Connect with us

FPS nədir və nə işə yarayır? – Cavab

FPS nədir və nə işə yarayır - sualım var

Dərslər

FPS nədir və nə işə yarayır? – Cavab

Bunu yəqin ki, çoxunuz bilir. Amma sual verənlər də olduğu üçün cavablandırmaq qərarına gəldik.

FPS – Frame Per Seconds

Yəni ki, saniyə ərzində kadr sayı… FPS DSLR aparatda pərdənin açılıb-qapanma sürətidir. FPS nə qədər rəqəm sayı olaraq çox olarsa, sürət bir o qədər artır. Məsələn, Canon 6D-nin FPS sürəti 4.5-dir. Yəni ki, saniyədə 4 foto çəkmək qabiliyyətinə malikdir. Canon 5D mark4 isə 7FPS-dir. Bu da saniyədə 7 kadr deməkdir.

Bu FPS sırf foto üçündür. Aparatın video FPS-i isə fərqlidir. Burada minimum 30FPs sürət olmalıdır ki, sizin kadrlarda axım problemi olmasın. Təbii ki, yaddaş kartı da çox önəmlidir. O sürətə gücü çatmayan kart sizin aparatın bacarığını azaldar.

Mövzuya uyğun:

Hansı yaddaş kartını almalıyam? – SD kart, CF kart nədir? – Cavab

Yaddaş kartlarının istifadə qaydası

FPS məsələsi daha çox sport fotoqrafiya ilə məşğul olanları maraqlandırır. Çünki sport sürət deməkdir, burada isə gərək aparatın həmin sürəti ödəsin. Məsələn, bu tipli fotoqraflar əsasən Canon 7D, 7D mark 2, Canon 1Dx, 1Dx Mark 2, Nikon D5 kimi aparatlara üstünlük verirlər.

Mövzuya uyğun:

İdman fotoqrafiyası haqqında məlumat

Sport fotoqrafiyanın ağası – Sigma 150-600mm

Canon 7D Mark II detallı test və incələmə

Canon 1Dx mark 2-ni test etdik

Canon 1DX Mark II – Nikon D5 – Sony A7 R2 müqayisəsi

Daha çox - Dərslər

To Top