Connect with us

Fotomüxbir JeroenSwolfs: “7 il ərzində Mark I-dən IV-ə keçid elədim və fotolar daha keyfiyyətli alınmağa başladı” – Müsahibə

Jeroen Swolfs

Müsahibə

Fotomüxbir JeroenSwolfs: “7 il ərzində Mark I-dən IV-ə keçid elədim və fotolar daha keyfiyyətli alınmağa başladı” – Müsahibə

7 ildə 195 ölkə

         Bir çoxumuz üçün yeddi il ərzində bütün dünyanı gəzib şəkil çəkmək xəyaldan başqa bir şey deyil. Foto müxbir Jeroen Swolfs isə bunu gerçəkləşdirmiş bir insandır.

Jeroen dünyadakı hər bir ölkəni gəzib onların küçə həyatlarını ölümsüzləşdirməyə 2009 ilində başlayıb. Yeddi il ərzində 195 ölkəyə səyahət edib, öz sərgüzəştlərini bizimlə bölüşdüyü Streets of the World (dünya küçələri) adlı kitabı dərc edilib.

Etdiyi səyahət, dünyanı gəzmək və daha əvvəl “ölüm fabriki” kimi istifadə edilən bina da keçiriləcək sərgisi haqq da söhbətləşdik.

– Bu layihəni sadəcə olaraq  Streets of the World adlandırmaqla sanki bu səyahətin bütün möhtəşəmliyini kölgədə qoyursunuz. 7 ildir yollardasınız! Sizi motivasiya edən faktor nədir?

-Doğrudur. Böyük bir ömür kimi görünür. Sonda bitməsi çox qəribədir.  Streets of the World layihəsi çərcivəsində insana elə gəlir ki, bunun sonu yoxdur və ya olmayacaq. Bir ölkədən çıxıb növbətiyə keçdikdə və bu davam etdik də həmin fikrə gəlib çıxırsınız. Sonda hədəfə çatmaq istəyi məndə motivasiyanı sona kimi qorudu.

Sudan_Khartoum

– Heç bu layihədən vaz keçməyi düşündünüzmü? Hər şeyi atmaq arzusu, nöqtəsi yarandımı?

-Buraxa bilmədim. Xəyalımı gercəkləşdirirdim. Tez-tez özümə “Özümü neçə bir işin içinə soxdum“ sualını verdiyim küçələrdə oldu, həmçinin indi mənim qazandığım şansın minlərcə insan da olmayacağını anlayıb motivasiyamı qaldırdım. Bu layihəni necə olursa olsun reallaşdırmaq, insanlara günlük yaşayışlarına aid heyakəyələri çəkib göstərmək və mümkün qədər çox insana çatdırmağı bir vəzifə olaraq hiss etdim.

– Doğrudan da çox prespektevli bir layihədir. Dünyadakı bütün ölkələri gəzəcəyinizə inanırdınızmı?

– Başlamamışdan öncə dəfələrlə səyahət etmişdim. Bu səbəbdən də bir çox ölkələrə girişin problemsiz olduğuna əmin idim. Hər ölkədə və təbii ki, döyüş bölgələrini öz müxbirləri vardır. Bu işin öhdəsindən gələcəyimi bilirdim, sadəcə özüm üçün  hazırlıq görməli idim.

Getmədiyim daha üç ölkə var. Yəmənə daxil olması çətin ölkədir. Bildiyim qədəri ilə orada yalnız Sərhəd Tanımayan Həkimlər (Doctors without Borders) var. Bir dostum həkimdir. Mənə bir az gözləməmi tövsiyə etdi. Altı ay əvvəl Liviyada dostumu itirdim, o səbəbdən hələlik gözləməyi üstün tuturam. Sonuncu isə Ekvotorial Qvineyadır. Bu ölkəyə daxil olmaq üçün çoxlu sayda cəhd etmişəm. Hətta ölkənin şahzadələrindən birinə yazsam da, bir nəticəsi olmadı. Mənə inanmırlar. Qəribə bir ölkədir. Amma yenə də bu üç ölkəyə getməkdə qərarlıyam.

