Connect with us

Fotoqraflar.com-un rəhbəri gənclərə təlim keçdi – FOTOLAR

GH2A5305

Fotoxəbər

Fotoqraflar.com-un rəhbəri gənclərə təlim keçdi – FOTOLAR

Fotojurnalist Məhəmməd Türkmən YARAT Müasir İncəsənət Məkanında “Fotoreportaj” adlı təlim təlim keçib. 

Fotoqraflar.com xəbər verir ki, “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət carçısı” proqramının təşkilatçılığı, “ASAN xidmət” və YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə həyata keçirilən “FotoMən” fotoqrafiya kursunun bu dəfəki təlimçisi fotojurnalist və Fotoqraflar.com saytının rəhbəri Məhəmməd Türkmən olub. 

M.Türkmən təlim iştirakçılarına fotoreportjın nədən ibarət olması haqqında məlumat verib. Təlim zamanı fotoreportajın hazırlanma qaydası, üsulları, fotonun xəbərdə rolu, fotojurnalistin şəxsi keyfiyyətləri, davranış qaydaları, sirrləri, fotoaparat seçimi və sairə bilgilər verilib. 

Müsahibə yolu ilə seçilmiş 40 iştirakçı görüşlərdə iştirakla yanaşı, studio çəkilişlərində iştirak edəcək, qrup işlərini və ev tapşırığını yerinə yetirəcəklər. “ASAN xidmət”in fotoqrafı Emin Əlizadənin rəhbəri olduğu “FotoMən” layihəsinin sonunda iştirakçıların çəkdiyi şəkillərdən ibarət foto sərgi təşkil olunacaq.

Qeyd edək ki, təlimlər peşəkar fotoqraflar Orxan Aslanov, Rüfət Abbas, Xalid Zeynalov, İsmail Rzayev, Raj Steven, Fuad Babayev, Məhəmməd Türkmən, Vüqar İbadov, Elxan Qəniyev və Fəxriyyə Məmmədova tərəfindən keçirilir. 

Daha çox - Fotoxəbər

To Top