Connect with us

Gülümsəmənin gücü – FOTOLAR

Gülümsəmənin gücü – FOTOLAR

Fotolar

Gülümsəmənin gücü – FOTOLAR

Cey Vaynstayn adlı bir fotoqraf dünya üzrə səyahətə çıxıb tanımadığı insanların portretini çəkir, sonra isə onlardan gülümsəməyi xahiş edir və bir daha tətiyi basır.

İnsanın zahiri və daxili portreti tamami ilə dəyişir- layihə rəhbəri bununla insanların diqqətini sadə bir gülümsəmənin şəxlərin necə dəyişməsinə yönəldir. Gülümsəmədən əvvəl və sonra çəkilən şəkillərdəki fərq insanı heyran edir. Baxın öz şəxsi hesabında  fotoqraf bu layihə barədə nə deyir.

main92

“2013-ci ilin Dekabr ayı idi. Hindistanda Rajastan səhralarında Bikaner ərazisində foto səfərə çıxmışdım. Dəmiryol stansiyasının yaxınlığında sıx insanlar kütləsində portretini çəkmək istediyim bir kişi gördüm. Fikrimdə əmin deyildim. Onun baxışı və sərt üz cizgiləri məni qorxutdu. Həmən tərəddüdlü saniyələr əsrarəngiz  şəklin qatilinə çevrilir. Nəticədə mən ondan yan keçib başqa obyektləri çəkirdim. Qəflətən“Mənimdə şəklimi çəkin” deyərək məni səslədi.”

“Obyektivi fokuslayıb tatiyə basmaqa hazır idim. Gülümsəməsini xahiş etdim. Onun fizianomiyası dəyişdi.  Üzundə işıq, gözlərində qığılçım alovlnadı. Bunu mən əvvəldən görə bilməmişdim. Hətta onun duruşu belə çox rahat idi. Bu hadisədən sonra mən proyektimin necə olacağını anladım. Bu zaman “So İ asked them to smile”(Mən onlardan gülümsəməyi xahiş etdim) yarandı. Mən yad insanların üzündəki təbəssümün gücünü ölümsüzləşdirmək istəyirdim.

Növbəti bir necə gün,ay və illər ərzində foto səyahətlərimdə(əsasən Hindistan üzrə) təsadüfi seçdiyim insanlardan ilk öncə sadə fotosunu sonra isə gülümsəyərkən portretlərini çəkirdim. Bu şəkillər- layihəmin əsasıdır. Məqsədim isə – insanlara ilk öncə baxıb onlar haqqında zehni fikir yürüdüb sonraki şəkil də təbəssüm ilə beynimizdəki fiqur transformasiyasını təmin etməkdir. Burda adlar yoxdur, peşələr yoxdur, dini və milli seçim göstərilməyib. Çətin həyati dərslər və ya qan donduran hadisələr yoxdur. Yalnız insan fizianomiyası. Sadə və təbəssüm ilə. ”

 

 

Daha çox - Fotolar

To Top