– Dünyaya bizi nəyin fərqli etdiyini deyil, nələrin eyni qaldığını göstərmək istədiyinizi demişdiniz. Layihəni başlama səbəbiniz buradan qaynaqlanır, yoxsa bu səyahətlər ərzində formalaşıb?

-Streets of the World-yə başladıqda bütün paytaxtların küçə həyatından oxşar şəkillər çəkməyin doğrudan da qəribə olacağını fikirləşirdim. Və bunun dünyanın dörd bir yanında insanların həyatları haqqında qəribə bir reportaj olacağına əmin idim. Layihənin əvvəlində artıq insanların bütün dünyada eyni hərəkətləri etdiklərini sezdim. Dostlarla maraqlı vaxt keçirmək, işləmək, gülmək, sevmək…Uşaqlar, heyvanlar, zarafat edən insanlar.. Bunlar dünyanın hər yerində mövcuddur. Ona görə də foto çəkən zaman bu mövzulara daha çox yer ayırırdım. Ölümsüz mövzular həmişə diqqət çəkir.

Tuvalu_Funafuti

– Layihənin ən çətin tərəfi nədir?

-Yeddi il ərzində ölkələr üzrə tək səyahət etmək çətindir. Nə qədər istəkli olsanız belə.

– Ağlınızda batan ən yadda qalan hadisə hansıdır?

– Doğrudan da əsrarəngiz sevgi hekayələri var idi. Onlar arasında seçim edə bilmədim.  Bu yeddi il ərzində çılğın, həyəcan verici və qorxuducu hadisələri nəzərə almıram. O qədər hadisə baş verdi ki,  onlardan artıq bir kitab yazdım.

– Fotoqraf zamanın bir anında mövcud olduğuna rəğmən quruluşçu jurnalistika fikriniz bütün mətləbi əlinə alır. Bu iki vacib fenomeni neçə vəhdət halına gətirə bildiniz?

-Fotoqraflıq bir anlıq olan hadisə, vacib olan isə şəkili paylaşmaq istəyinizdir. Seçdiyiniz kadr mövqeyidir. Hər hekayənin öz görünüş bucağı var. Təbii ki, ən çox pul zorakılıq, qan və seks üzərində qazanılır. Əgər pul hərisliyiniz varsa bu yollardan biri ilə istəyinizə nail ola bilərsiniz. Bunun nəticəsində siz hekayənin ancaq bir hissəsini təsvir etmiş olursunuz. Quruluşçu jurnalistika isə problemim səbəb və nəticələri ilə dolğun tam bir hekayəni təsvir etməyə cəhd etməkdir. Hər şeyi daha geniş bir kontekstdə qiymətləndirməkdir jurnalistika.

– Hər bir ölkənin danışılacaq çoxlu sayda hekayəsi var. Lakin siz özünüzü kitabda göstərilən bir şəkil və ilə hüdüdlaşdırmağı bacardınız. Ölkəni tam təsvir edən bir şəkli hansı yol ilə seçirsiniz?

– Streets of the World-də bütün dünyanın paytaxt şəhərlərinin küçə fotoqrafiyası göstərilsə də, layihənin əsas məqsədi o deyil. Paytaxt və ölkələr əsas diqqət mərkəzi deyil. Ölkələrin paytaxtlarını seçməkdə məqsəd odur ki, yalnız bu cür mən insanlığın şəklini çəkə bilərdim. Bu layihə: insan olaraq bölüşdüyümüz, bizi birləşdirən və bir-birinə bağlı bir irq edən o küçələrdəki etdiklərimiz haqqındadır. Ölkə və paytaxtlar sadəcə bu hadisələrin baş verdiyi ərazilərdir. Streets of the Worldharada olduğunu yox, nə olduğunu bildirmək istəyir.

Myanmar_Naypyidaw

– Sərginin atmosferi son dərəcə cəlb edicidir. Niyə məhz Hamburq şəhəri? Bura əvvəllər silah istehsal üçün istifadə olunmuş bir zavoddur.

