Connect with us

Fotoqraf Taleh Valehovun fərdi sərgisi keçirildi – ŞİDDƏT

Fotoqraf Taleh Valehovun fərdi sərgisi keçirildi – ŞİDDƏT

Fotoxəbər

Fotoqraf Taleh Valehovun fərdi sərgisi keçirildi – ŞİDDƏT

Bakıda fotoqraf Taleh Valehovun fərdi sərgisi keçirilib. İyunun 12-də “İnkişaf Zamanı” proqramı çərçivəsində “Şiddət” adlı fotosərgi keçirilib.

Sərginin əsas məqsədi cəmiyyətdə baş verən şiddət hadisələrinə diqqət çəkməkdir.

Taleh Valehovun çəkdiyi fotolarda ailədaxili zorakılıq, uşaqlara qarşı fiziki güc, qadına qarşı şiddət əks olunub. İZ-in dəstəyi ilə həyata keçirilən sərgi sadəcə bir gün baş tutub və sərgidə 20-yə yaxın foto təqdim edilib.

T.Valehov sərgi ilə bağlı danışıb. O, bildirib ki, sosial mesaj verən layihələrdə rol almağı çox sevir. Bu sərgi onun üçün ilk olsa da, sonuncu olmayacaq və bundan sonra da sərgiləri davam edəcək: “Sərginin ideya müəllifi Nisə xanımdır. O, mənə təklif etdi ki, belə bir layihə işləyək və mən də qəbul etdim. Mən özüm də oxşar hadisələrin cəmiyyətdə şahidi olmuşam deyə, dərhal razılaşdım. Biz fotolarda cəmiyyətə zorakılığın, fiziki gücün nəticəsini göstərməyə çalışmışıq”.

Fotoqraf çəkiliş prosesindən də söz açıb: “Hər şey ani oldu. Tez qərar verdik və işə başladıq. Kiçik, həm də çox kiçik büdcə ilə bu sərgini ortaya çıxardıq. Həm də sübut oldu ki, kiçik büdcə ilə də iş görmək olar. İki gün davam edən çəkilişlərdən çox razı qaldım. Bu mənim ilk işimdir. Amma son olmayacaq. Sərgiyə olan maraq mənə ikinci, üçüncü, dördüncü sərgim üçün stimul verdi. Növbəti işlərim də sosial problemlər üzərində qurulacaq. Cəmiyyətdə olan çatışmazlıqları fotolarımla gündəmə gətirmək haqqında düşünürəm. Ümid edirəm ki, yaxşı olacaq. Sərgimə gələn bütün dostlarıma, tanıdığım, tanımadığım hər kəsə təşəkkür edirəm”.

Sərgi iştirakçıları fotolarla verilən mesajın önəmliliyindən bəhs ediblər: “Bütün cəmiyyətlərdə oxşar hadisələr yaşanır. Sadəcə faiz fərqi var. Bu tipli layihələr, fotolar bunun qarşısını almaq üçün atılan addımlardan biridir. Buraya gələn hər kəs fotolarla verilən mesajı anlayır, zorakılığın nələrə qadir olacağını da görür. Bu səbəbdən bu tipli sərgiləri dəstəkləyirəm. Fotolara da bir-bir baxdım. İnsan bunların sadəcə qrim olmasına, sırf sərgi üçün çəkilən fotolar olduğunu bilsə də, yenə də ürəyində bir sızıltı yaranır. Fotoqrafa təşəkkür edirəm”.

Nisə Rəhimovanın layihə rəhbəri olduğu sərginin fotoqrafı Taleh Valehov, qrim ustası isə Fəridə Abbasova olub.

Daha çox - Fotoxəbər

To Top