Connect with us

Getty Images müsabiqəsinin qalibi Amerikan yataq otaqlarına baş çəkir

Getty Images müsabiqəsinin qalibi Amerikan yataq otaqlarına baş çəkir

Fotolar

Getty Images müsabiqəsinin qalibi Amerikan yataq otaqlarına baş çəkir

Getty Images müsabiqəsinin qalibi Amerikan yataq otaqlarına baş çəkir

Amerika Birləşmiş Ştatlarından olan fotoqraf Barbara Pikok (Barbara Peacock) Getty İmages tərəfindən olan Grants for Editorial Photography proqramının 5 qalibindən biridir.

Fotoqraflar.com xəbər verir ki, hər il fotoagentlik ilin ən yaxşı foto layihələrini seçərək onlara 10000 dollar məbləğində qonorar və foto-jurnalistika sahəsində dəstək təqdim edirlər.

“Amerikan yataq otağı” (American Bedroom) layihəsində Barbara müasir amerikan həyatının çətinlikləri və xüsusiyyətlərini tətbiq edir.

026

“Hər şey çox kədərlidir. Mən heç nə edə bilmirəm. Dostlarımla gəzə bilmirəm, idmanla məşğul ola bilmirəm. Mən bu otağa məhkumam.. Mən və mənim xəstəliyim (revmatizmik qızdırma)”

036

“Bəzən həyat bizi haldan hala salır. Əsas olan isə sənin harda olduğunu bilib, unudmamaqdır.”

046

“Ərim vəfat edib. İndi evdə siqarət çəkmək olar”

056

“Biz artıq 20 ildir ki, şəraitsiz evdə yaşayırıq”

066

“Bəzi günlədə mən otağımı heç tərk etmirəm”

076

 “Səhərlər sakit olmağa çalışıram ki, onu yuxudan oyadmayım. Sonra isə onun artıq həyatdan köçdüyü yadıma düşür.”

086

 “Mən həmişə öz yataq otağımı sevmişəm, çünki ora çox rahatdır və uşaqlıq xatirələrimi mənə andırır. İndi mən böyüyürəm və bir çox dəyişikliklər baş verir lakin otağımda hər şey dəyişməz qalır.”

016

“Biz son vaxtlar baş başa çox az qalırıq, sonsuz məşğuliyyət, iki uşaq və pişik. Lakin təklik də qalmaq şansı düşən kimi onun hər dəqiqəsindən həzz alırıq. Onlar yay ayları kimi tez keçirlər.”

095

 “Yeni il şirniyyatı yemək üçün mən hər il bu bayramı gözləyirəm. Həmişə onları hamıdan gizlədirəm.”

1022

“Mənim çarpayım çardaqdır, ona görə də mən anamın çarpayısında tullanmağı xoşlayıram.”

1146

 “Biz hardayıq?”

1220

 “Axır ki, bizim otağımız gözəldir. Biz isə… o qədər də yox!”

1317

 “Mən bu otağa artıq dözə bilmirəm, lakin biz uzun müddət uşaq arzusunda olmuşuq. Ona görə biz hətta balaca bir otaqda olsaq bele bu mənim çox xoşuma gəlir.”

1416

 “İndi həyatımın keçid dövrünü yaşayıram, lakin indi heç olmasa mənim pişiyim var.”

Daha çox - Fotolar

To Top