), sərgidə nümayiş olunacaqdır.
Ən gözəl çəkilmiş şəkillər ekspert tərəfindən müəyyənləşəcəkdir və 3 fotoqraf mükafatlandırılacaqdır.
Qeyd: şəkillərinizi – [email protected] ünvanına göndərilməsini xahiş edirik. Hər birinizə uğurlar arzu edirik!
Əlaqə : 050-559-09-04 ( Bahadır Bağırov )
