Connect with us

Fotoqrafiya üçün səyahət etmək vacibdirmi?

Müəllif: Məhəmməd Türkmən

Fotoxəbər

Fotoqrafiya üçün səyahət etmək vacibdirmi?

Bu, fotoqrafa nə qazandırır? 

Səyahət sadəcə fotoqraf üçün deyil, ümumiyyətlə, özünü yaxşı hiss etmək, yaşadığı dünyadan həzz almaq üçündür. Yeni yerlər görmək, yeni insanlar və mədəniyyətlər tanımaq baxış tərzimizi dəyişdirir və bizi kamilləşdirir. Qədimdə deyildiyi kimi: “dəyişiklik özü bir istirahətdir”. 

Səyahət geniş bir anlayışdır. Bir mənzərənin şəklini çəkməyə gedərkən səyahət edirik, hansı ki, evimizdə bu mənzərəni çəkə bilmərik. Ya da bir kəpənəyin və ya quşun şəklini çəkərkən o kəpənəyin yaşağıdığı özəl coğrafiyaya səyahət etmək də şərtdir. Yəni səyahət etmək yalnız bir neçə ədəd foto çəkməkdən başqa həm də bir zərurətdir.

Bəs səyahət fotoqrafiya baxımından nə verir? Yeni coğrafiyalar, yeni insanlar, yeni mədəniyyətlər tanımaq, əlbəttə, çox yaxşıdır. Bunları fotoya çevirmək də bir o qədər həzzvericidir; lakin, məncə, bunun fotoqrafa qazandırdığı ən böyük fayda məlumatlılıqdır.

Eyni səsə vərdişimiz olduğu kimi vizual obyektləri tanıma vərdişinə də sahibik. Həmişə çəkilən bir misal var. Boş otaqda oturub işləyirsiniz və divardan bir saat asılıb. Bir müddət sonra saatın çıxardığı çıkkıltı səslərini o səsə artıq öyrəşmiş olduğumuz üçün hiss etmirik. Bu, görüntü üçün də keçərlidir. Həmişə olduğumuz mühitdə, yaşağımız ərazidə bir çox şeyin görüntüsünə öyrəşirik. Kənardan gələn biri üçün isə fotosu çəkilən bir çox şey bizim üçün bir məna ifadə etmir, çünki onun fərqinə varmağımız çox çətindir. Məkanı dəyişməklə bu vərdiş yaddan çıxır və görmə vərdişi yaranır. Nə qədər çox foto çəksək, o qədər də çox diqqətli oluruq.

Mən həddən çox səyahət edirəm, bütün səyahətlərimin fotoqrafiya yönümlüdür, yəni məqsədim foto çəkməkdir. Getdiyim yerlərə aid məlumatları və orada yaşadıqlarımı mümkün qədər azgezmis.com saytında səyahət məqalələri kimi paylaşıram, təbii ki, fotoların bir qismini də…

Fotoqraflar üçün fotoqraf səyahətləri planlaşdırırıq və fərqli marşrutlarla gedirik. Siz də istər fotoqrafiya yönümlü, istərsə də başqa bir məqsədlə səyahət edirsinizsə, azgezmis.com  saytında işinizə yarayacaq məlumatları axtarıb tapa bilərsiniz.

Test tərcüməçi: Fidan Həsənzadə

Daha çox - Fotoxəbər

To Top