Sərgi ilk öncə adı “ölüm” adı verilmiş binada açdıq. Bura əvvəllər Hollandiya ordusu tərəfindən gözyaşardıcı qaz istehsal etmək, yeniliklər ixtirası və hətta silah istehsalı üçün istifadə olunub. İndi isə hər bir insana açıq olan və yaradıcı bir məkandır. Dünyanın dörd bir yerindən küçə həyatını belə bir yerə gətirmək mənə həzz yaşadır. Sərgi üçün seçdiyimiz bütün binalar sənaye tipli ərazilərdir. Bu səbəbdən də Streets of the Worldlayihəsi üçün çəkdiyim şəkillər buna çox uyğunlaşır. Bura Amsterdamdan edəcəyiniz səyahət də gözəl olacaq, beləliklə dünyanın dörd bir yanına çıxacaqsınız səyahətə buradan başlamış olursunuz.

– Sizin üçün ən vacib ölkə hansıdır?

-İnsan olaraq Ruanda da çox vacib bir dərs aldım. Kigali küçələrində şəkil çəkirdim və Ruandalı insanların mənə düşmən kimi baxdıqlarını düşünürdüm. Orada 20 il öncə baş verən qətliam belə kömək etməmişdi. Öz aralarında çox gözəl vaxt keçirirdilər və mən özümü orada geridə qalmış hiss edirdim. Bunun səbəbinin mən olduğumu belə düşündüm. Sonra isə aqressiya mənbəyinin mən özüm olduğumu anladım. Mimikamı dəyişdim və hər yanımdan keçənə gülümsəməyə başladım. Həmən dəqiqə ortalıqdakı vəziyyət dəyişdi və insanlar da mənə təbəssüm ilə cavab verməyə başladılar! İnsanlar sual verməyə başladılar. Ləzzətli axşamlar kecirtməyə başladım. Bu hadisədən sonra bu xassiyəti hər yerdə tətbiq etdim. Fikrimcə gülümsəmə bütün layihəni daha pozitiv və rahat bir vəziyyətə gətirdi.

– Ən çətin ərazi hara idi?

– Ən çətin ölkə Somali idi. Ölkəyə daxil olmaq çətin və təhlükəli idi.  Qaldığım hotel, foto çəkdiyim sahil də daxil olmaqla hər yer hücuma məruz qaldı. Orada tanış olduğum insanlar hücum zamanı həlak oldular.

– Virtual hekayə anlatma mövzusunda verə biləcəyiniz məsləhətlər varmı?

– Doğrudan da vacib saydığınız bir mövzu seçin. Çəkib göstərdiyiniz hekayələrin yarısından çoxu ölümsüzləşdirdiyiniz şəkillər haqqında yox, şəxsi olaraq fikirləşdiyiniz mövzulardır. Bunu sizə xas olan stil ilə birləşdirdik də ortaya möhtəşəm sənət əsəri çıxır.

– Streets of the Worldçox iddialı bir layihədir. Bunun öhdəsindən gələ biləcəymisiniz? Bundan sonrakı hədəfiniz nədir?

– Bütün Kanadanı ayaq ilə gəzib, qarşıma çıxan hər şeyi ölümsüzləşdirmək… Hələlik bu ideyanı qırağa qoymuşam. İlk öncə Streets of the World-i mümkün qədər daha çox izləyici kütləsinə yaymaq istəyirəm.

– İstifadə etdiyiniz dəst nədən ibarətdir?

– Həmişə 16-35mm obyektiv ilə Canon 5D istifadə etmişəm. Özüm ilə apara biləcəyim yegane fotoaparat idi. Yalnız bu şəkildə bir həvəskar kimi görünə bilərdim və ziyarət etdiyim ölkələrdə jurnalist vizasına ehtiyacım olmadı. Yenə də bu dəst ilə möhtəşəm şəkillər çəkə bildim çünki bu obyektiv və gövdə çox uğurlu alınıb. Bu yeddi il ərzində Mark I-dən IV-ə keçid elədim. Fotolar daha keyfiyyətli alınmağa başladı.

Streets of the World – kitabı artıq satışdadır.

Jeroenin çantasında olanlar

Fotoapartlar:

Canon EOS 5D Mark IV

Obyektivlər:

EF 16-35mm f/2.8L III USM

Daha çox - Müsahibə

To Top