Connect with us

Fujifilm ikiqat mükafatlandırıldı

Fujifilm X-T20

Fotoxəbər

Fujifilm ikiqat mükafatlandırıldı

Avropa Görüntüləmə və Səs Birliyi (European İmaging and Sound Association), Fujifilmi ikiqat mükafatlandırıb.

Fotoqraflar.com xəbər verir ki, foto keyfiyyəti və dizaynı ilə peşəkar fotoqraflar qədər həvəskar fotoqrafların da üstün gördüyü, güzgüsüz digital fotoaparat olan Fujifilm X-T20, önəmli bir mükafata layiq görülüb.

EISA tərəfindən “EİSA Kompakt Digital Fotoaparat 2017-2018” mükafatına layiq görülən X-T20-nin bir çox yeni xüsusiyyətləri, rəqibləri arasından önə çıxmasında böyük rol oynayıb.

Qara, gümüşü rənglərə sahib erqonomik gövdəsi ilə, içində 24,3 meqapiksel X-Trans CMOC III sensor olan X-T20ç FUJİNON obyektivlərlə birlikdə möhtəşəm bir kamera təqdim edib.

Yeni X-Processor Pro prosessor – sürətli şekildə işləmək üçün vacib olan xüsusiyyətləri təmin edir.

X-T20-nin diqqət çəkən xüsusiyyətləri:

Yeni 91 nöqtəli avtofokus sisteminin beş fərqli AF-C rejimi ile tamamladığı kameranın digər xüsusiyyətləri belədir:

  • 2,36 milyon pikselli elektronik vizor
  • 7,6 sm (3inç) LCD dokunmatik ekran (1,04 milyon pikselli )
  • Film simulyasiya rejimləri (CLASSİC CHROME , ACROS, vs. )
  • Maksimum 51.200 İSO həssaslığı
  • Wi-fi funksiyası
  • Time-lapse çəkimi
  • 4K video çəkimi (3.840 x 2160 Piksel)

İKİNCİ MÜKAFAT INSTAX SQUARE SQ10-UN

Yeni texnologiyalarla anında fotonu paylaşmaq, internet üzərindən göndərmək imkanı olan kameralar daha çox sahədə istidafə edə bilmək imkani təmin edən Fujifilm, kvadrat formatda özəl, yepyeni bir kamera istehsal etdi. SQ10’un fotoşəkil çəkmə funksiyalarinin daha da inkişaf etdiyindən, seriyanin ən son modeli SQUARE SQ10 , benzərsiz bir kontrol səviyyəsi və  istifade asanlığıyla təchiz edildi. SQ10’nun mükəmməl kontrol xüsusiyytləri ilə bir çox fərqli səhnə, dərinlik itkisi olmadan asanlıqla çəkilir. Foto həvəskarlarının diqqətini çəkən bu xüsusiyyətlər İnstax SQUARE SQ10, “2017-2018 Avropa Anında Fotoşəkil Verən Fotoaparat Mükafatı”nın sahibi oldu.

Digital görüntü sensoru və digital görüntü işləmə texnologiyası ilə təchiz edilmiş ilk hibrit fotoaparat olan İnstax SQUARE SQ10, görüntü keyfiyyətinin yanında basqı evvelində görüntünü redaktə rejimine de sahibdir. SQ10, özəl olaraq dizayn edilmiş intuitiv interfeys ilə fotoşəkillərə yaradıcılıq qatmasına kömək edir.

İnstax SQUARE SQ10 haqqında bir qiymətləndirmə edən EİSA Prezidenti Paul Miller: “İnstax SQUARE SQ10, kvadrat (62x62mm) fotoşəkillər çəkib anında basmanıza kömək edən ilk hibrit kameradır. Görüntülərinizi parlaqlaşdıra, tündləşdirə bilər ve 10 fərqli yaradıcı filtrlərlə çap edə bilərsiniz. Parlaq LCD vizorunun köməyiylə fotoşəkillərinizi fleş kartda ya da bir mikro SD kartda saxlayıb daha sonra dostlarınız və ailəniz ilə paylaşa biləcəyiniz şəkildə asanlıqla redaktə edə bilərsiniz”.

Daha çox - Fotoxəbər

To Top